“Özümüzü kəsən qılınc” nümayiş etdirilib

Gənc Tamaşaçılar Teatrında Qafqaz Universiteti Mədəniyyət şöbəsinin Dram dərnəyi üzvləri tərəfindən xalq şairi Bəxtiyar Vahabzadənin "Özümüzü kəsən qılınc" adlı tarixi-faciəvi tamaşası nümayiş etdirilib. Qafqaz Unversitetinin mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə maraqla izlənilən tamaşa qədim türk xalqlarının tarixi keçmişini, zəngin dövlətçilik ənənələrini özündə əks etdirib. 

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Zəminə  Axundovanın quruluş verdiyi tamaşada göytürklərin minillik tarixi keçmişindən söhbət açılsa da, həvəskar aktyorlar Bəxtiyar Vahabzadənin əsərləri adlayan hadisələrə yeni təfəkkürlə yanaşaraq, başımıza gələn faciələri və onları doğuran səbəbləri göstərmə məqsədini məharətlə çatdıra biliblər.

Yaradıcı gəncləri böyük həvəslə izləyən, hər birini səhnədə ayrılıqda təbrik edən Qafqaz Universitetinin rektoru Ahmet Saniç onların əməyini yüksək  dəyərləndirib. 
Çağ Öyrətim İşlətmələri şirkətinin prezidenti Ənvər Özərən tamaşanın tərbiyəvi əhəmiyyətini xüsusilə vurğulayaraq, gənclərə müraciət edib. “Bu gün davamlı alqışlarla izlədiyimiz bu tamaşa bir tarixdir. Tarixin acı dərslərindən ibrət almaq lazımdır. Bu millətin taleyini, gələcəyini düşünək! Bu millətin yaddaşında hamımızın izi qalacaq. Özümüzü kəsən qılınc olmayaq”.

Qeyd edək ki, sözügedən tamaşanın premyerası Bəxtiyar Vahabzadənin vəfatının 4-cü ildönümü münasibətilə sənətkarın doğulduğu Şəki şəhərindəki musiqi kollecində, daha sonra isə Mingəçevir şəhər Dövlət Dram Teatrında nümayiş etdirilib.

Vasif Həsənli

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF