Qafqaz Universitetində "Startup Azərbaycan" layihəsi çərçivəsində universitet rəhbərliyi görüşü keçirilib

Qafqaz  Universitetində "Startup Azərbaycan" layihəsi çərçivəsində universitet rəhbərliyi görüşü keçirilib. Publika.Az-ın verdiyi xəbərə görə, görüşdə universitetin İT sahəsi üzrə müəllim və tələbələri ilə birgə Toplantı   təşkil edilib.


Görüşdə Qafqaz Universitetinin rektoru Ahmet Saniç "Startup Azərbaycan"  komandasının üzvlərini qəbul edib. Universitetin  Texnopark müdiri İsa Qasımov və  Kompüter Mühəndisliyi departamentinin rəhbəri Abzətddin  Adamov, Startup Azərbaycan  Təşkilat Komitəsinin üzvləri  Osman Gündüz, Ülvi Aslanov və Ayaz Quliyev iştirak ediblər.

Llayihə haqqında məlumat verilib və gələcək əməkdaşlıq məsələləri ilə bağlı  fikir mübadiləsi aparılıb.Görüşdən dərhal sonra Universitetin tələbə və müəllimlərinin iştirakı ilə geniş Toplantı keçirilib. Təşkilat Komitəsini üzvü Osman Gündüz  və Ülvi Aslanov Toplantı iştirakçılarına  Startup Azərbaycan layihəsi haqqında geniş məlumat veriblər. Müsabiqədə iştirak qaydaları haqqında, layihələrin qiymətləndirilməsi , investorlarla münasibətlərin qurulması ilə bağlı məlumatlar verilib. Toplantı iştirakçılarını maraqlandıran çoxsaylı suallar  cavablandırılıb.

Sonra toplantı iştirakçılarına  konkret bir startup layihəsinin  formalaşması, maliyyələşməsi və inkişafı ilə bağlı nümunə təqdim edilib. Multibon layihəsi ilə bağlı Orxan Əhmədov təqdimat edib. O təqdimatında adı çəkilən layihənin ərsəyə gəlməsi, investor tapılması, İnternet bazarındakı yeri və inkişaf perspektivləri ilə bağlı maraqlı məlumatlar  təqdim edib . Sonda tədbir iştirakçılarının  sualları cavablandırılıb.

"Startup Azərbaycan" TK  bildirir ki,  aprelin  20-də Xəzər Universitetində və aprelin 27-də Sumqayıt  şəhərində belə toplantıların keçirilməsi nəzərdə tutulub.

Startup Azərbaycan Layihəsinə  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi dəstək verir.
http://www.publika.az/index.php?action=static_detail&static_id=46056&sub_id=12

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır