Bakıda “Kimya və kimya texnologiyalarının aktual problemləri” mövzusunda 1-ci Beynəlxalq konfrans işə başlamışdır

Bakı, 17 aprel (AzərTAc). Aprelin 17-də “Gülüstan” sarayında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) və Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Kimya və kimya texnologiyalarının aktual problemləri” mövzusunda 1-ci Beynəlxalq konfrans işə başlamışdır.
Konfransda yerli mütəxəssislərlə yanaşı, ABŞ, Kanada, Türkiyə, Rusiya, Norveç, İsveçrə, İngiltərə, Gürcüstan, Almaniya və digər ölkələrdən neft-kimya mütəxəssisləri də iştirak edirlər.
Beynəlxalq konfransda neft-kimya sənayesinin perspektiv inkişafı, yeni layihələrin həyata keçirilməsi, müasir kimya texnologiyalarının öyrənilməsi və tətbiq edilməsi məsələləri ətrafında müzakirələr aparılacaqdır.
Tədbirdə neft kimyasının nəzəri və praktik məsələləri, fiziki və analitik kimyanın aktual problemləri, kimya sahəsində müasir elmi-tədqiqatlar, ekoloji təmiz, zərərsiz kimyəvi-innovativ texnologiyalar və digər aktual məsələlərlə bağlı çıxış və məruzələr dinləniləcək, diskussiyalar təşkil olunacaqdır.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF