XMİB-dən Azərbaycanda mühəndisliyin inkişafına dair böyük addım

1-ci Mühəndislik Forumu - XMİBÖtən ilin noyabr ayında XMİB, 300-dən çox nümayəndə heyətinin iştirakı ilə Azərbaycanda ilk Beynəlxalq Mühəndislər forumunu təşkil edib. Azərbaycan Gənclər Fondu tərəfindən maliyyələşdirilən forumun ilk günü Kempinski Hoteldə keçirilib. Burada mühəndisliklə bağlı mühüm mövzuların müzakirəsi ilə yanaşı, təhsil müəssisələri, akademiya, şirkətlər və beynəlxalq mühəndislik qurumları arasında əməkdaşlıq üçün ilkin addımlar atılıb. Forumda mühəndislik üzrə təhsil alan tələbələrlə yanaşı, BP, Azersun, Azersu, SOCAR, Schlumberger, Halliburton, Azercell və digər şirkətlərdən olan gənc mütəxəssislər də iştirak ediblər. Açılış mərasimi zamanı çıxış edən nümayəndələr forumun əhəmiyyətini vurğulayaraq Azərbaycanın böyük mühəndislik potensialına sahib olduğunu və bu təşkilatlar vasitəsilə gənc mühəndislərimizin beynəlxalq şəbəkələrə inteqrasiya etmək imkanlarını qeyd ediblər.
Açılış mərasimi zamanı Azərbaycan Gənclər Fondunun Direktoru Ferhad Hacıyev, Avropa Milli Mühəndislik Assosiasiyaları Federasiyasının (FEANI) Baş Katibi, Vitse-prezidenti Dirk Bochar, Böyük Britaniya Kimya Mühəndisləri İnstitutunun (BB Mühəndislik Şurası) Vitse-prezidenti, Mançester Universitetinin Professoru Colin Webb, Almaniyanın Mühəndislik, İnformatika və Təbiət Elmləri Akreditasiyası Şurasının Baş Katibi Jana Moehren, BP Vitse-prezidenti Mark Tomas, AzerSu Şirkətinin Sədr Müavini Teyyub Cabbarov, Azersun Şirkətinin Direktoru Ahmed Yaman, Schlumberger Şirkətinin Regional Direktoru Vill Grace, Qafqaz Universiteti Rektoru Ahmed Sanıç, Xəzər Universiteti Rektoru Hamlet İsaxanlı və AMEA-nın Neft-Kimya Prosesləri İntitutunun Direktoru Vaqif Abbasov çıxış edərək forumun əhəmiyyəti haqqında düşüncələrini qeyd ediblər.
Forumun növbəti hissəsi müxtəlif mövzuların müzakirəsi ilə davam edib. Mühəndislik təhsili,universitetlərdə mühəndislik üzrə bakalavr, magistr və doktorantura proqramlarının beynəlxalq təcrübəyə uyğunlaşdırılması,sənayedə gənc mütəxəsislərin inkişafı və akkreditasiyası, kariyera inkişafı imkanları, mühəndislik layihə və əməliyyatlarının idarə olunması, gənc mühəndislərin peşəkar inkişaf proqramları kimi mühüm məsələlər əsas müzakirə obyektinə çevrilib.
Forum çərçivəsində müxtəlif nominasiyalar üzrə İllik Milli Mühəndislik Mükafatları da təqdim edilib. Gənc mühəndislər sertifikatlar və qiymətli hədiyyələrlə təltif olunublar:
  • İlin Mühəndislik Layihəsi – Samir Qənili, Süleyman Süleymanov, Teyyub Cabbarov
  • İlin Mühəndisi – Bəxtiyar Abdullayev
  • İlin Təlim Layihəsi – Ramiz Məmmədli
  • İlin Tələbəsi – Ayxan Salmanov, Tural Cəfərov
Forumun ilk günü musiqili proqramla başa çatıb. Azərbaycanın populyar müğənnisi Tünzalə Ağayeva mühəndisləri öz müsiqli parçaları ilə təbrik edib.
http://thecesworld.org/az/wp-content/uploads/2013/02/IMG_8154.jpgForumun 2-ci günü Qafqaz universitetində keçirilib. Bu hissənin əsas məqsədi şirkətlər, universitetlər, gənc mühəndislər və tələbələr arasında mühəndisliyin inkişafı üçün bilgi və təcrübə mübadiləsi aparmaq olub. Tədbirdə BP, Azersun, Qafqaz Universiteti, CES, FEANİ, İChemE, UK EngC, ASIIN, SEFİ və TMMOB nümayəndələri iştirak edib. BP və Azersun şirkətlərinin təlim proqramları haqqında təqdimatları böyük maraqla qarşılanıb.
Forumda 2 gün ərzində ümumilikdə 350 nəfər iştirak edib. Bu müddət ərzində Azərbaycanda mühəndislik sahəsi adına mühüm addımlar atılıb. Belə ki, mühəndisliyin inkişafı üçün təhsil, sənaye və ictimaiyyət üçbucağının əsası qoyulub. Qafqaz və Xəzər Universitetləri ilə Almaniyanın Mühəndislik və Təbiət Elmləri Akkreditasiya Şurası arasında təhsil proqramlarının akkreditasiyası ilə bağlı danışıqlara start verilib. Bununla yanaşı XMİB-in Avropa Milli Mühəndislik Assosiasiyaları Federasiyasına daxil olmasına dair razılıq əldə olunub və müraciət prosedurlarına başlanılıb.Böyük Britaniyanın Mühəndislik Şurası ilə XMİB arasında azerbaycanlı mühəndislərin kimya mühəndisliyi üzrə akkreditasiyasına dair XMİB-ə hüquqların verilməsi ilə bağlı ilkin razılıq əldə olunub.Mühəndislərin informasiya mübadiləsi üçün elektron şəbəkəsinin təşkil olunması qərara alınıb.
Forum AzTV, ATV, Lider, Xəzər və Yurd TV-də işıqlandırılıb. Nəticədə forumdan sonra XMİB-ə müraciət edən tələbə və gənc mühəndislərin sayı artıb.
Qeyd edək ki, XMİB 2007-ci ildə gənc mühəndisləri peşəkar, texniki və mədəni inkişafında dəstəkləmək məqsədi ilə yaradılan qeyri-kommersiya təşkilatıdır.
http://thecesworld.org/az/xmib-d%C9%99n-az%C9%99rbaycan-muh%C9%99ndisl%C9%99rinin-inkisafina-dair-boyuk-addim?utm_source=rss&utm_medium=rss&utm_campaign=xmib-d%25c9%2599n-az%25c9%2599rbaycan-muh%25c9%2599ndisl%25c9%2599rinin-inkisafina-dair-boyuk-addim

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır