Qafqaz Universitetində “Təşəbbüskarlıqda yeni fürsətlər” adlı seminar keçirilir

Qafqaz Universiteti Texnoparkı məşhur təlimçi Dr.Ufuk Batumun təqdimatında “Təşəbbüskarlıqda yeni fürsətlər” seminarını təşkil edib.
Qafqaz Universitetinin mətbuat xidmətindən Gün.Az-a verilən məlumata görə, seminarda Qafqaz Universitetinin bakalavr və magistr tələbələri ilə yanaşı, məzunları da iştirak edib:

“Qafqaz Universiteti Texnoparkının İnkubasıya Mərkəzində keçirilən seminar gənclər arasında yeni fikirlərin inkişaf etdirilməsinə, innovativ yanaşmanın tədris sisteminə inteqrasiyasının sürətləndirilməsinə yönəlik istiqamətverici müzakirələrlə davam etdirilib.

Qafqaz Universiteti Texnoparkının seminarlarının maraqla qarşılanmasını və əhəmiyyətini nəzərə alaraq, gələcəkdə bu fəaliyyətlərin vaxtaşırı keçirilməsini planlaşdırır”.

Mirvari Kamilqızı
Gün.Az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF