Quba və Qusar rayonlarında məzun ziyarəti

Məzun Koordinasiya Şöbəsinin əməkdaşları  Quba və Qusar rayonlarında işləyən məzunlarla   Quba Özəl  Turk liseyində görüş təşkil etdi. Görüşə 7 məzun qatıldı.  Məzunlarımız  Unveristetin bu təşkilatçılığını yüksək qiymətləndirdilər. Məzunlarla rayonun  gəzməli və görməli yerlərində olduq, restoranların birində  çay içərək söhbətimizə  davam  etdik. Şöbənin əməkdaşları univerisitetdə  gedən yeniliklər barədə məzunları məlumatlandırdılar.  Məzunlarımız universitetdə gedən bu yeniliklərdən, dəyişikliklərdən, universitetin uğurlarından qürur duyduqlarını söylədilər. Daha sonra   məzunlarımız öz işləri haqqında danışdılar və onlar işlərində uğur qazanmalarında  unversitetdə almış olduqları yüksək səviyyəli təhsilin çox böyük faydası olduğunu bildirdilər.  Məzunlarımız ayrılan bu vaxta və diqqətə görə Universitetimizə və Məzun Koordinasiya şöbəsinə təşəkkür etdilər.
Məzunlarımızla xatirə şəkili çəkdirərək xoş təəssüratlarla ayrıldıq.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır