YENİ FİKİR MÜSABİQƏSİ





Necə müraciət etmək olar?  Siz, 15 fevral – 25 mart tarixləri arası  Qafqaz Universiteti Texnopark onlayn ərizə sistemində qeydiyyatdan keçməlisiniz

Kimlər müsabiqədə iştirak edə bilər? 30 yaşına qədər tələbə və məzunlar

Qısa təsvir: Bu müsabiqənin məqsədi texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə verməkdir. Bu sahələr isə: başlanğıc (start up) ideyası, mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidməti proqramlar (software as a service), korporativ proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyalari və istehlakçi elektronikasi, səhiyyə (sağlamlıq) üçün informasiya texnologiyaları və s.

Layihələrin dəyərləndirmə mərhələləri
1-ci mərhələ: Onlayn ərizə sistemində qeydiyyatdan keçmə. Onlayn ərizə (müraciət) 15 fevral – 25 mart 2013
2-ci mərhələ: Münsiflər heyətinin qarşısında təqdimat: 15-20 aprel 2013
3-cü mərhələ: Büdcənin və Biznes planın hazırlanması. Təlim : 25,26,27 aprel 2013
    Biznes-planın son təslim tarixi  - 12 may 2013 Qaliblərin elanı  - 20 may

 Niyə iştirak edək?(faydaları/mükafatlar)
  1. Münsiflər heyəti tərəfindən qəbul edilən 5 innovativ ideyanın sahibi olan qrupa QU Texnoparkının İnkubasiya Mərkəzində 1 il fəaliyyət göstərmək imkanı.
  2. İlk 3 yeri tutan qrup üzvlərinə Türkiyə Respublikası ODTÜ Texnoparkında 1 aylıq təcrübə imkanı.
  3. İrəli sürülən ideya üçün sərmayəçi investor tapa bilmək şansı.
  4. Təyin olunmuş biznes rəhbəri alma fürsəti.
  5. Media (KİV) vasitəsi ilə diqqətləri cəlb etmək imkanı.
 Lahiyələr aşağıdakı meyarlara görə qiymətləndiriləcəkdir:
  1. İnnovasiya və teknoloji yenilik: Fikrin, ideyanın texnoloji-innovativ xüsusiyyətləri, faydaları və texnoloji baxımdan yeni və üstün cəhətləri.
  2. Strategiya, bazar və rəqabət: Məhsul və xidmətin alıcıları, alma səbəbləri, hədəf bazarın xüsusiyyətləri, böyüklüyü və inkişaf potensialı, rəqibləri, qiymətləndirmə siyasəti.
  3. Layihənin büdcəsi: Layihəni həyata keçirmək üçün lazım olan maliyyə vəsaiti miqdarı və maliyyə mənbələri (varsa).
  4. İdarəetmə: Qrupun bacarıq və təcrübələri, hər bir üzvün layihə içərisindəki rolu, layihə ilə əlaqəli hər cür əməkdaş çatışmazlıqları və bunların necə aradan qaldırılacağı.
  5. Təqdimatın keyfiyyəti: Müsabiqə finala irəlilədikcə münsiflər daha çox təqdimatın keyfiyyətinə diqqət yetirəcəklər: aydın və yığcam – həm yazılı, həm şifahi təqdimatda.
 Əqli Mülkiyyət bəyanatı: Bütün fikir və ideyalar müəllifin mülkiyyəti kimi qorunur.

Yeni fikir müsabiqəsinin təşkilatçıları:
    QUTECHNOPARK (Qafqaz Universiteti Texnoparkı)
    İKTETM (İnformasiya Kommunikasiya Texnologiyaları Elmi Tədqiqat Mərkəzi)
    Sahibkarlığın İnkişafi və Tədqiqatları Mərkəzi
    Azərbaycan İEEE Kompyuter şöbəsi

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır