Hər şey gözəldir həyatda, özün bir zərrə gözəllik yarada bilsən...

Mart ayının 13- də Qafqaz Universiteti  Mədəniyyət şöbəsi Sənət Mərkəzi Art Clubunun sərgisi keçirildi. Tələbələrdən Nuridə Nəcəfova və Elnarə Rzayeva rənglərin ahəngini istifadəsiz kompyuterlərin klaviaturasına köçürdülər.
 Könül Mikayılova, Tünzalə Fərhadova, Ülviyyə Məmmədova, Rufanə Məmmədli, Vəfa Qurbanova rəngarəng iplərlə müxtəlif füqurlar düzəldib sərgilədilər.
Sona Seyidli qurudulmuş güllərdən, toxum və tumlardan tablo, Vüsalə  Əliyeva isə kartonla quzu şəklində kitab rəfi nümayiş etdirdi.
Bununla da onlar təbiətdə, həyatımızda olan lazımlı və lazımsız əşyalarla maraqlı, istifadəyə yararlı şeylər hazırlaya biləcəklərini nümayiş etdirdilər.
Mədəniyyət şöbə müdirliyi










Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF