Bakıda keçirilən “Gələcəyə baxış” ABŞ–Azərbaycan Forumunun iştirakçıları Qafqaz Universitetində olmuşlar

Bakı, 27 may (AzərTAc). Bakıda keçirilən “Gələcəyə baxış” ABŞ -Azərbaycan Forumunun iştirakçıları mayın 27-də Qafqaz Universitetində olmuşlar.
AzərTAc xəbər verir ki, görüşdə Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç rəhbərlik etdiyi ali məktəbdə təhsilin inkişafı üçün həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan danışmışdır.
Universitetə qəbul olunan gənclərin müvafiq qəbul imtahanlarında yüksək ballar topladıqlarını qeyd edən rektor burada müxtəlif ixtisaslar üzrə bacarıqlı mütəxəssislərin hazırlandığını diqqətə çatdırmışdır.
Professor Ə.Saniç təhsil müəssisəsinin beynəlxalq əlaqələrindən də bəhs etmişdir.
Qafqaz Universitetinin fəaliyyəti barədə videofilm nümayiş etdirilmişdir.
Çıxış edən “Gələcəyə baxış” ABŞ–Azərbaycan Forumunun iştirakçıları Azərbaycanın dinamik inkişaf etdiyini, Bakıda qatıldıqları görüşlərdən məmnun olduqlarını vurğulamışlar.
Amerikalı qonaqlar, eyni zamanda, Qafqaz Universiteti ilə bağlı fikirlərini bildirmişlər.
Sonra “Gələcəyə baxış” ABŞ–Azərbaycan Forumunun iştirakçıları universitetin tədris şəraiti ilə tanış olmuşlar.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır