Qafqaz Universiteti Novruz şənliyi keçirilib

Qafqaz Universitetinin mədəniyyət şöbəsinin  təşkilatçılığı ilə Novruz Bayramına həsr olunmuş ədəbi- bədii gecə keçirilib.

525.az-ın məlumatına görə, tədbirdə çıxış edən Qafqaz Universitetinin  rektoru  professor Ahmet Sanic, Novruz bayramının dərin  tarixiə malik olan  təkcə  təkamül rəmzi deyil, həmdə təbiətin oyanışı, insanların arzu və ümidlərinin, niyyətlərinin  pöhrələnməsini təcəssüm edən bir bayramdır. Adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Novruz bayramında adətən evdə həyətdə abadlıq, təmizlik işləri aparılır, ağac əkilir . Novruz bayramında şiriniyyat növləri (qoğal,külçə,paxlava,şəkərbura və sair) plov bişirilir. Rəngbərəng yumurta boyanır, sinilərdə xonça bəzənir,  tonqal qalanır, səməni qoyulur, ölənlərin xatirəsi yad edilir, küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedir, pay göndərirlər.Novruz bayramı münasibəti ilə AZER.NET şirkəti Qafqaz Universitetinə kompyuter labaratoriya hədiyyə etdi .

Qafqaz Universitetinin  rektoru  professor Ahmet Saniç tədbir zamanı AZER.NET şirkətinin rəhbərliyinə labaratoriyanıuniversitetə hədiyə etməsinə görə xatirə plaketi təqdim etdi. Sonra Qafqaz Universitetinin tələbələrdən ibarət  Xor kollektivi “Bayram olsun ,Rəqs kollektivi “Arşın mal alan “qızlardan ibarət kollektiv “Bağlamalar “,”Kosa və Keçəl” səhnəcikləri göstərilib.
S.Qarayeva
http://www.525.az/site/?name=xeber&news_id=6537

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır