Qafqaz Universitetində Xarici vətəndaşlar üçün Miqrasiya prosesləri haqqında seminar verildi.

28 February, 2013, Seminarı Qafqaz Universitetinin Xarici Əlaqələr üzrə prorektoru Dr. Sənnur Əliyev  açdı . Prorektor  Qafqaz Universitetinin qurulmasında, fəaliyyət göstərməsində Ulu Öndər Heydər Əliyevin Universitetimizə  göstərdiyi qayğısından bəhs etdi. Dr. Sənnur Əliyev bildirdi ki,  Qafqaz Universiteti  Azərbaycan və Türkiyə arasında elmi-mədəni əlaqələrin inkişafında və Azərbaycan təhsilinin dünyaya inteqrasiyasında “Çağ” Öyrətim İşlətmələri Şirkətinin fasiləsiz təhsil kompleksinin ən yüksək pilləsidir. Universitet  öz tədris proqramları, təhsil modeli, maddi-texniki bazası, kadr potensialı, geniş beynəlxalq əlaqələri ilə elmi-pedaqoji ictimaiyyətin rəğbətini qazanmış, ölkəmizin hüdudlarından kənarda da tanınmışdır. Xaricdən dəvət edilmiş mütəxəssislərin, eləcə də xaricə göndərilmiş müəllim və tələbələrin sayına görə Qafqaz Universiteti ölkəmizin qabaqcıl ali məktəblərindən biridir.
Sonra söz Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin Baş İdarə rəisi Elxan Vəliyevə verildi.  Elxan Vəliyev seminarda məruzə ilə çıxış edərək  bildirdi ki, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti miqrasiya sahəsində dövlət siyasətini, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən, hüquq-mühafizə statuslu mərkəzi icra hakimiyyəti orqanıdır. Məruzəçi tələbə və müəllimlərin suallarını cavablandırdı .Tədbirin sonunda Elxan Vəliyevə Universitetin rektoru Prof. Ahmet Saniç tərəfindən xatirə plaketi verildi.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF