Qafqaz Universitetində “Xalqlar günü” adlı tədbir təşkil olunmuşdur


Bakı, 14 may (AzərTAc). Qafqaz Universitetində “Xalqlar günü” adlı tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, çıxış edən universitetin beynəlxalq münasibətlər ofisinin direktoru Saleh Akçay tədbirin başlıca məqsədinin bu ali təhsil ocağında təhsil alan xarici tələbələrin özlərini tənha hiss etmələrinə yol verməməkdən ibarət olduğunu bildirmişdir.
Mərasimdə Qafqaz Universitetinin rektoru Əhməd Saniç çıxış edərək demişdir ki, bu ali təhsil müəssisəsi Azərbaycandakı özəl universitetlər arasında ən öncül yerlərdən birini tutur. Məhz bunun nəticəsində xarici ölkələrdən bu təhsil ocağında təhsil almaq istəyən tələbələrin sayı durmadan artır. Hazırda Qafqaz Universitetində 17 ölkədən tələbələr təhsil alır.
Rektor bildirmişdir ki, “Xalqlar günü” adlı tədbirdə həmin ölkələri təmsil edən tələbələr özlərinin milli mədəniyyətlərini, mətbəxlərini nümayiş etdirmək imkanı qazanırlar. Bundan əlavə, həmin tələbələr Azərbaycanın tarixi yerlərinə, o cümlədən, Quba məzarlığına aparılır. Məqsəd təhsillərini başa vurduqdan sonra onların ölkələrinə qayıdarkən Azərbaycan barədə dolğun məlumata malik olmasını təmin etməkdir.
Tədbirdə müxtəlif ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri də iştirak etmişlər.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır