“Çağ Öyrətim İşlətmələri” MMM “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyinin təsisçiləri sırasına qoşulmuşdur

Bakı, 1 mart (AzərTAc). Martın 1-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətində “Çağ Öyrətim İşlətmələri” Məhdud Məsuliyyətli Müəssisənin (MMM) şirkətin təsisçiliyi ilə yaradılmış “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyinin təsisçiləri sırasına qoşulmasına dair birgə bəyanat imzalanmışdır.
Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, sənədi ARDNŞ-in kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti, “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyinin İdarə heyətinin rəhbəri Xalik Məmmədov, “Çağ Öyrətim İşlətmələri” MMM adından İdarə heyətinin sədri Ənvər Özərən imzalamışlar. Bununla da “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyinin təsisçiləri ARDNŞ, “Praktikal Salyuşns Qrup” MMC və “Çağ Öyrətim İşlətmələri” MMM olmuşlar. Birliyin təsisçiləri bərabər hüquqlara malikdirlər.
Mərasimdə çıxış edən ARDNŞ prezidenti Rövnəq Abdullayev şirkətin Azərbaycanda təhsilin inkişafı istiqamətində gördüyü işlərdən bəhs etmiş, kadr hazırlığı proqramı çərçivəsində həyata keçirilən layihələrdən danışmışdır. O qeyd etmişdir ki, Azərbaycanda fəaliyyət göstərən ali təhsil məktəbləri tələbələrinə müsabiqə əsasında verilən ARDNŞ təqaüdü, habelə ödənişli “Yay təcrübəsi” və “Yay məktəbi” layihələri gənclər arasında məşhurlaşmışdır. Bildirilmişdir ki, indiyədək yüksək reytinqli xarici universitetlərdə ARDNŞ-in təqaüdü hesabına təhsil alan 132 azərbaycanlı məzun şirkətin idarə və müəssisələrində ixtisaslarına uyğun işlə təmin olunmuşdur. Hazırda 70 təqaüdçü təhsilini uğurla davam etdirir. İmzalanan bəyanatın əhəmiyyətindən söz açan ARDNŞ prezidenti Rövnəq Abdullayev “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyinin təhsilin inkişafı istiqamətində uğurla fəaliyyət göstərəcəyinə inamını ifadə etmiş, “Çağ Öyrətim İşlətmələri” MMM-nin təhsil sahəsində bu günədək olan fəaliyyətini yüksək qiymətləndirmişdir. R.Abdullayev qeyd etmişdir ki, ARDNŞ beynəlxalq səviyyəli neft şirkətinə çevrilməsi üçün zəruri olan addımları atır, bunun üçün beynəlxalq neft şirkətlərinin müsbət təcrübəsi də mənimsənilir. Bu səbəbdən neft-qaz sənayesində şəffaflığın artırılması məqsədi ilə “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Korrupsiya ilə mübarizə və şəffaflığın artırılması” üzrə Standartlar toplusu təsdiq edilmiş və cari il yanvarın 1-dən həmin standartların tətbiqinə başlanılmışdır. Məhz həmin standartların tələbinə görə ARDNŞ elm, təhsil, sosial layihələr kimi ictimai, ümumxalq məqsədlərə xidmət edən layihələri məhz ictimai birliklər vasitəsilə həyata keçirməyə üstünlük verəcəkdir.
R.Abdullayev bildirmişdir ki, Ədliyyə Nazirliyində 2011-ci ildə qeydiyyata alınmış “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyi respublikamızda məktəb yaşlı uşaqlara, yeniyetmələrə və gənclərə özəl təhsil müəssisələri vasitəsi ilə beynəlxalq standartlara uyğun təhsil verməyi, fransız, ingilis məktəblərinin ənənələrini və proqramlarını ölkəmizə gətirməyi planlaşdırır. ARDNŞ prezidenti ölkəmizdə təhsil sisteminin inkişafı istiqamətində uğurla fəaliyyət göstərən “Çağ Öyrətim İşlətmələri” MMM-nin Birliyin təsisçiləri sırasına qoşulmasından məmnun olduğunu bildirmiş, bununla da gələcəkdə təhsil sahəsində daha böyük layihələrə imza atılacağına əminliyini ifadə etmişdir.
“Çağ Öyrətim İşlətmələri” MMM adından İdarə heyətinin sədri Ə.Özərən ARDNŞ ilə birlikdə ölkənin təhsil sahəsində həyata keçirilən birgə layihələrdən danışmış, şirkət tərəfindən intellektual, bacarıqlı şagird və tələbələrə göstərilən qayğını qeyd etmiş, ölkədə yeni tipli tədris mərkəzlərinin yaradılmasında ARDNŞ-in rolunu yüksək qiymətləndirmişdir. Ə.Özərən “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyinin təsisçiləri sırasına qoşulan “Çağ Öyrətim İşlətmələri” MMM-nin təhsilin inkişafına mühüm töhfələr verəcəyini vurğulamışdır.
ARDNŞ-in kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov çıxış edərək, “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyinin təhsilin inkişafı istiqamətində qarşısında duran vəzifələrdən danışmış, ölkənin təhsil sisteminin inkişafında Birliyin mühüm rol oynayacağına əminliyini ifadə etmişdir. X.Məmmədov imzalanmış sənədin gələcəkdə bu sahədə daha böyük uğurlu layihələrin həyata vəsiqə qazanmasında bir vəsilə olduğunu bildirmişdir.
http://azertag.com/node/1062725

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır