Mayın 18-də Qafqaz Universitetində Türkmənistan səfirliyi və Qafqaz Universiteti Mədəniyyət şöbəsinin təşkilatçılığı ilə "İnkişaf, birlik və Məxtimqulu Fəraqinin şeir günləri” adlı tədbir keçirilib.


“Qafqazinfo” xəbər verir ki, tədbirdə ilk olaraq universitetin rektoru Prof. Dr. Ahmet Saniç çıxış edib. Ardınca çıxış edən Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Toyli Komekov Türkmənistan və Azərbaycanın zəngin birgə tarixi keçmişi, zəngin dostluq münasibətlərinim olduğunu vurğulayıb. “Həmzə Nigaridən Məxtimquluya gedən yol” mövzusunda çıxış edən Qafqaz Universitetinin filologiya fakultəsinin müəllimi prof. Akif Hüseynli, Məxtimqulu Fəraqinin əsərlərində dostluq və insan sevgisi” mövzusunda çıxış edən Türkiyə Cümhuriyyətindən təşrif buyurmuş dos. Ramazan Çakır bəy, “Məxtimqulu Fəraqinin həyat və fəaliyyəti” mövzusunda çıxış edən Türkmənistan Elmlər Akademiyası Əlyazmalar İnstitutunun baş elmi işçisi Davud Orazsaxedov dünya şöhrətli şair Məxtimqulu Fəraqinin ədəbiyyat, elm və fəlsəfə vasitəsilə ümumbəşəri mədəniyyətin inkişafına qiymətli töhfə verdiyini bir daha diqqətə çatdırıblar. Sonra Qafqaz Universitetində təhsil alan türkmənistanlı tələbələrin ifasında mahnı və şeirlər səsləndirilib.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır