AĞARƏSUL MƏMMƏDOV: “SÜBUT OLUNDU Kİ, DÖVLƏTİMİZİN ETİMADINA SƏDAQƏTLƏ XİDMƏT ETMİŞİK”


“Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyinin yaradılmasından bir aydan çox vaxt keçib. İctimai Birlik hələ fəaliyyətə başlamasa da, “Çağ” Öyrətim İşlətmələri şırkətinin elmi məsələlər üzrə müşaviri dos. Ağarəsul Məmmədov, birliyin gələcək gözləntiləri, barəsində Simsar.az-a açıqlama verib

“Bildiyiniz kimi, Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ən müxtəlif layihələrə sponsorluq edir. Səhiyyə, təhsilin müxtəlif sahələrində, xüsusən də tələbələrin xaricə tanınmış universitetlərə təhsil almağa göndərilməsində çox fəal iştirak edir. Bizim layihələrimizdə də ARDNŞ maliyyə dəstəyini əsirgəmir. Ümummilli Lider Heydər Əliyevin 90 illiyinə həsr edilmiş Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadasının – “İnepo Avrasiya” hazırlanıb həyata keçirilməsinin də əsas sponsoru ARDNŞ-dır. Bu olimpiadada dünyanın 45 ölkəsindən Azərbaycana 500-ə yaxın olimpiada iştirakçısı gələcək. Əlbəttə ki, gələn qonaqların xərclərini təşkilat komitəsi qarşılayır. Bu il ilk dəfə tədbir Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin təşkilatçılığı ilə həyata keçiriləcək.

Qurum sözçüsü bu birliyin yaradılmasından böyük gözləntilərinin olduğunu bildirib: “ARDNŞ-in təhsil müəssisələri çoxdur. ARDNŞ bizimlə tam tanış olandan sonra qarşılıqlı fikir yarandı ki, ictimai birlik quraq. ARDNŞ-ın məktəbləri ilə bizim məktəblər birləşsin. Bəziləri soruşur ki, ARDNŞ bizdən nə istəyir? Dediyim kimi biz onlarla əməkdaşlıq edirik. Qafqaz Universitetinin Sənaye, komputer və kimya mühəndisliyi fakültələri fəaliyyət göstərir. Onlar nə istəyir? Hər iki dünyaca tanınmış müəssisə yüksək ixtisaslı, xarici dilləri bilən, istehsalatda işləmək bacarığına yiyələnmiş, intizamlı mühəndis kadrlarına ehtiyacı var. Belə kadrlar isə universitetimizdə yetişdirilir. Bizim məzunlar hələ tələbə ikən harada işləyəcəklərini bilirlər. Əlbəttə ARDNŞ da bizdən kadr istəyəcək. Bu qurumun yaradılması isə imkan verəcək ki, belə kadrları birgə yetişdirək”.

A.Məmmədov bildirib ki, tələbələr ARDNŞ-ın zavodlarında, qazma idarələrində və s. idarə və müəssisələrində istehsalat təcrübəsi keçəcəklər: “Şirkətin xaricdə fəaliyyət göstərən fabrik, zavod və nümayəndəliklərində mühəndis kadrlarına ehtiyac böyükdür. Şirkətin təhsil müəssisələrində bizim müəssisələrimizdə işləyən müəllimlər fəaliyyətə başlaya biləcəklər. Qafqaz Universitetinin pedaqoji fakültələrinin məzunları da işləyə biləcəklər. Bu siyahıya xaricdə təhsil alan liseylərimizin məzunlarını da əlavə etsək və onların da vətənə dönüb dövlətimizə xidmət edəcəklərini nəzərə alsaq gələcəkdə yeni qurulmuş ictimai birliyin böyük kadr potensialına malik olcağını görərik. Yəni bu birləşmədə yalnız qarşılıqlı fayda vardır. Kimsənin kimsədən istədiyi bir şey yoxdur. Nəticədə dövlətimiz qazanır. Bu isə ən əsas şərtdir. Ən əsası odur ki, bir daha hiss etdik ki, biz Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə çalışdığımız 20 il müddətində dövlətimizin etimadına sədaqətlə xidmət etmişik, dövlətimiz də bizə bu gün də etimad göstərməkdə davam edir”.

Qeyd edək ki, martın 1-də Çağ Öyrətim İşlətmələri ilə ARDNŞ arasında əməkdaşlıq protokolu imzalanıb. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi-nin ən böyük hədəfi ölkə üçün beynəlxalq standartlara uyğun mütəxəssis yetişdirməkdir. İki təşkilat arasındakı razılaşma Çağ Öyrətim İşlətmələri İdarə heyətinin sədri Ənvər Özərən və Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İdarə heyətinin sədri Xaliq Məmmədov tərəfindən imzalanıb. SOCAR-ın Bakıdakı baş qərargahında keçirilən imza mərasimində şirkətin prezidenti Rövnəq Abdullayev də iştirak edib. Mərasimdə çıxış edən R.Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin "Neft kapitalını insan kapitalına çevirək" hədəfini xatırladaraq Çağ Öyrətim İşlətmələri şirkəti ilə imzalanan protokolun onlar üçün çox vacib olduğunu vurğulayıb.

Nihadə Eyyubova
http://simsar.az/news/a-33112.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır