Azərbaycanı XI Beynəlxalq Türk dili Olimpiadasında təmsil edəcək komanda müəyyənləşdi



Bu ilin may-iyun aylarında Türkiyədə ənənəvi XI Beynəlxalq Türk dili Olimpiadası keçiriləcək.
Gün.Az xəbər verir ki, Türkiyədə keçiriləcək XI Beynəlxalq Türk dili Olimpiadasında Azərbaycan komandasını təmsil edəcək iştirakçılar müəyyənləşib.

Müxtəlif kateqoriyalar, o cümlədən mahnı və şeir üzrə keçirilən olimpiadanın Azərbaycan final mərhələsində ayrı-ayrı təhsil müəssisələrinin, orta təhsil məktəbləri və Çağ Öyrətim İşlətmələri Şirkətinin təhsil müəssisələrinin şagirdləri mübarizə aparıblar.

Ölkə olimpiadasının finalı qiraət, inşa, mahnı, dialektika, şeir, səs, oxuma, mədəni irs, təqdimat, xüsusi qabiliyyət, rəsm, xalq oyunları (rəqs), yaradıcı inşa müsabiqəsi (universitet tələbələri arasında) olmaqla 13 kateqoriya üzrə keçirilib.

Qaliblər Türkiyədə yay tətili və Türkiyədə keçiriləcək XI Beynəlxalq Türk dili Olimpiadasında Azərbaycan komandasını təmsil etmək imkanı qazanıb.

Qeyd edək ki, ötən il X Beynəlxalq Türk dili Olimpiadasında Azərbaycan cəmi 25 medal olmaqla 12 qızıl, 11 gümüş, 3 bürünc medal qazanıb.

Bu nəticələrə əsasən Azərbaycan komandası 135 ölkə arasında 1-ci yeri tutub. Ümumilikdə, olimpiada tarixində Azərbaycan cəmi 103 medal olmaqla 34 qızıl, 50 gümüş, 20 bürünc medal qazanıb.

Bu il isə “Bəşəri barışığa doğru” adı altında keçiriləcək olimpiadada 140 ölkədən 2000 şagird iştirak edəcək. Türkiyənin 55 şəhərində 99 səhnə proqramı təşkil ediləcək.

1 iyun tarixində isə “Bəşəri barışığa doğru” adı altında təşkil olunacaq XI Beynəlxalq Türk dili Olimpiadasının açılış mərasimi keçiriləcək.

Mirvari Kamilqızı
Gün.Az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır