“Qafqaz”ın texnoparkı 3 şirkətlə müqavilə imzaladı

Müqavilələr Qafqaz Universitetinin rektoru prof. Ahmet Saniç, Azer.Net MMC-nin direktoru Anar Novruzov, MONtech” MMC-nin direktoru Rövşən Hümbətov və “SENTRA” MMC-nin icraçı direktoru Ümüd Vəliyev tərəfindən imzalanıb.
Müqaviləyə görə, Qafqaz Universiteti qeyd olunan şirkətlər üçün Qafqaz Universitetinin Texnoparkında ofis üçün yer ayırır. Bundan sonra həmin şirkətlər öz fəaliyyətlərinin eyni zamanda Qafqaz Universitetinin Texnoparkında da davam etdirəcəklər. Müqavilə əsasında texnoparkda fəaliyyət göstrərən şirkətlər elmi-tədqiqat işlərinə əhəmiyyət verəcəklər. Qafqaz Universiteti də öz növbəsində həmin şirkətlərlə ortaq elmi-tədqiqat işlərinin aparılmasına dəstək verəcəkdir.
Qeyd edək ki, Qafqaz Universiteti Texnoparkı əməkdaşlıq etdiyi şirkətlərlə birgə Yeni Fikir Müsabiqəsi keçirilməsini də planlaşdırır. Azərbaycanda fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinin tələbə və məzunlarına xitab edən müsabiqəyə bu günlərdə start veriləcək.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=47535

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF