Hərbi xidmətdə olan məzunlarımızla görüş

Qafqaz Universiteti Məzun Koordinasiya Şöbəsi Oğuz Klubunun tələbələriylə birgə Binəqədi rayonunda hərbi xidmətdə olan məzunumuzu ziyarət etdi. Bu ziyarətimiz məzunumuz üçün gözlənilməz oldu. Məzunumuzla öz əsgər yoldaşlarıyla birgə hərbi hissənin çayxanasında görüşdük. Oğuz klubu gətirdiyi bayram sovqatını əsgərlərimizə verdi. Bərabər çay içib xeyli söhbətləşdik. Qafqaz Universitetinin Media klubundan gedən tələbələr əsgərlərimizin bir neçəsindən ürək sözlərini , təəssüratlarını yazdılar.
Əsgərlər bu ziyarətdən məmnunluqlarını bildirdilər. Bunun ardından əsgərlərimizlə xatirə şəkili çəkdirərək xoş təəssüratlarla ayrıldıq.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır