Soyqırımının şahidləri Xocalıdan danışdılar

27 February, 2013, Tədbirdə Xocalı hadisələrinin canlı şahidi, fəlsəfə doktoru Ənvər Əhmədov çıxış edib. Ənvər bəy Xocalı soyqırımının ermənilər tərəfindən çoxdan planlaşdırıldığını bildirib. Onun sözlərinə görə, ermənilər yalnız Xocalıda deyil, Meşəlidə, Çəmənlidə də belə cinayətlər törədiblər. O həmçinin bu kimi dəhşətlərin erməni ideoloqu, Qarabağ separatçılarının liderlərindən biri olan Zori Balayanın əsərlərində öz əksini tapdığını da vurğulayıb. Zori Balayan 1996-cı ildə yazmış olduğu “Ruhumuzun dirilməsi” kitabında yazırdı: “... Mən və Xaçatur onların saxlandığı zirzəmiyə daxil olanda artıq əsgərlərimiz bir uşağı pəncərənin çərçivəsinə tikmişdilər. Onun çox səs-küy etməməsi üçün ölmüş atasının dərisini qoparıb, ağzına soxmuşdular. Sonra mən 13 yaşlı bir türkün baş, sinə və qarnından dərisini qopardım. Təxminən yeddi dəqiqədən sonra uşaq qan itkisindən öldü. Mən birinci dərəcəli həkim kimi humanistəm, ona görə də uşağın başına gətirdiyim zülmlərdən xoşbəxtlik hiss eləmirdim. Lakin daxilən sevinirdim… Xaçatur uşağın cəsədini tikə-tikə doğradı və itlərə yem kimi atdı. Həmin axşam biz daha üç türk törəməsinin başına həmin oyunu açdıq...”

Əməkdar jurnalist Qulu Məhərrəmli də bu qanlı olayla bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşüb. O daha sonra deyib ki, müasir zəmanədə ermənilərdən qisas almağın yolu daha qüdrətli bir dövlətə çevrilməyimizdən keçir. Qüdrətli dövlətə çevrilməyimizdə isə elmin müstəsna rolu var. Tədbir bu təhsil ocağının tələbələrinin nümayiş etdirdikləri maraqlı kompozisiya ilə davam etdirilib.
Xocalı ilə bağlı Gəncədəki Azərbaycan Özəl Türk Liseyində keçirilən tədbirdə isə əslən Xocalıdan olan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Gəncə Regional Bölməsinin nümayəndəsi Nəsimi Məmmədov bu soyqırımı ilə bağlı xatirələrindən söz açıb. O, ermənilərin Xocalıda törətdikləri soyqırımını bəşəri faciə adlandırıb. Onun sözlərinə görə, bu həm də öz ağlasığmaz qəddarlığı ilə bəşər tarixində bir vəhşilik aktı idi. O daha sonra deyib: “İnanırıq ki, dünyanın nüfuzlu beynəlxalq təşkilatları, sülhsevər ölkələri Ermənistan kimi dövlətin belə təcavüzkarlığına və özbaşınalığına qarşı öz sözünü deyəcək”.
Qafqaz İlköğretim Okulunda isə “Azərbaycan bayrağı” ordeni ilə təltif olunmuş Murad Şükürov şagirdlərə bu tarixi hadisələr barədə məlumatlar verib, tarixin bu qanlı səhifəsinin bizim üçün unudulmaz qalacağını vurğulayıb. Qeyd edək ki, ölkəmizdə fəaliyyət göstərən “Çağ” Öyrətim İşlətmələri Şirkətinin İdarə Heyətinin sədri Ənvər Özərən, Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Məsut Kurnaz və məktəblilər dünən Bakıdakı Xocalı soyqırımı abidəsini ziyarət edərək, abidənin önünə tər qərənfillər düzüblər. Fədaıl Fətullayev Baki,  Ceyhun Vəlıyev Gəncə
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=47617

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF