QUTECHNOPARK “Yeni fikir” müsabiqəsi təşkil edir

Bakı, 27 fevral (AzərTAc). Qafqaz Universiteti texnoparkı (QUTECHNOPARK) “Yeni fikir” müsabiqəsi təşkil edir.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, QUTECHNOPARK və ona tərəfdaş şirkətlərlə ortaq həyata keçirilən “Yeni fikir” müsabiqəsində Azərbaycanın bütün universitetlərinin tələbə və məzunları iştirak edə bilər.
Müsabiqənin əsas məqsədi ölkəmizdə gənclər arasında sahibkarlığın inkişaf etdirilməsinə nail olmaqla yanaşı, texnologiya sahəsində innovativ fikirlərin aşkar edilməsinə töhfə verməkdir.
Müsabiqədə iştirak etmək istəyənlər ideyalarını layihə şəklində hazırlayaraq, martın 25-dək www.yenifikir.az saytına daxil olaraq onlayn qeydiyyatdan keçməlidirlər.
Qaliblər QUTECHNOPARK tərəfindən istər ofis şəraiti ilə, istərsə də digər amillərlə təmin ediləcəkdir. Bundan əlavə, müsabiqənin nəticələrinə görə ilk 3 yerə sahib olan layihə müəllifləri Türkiyənin Orta Doğu Texniki Universitetinin texnoparkında bir ay müddətində fəaliyyət göstərmək imkanı qazanacaqlar.
Maraqlananlar müsabiqə barədə ətraflı məlumatları Qafqaz Universiteti texnoparkından və www.yenifikir.az saytından ala bilərlər.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır