Daha bir beynəlxalq olimpiada başa çatdı - FOTO


/Bu gün Bakıda Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadasının (İNEPO-Avrasiya) mükafatlandırma mərasimi keçirilib.Simsar.az-ın xəbərinə görə, mərasimdə təhsil naziri Misir Mərdanov, Qafqaz Universitetinin rektoru Əhməd Sanıç,Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun, “Çağ Öyrətim İşlətmələri” şirkətinin prezidenti Ənvər Özərən, millət vəkili Qənirə Paşayeva və digər şəxslər iştirak edirlər.İctimai Televiziyanın əməkdaşı Saleh Bağırovun aparıcılığı ilə baş tutan mərasimdə ilk olaraq, Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Məsud Kurnaz çıxış edib. O,çıxışında olimpiada təşkilatçılarına,qonaqlara, iştirakçılara təşəkkürünü bildirib.Daha sonra olimpiadanın məğzini özündə birləşdirən film təqdim olunub. Mükafatlanmadan öncə Qafqaz Gimnaziyasının “Azərbaycan Qartalları” rəqs qrupu çıxış edib.

Olimpiada qalibləri qızıl, gümüş, bürünc medallarla, qiymətli hədiyyələr,pul mükafatı və sertifikatlarla mükafatlandırılıb. Bürünc medalları qaliblərə millət vəkili Qənirə Paşayeva təqdim edib. Təqdimatdan sonra milət vəkili çıxış edib : “Bu, böyük bir hadisədir. Yeni dünya qurulur. Burada yeni dostluqlar yaranır. Olimpiada təşkilatçılarına təşəkkür edirəm,qalibləri təbrik edirəm

“Sonra isə mükafatçıları Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun mükafatlandırıb. Səfir çıxış edərək,qalibləri təbrik edib.

Qeyd edək ki, bu il VII “İnepo Avrasiya” Ekologiya Olimpiadasında 45 ölkədən 500-ə yaxın iştirakçı yarışıb. 2013-cü ildə Azərbaycanla yanaşı, 45 xarici ölkədən 625 layihədən 22-si, Azərbaycanda isə 180 orta məktəbdən 214 layihə təqdim olunub. Onlardan 78-i növbəti mərhələyə keçib.
Hər il belə Olimpiadanın keçirilməsində Azərbaycanda və dünyada artmaqda olan ekoloji problemlərin həlli və ətraf mühitin qorunub saxlanılması mövzusunda gənc nəsli bilgiləndirmək, şagirdlərdə ekoloji şüuru inkişaf etdiməkdir

Beynəlxalq olimpiada Təhsil Nazirliyi, İDEA, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Çağ Öyrətim” İşlətmələri Şirkəti və “İnepo-Avrasiya” Ekologiya İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub

Nihadə
http://simsar.az/news/a-33188.html

 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır