Xocalı Soyqırımı üçün 100.000 səs toplama çağırışı elan olunur

Ağ evin rəsmi saytında Xocalı soyqırımının 21-ci ildönümünü münasibətilə geniş məlumat verilmişdir.
Bu məqsədlə ABŞ-ın Ağ Evinin rəsmi saytında Xocalı Soyqırımının və şəhid olanların yad etmək və konqresdə soyqırım ilə əlaqədar müzakirələrin aparılması üçün 100.000 səs toplama çağırışı elan olunur.
Hədəf rəqəminə çatmaq üçün son tarix 25 fevral 2013-cü il tarixidir.

SƏSVERMƏDƏ İŞTİRAK QAYDASI:
Verilmiş linkə https://petitions.whitehouse.gov/petition/issue-proclamation-commemorating-and-recognizing-war-crime-khojaly-massacre-and-its-victims/W8BbDqYx daxil olun.
Açılan səhifənin aşağısında “CREAT AN ACCOUNT” (HESAB YARAT) düyməsinə basın.
Açılan formanı dolurun(elktron poçt ünvanını, ad,soyadı qeyd etdikdən sonra səhifənin aşağısında verilən hərfləri və ya rəqəmləri olduğu kimi boş yerə köçürüb “CREAT AN ACCOUNT” düyməsinə basın. Bundan sonra formada qeyd etdiyiniz e-poçta parol (Password-parol) göndəriləcəkdir.
E-poçtunuzu açın. Göndərilən məktubda verilmiş Passworda olan parolu kopyalayın.
Təkrar yuxarıda qeyd olunan saytın aşağı səhifəsində “SİGN İN” (DAXİL OL) düyməsinə basın.
Açılacaq formada e-poçtunuz, aşağıdakı boş yerə isə kopyaladığınız parolu yazıb “LOG İN” düyməsini basın.
Yenidən saytın səsvermə səhifəsinə daxil olub səhifənin aşağısında SİGN THİS PETİTİON düyməsinə basın.
Prosedur bitdikdən sonra siz artıq səs vermiş hesab olunursuz.

Səsvermədə son dərəcə fəal olmaq hər birimizin vətənpərvərlik borcudur.
Xahiş edirik qeyd olunanları həmkarlarınıza, yaxınlarınıza, dostlarınıza, ailə üzvlərinizə bildirin və səsvermədə iştirak etmələrinə köməklik edin.
Bu məsələnin cox vacib olduğunu unutmayın.
Diqqətinizə görə hamınıza təşəkkür edir və Sizləri səsvermədə gözləyirik.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır