Ali məktəbin rektoru təltif edildi

Təhsil Naziri Misir Mərdanov ali məktəb rektorunu xüsusi mükafatla təltif edib. SİA xəbər verir ki, nazir bu gün Bakıda keçirilən Kimyaçılar və kimya mühəndislərinin I beynəlxalq konfransında (“CCE 2013”) bu barədə məlumat verib. Misir Mərdanov qeyd edib ki, Qafqaz Universitetinin rektoru Ahmet Sanıç Təhsil Nazirliyinin ən yüksək mükafatı olan “Qabaqcıl təhsil işçisi” adı ilə təltif olunub. Onun sözlərinə görə, bu günlərdə 50 illik yubileyini qeyd edən rektor fəaliyyət göstərdiyi illər ərzində Azərbaycanın təhsil sahəsinə mühüm xidmətlər göstərib.

Məlumat üçün bildirək ki, mükafatı rektora təhsil naziri Misir Mərdanov təqdim edib.
Nərmin Nəsirli

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF