Qafqaz Universitetinin «Qafqaz Programmers» komandası İnformatika üzrə Olimpiadanın qalibi oldu.



2013-05-20 10:53:40
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş "Ali məktəblər arasında informatika üzrə Ümumrespublika Olimpiadası"nın qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Mövqe.az-ın məlumatına görə, tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib ki, hər il ənənəvi olaraq keçirilən bu olimpiada yerli və səriştəli kadrların yetişməsinə müsbət təsir göstərir. Olimpiadada iştirakçıların sayının ildən-ilə artdığını vurğulayan nazir müavininin sözlərinə görə, bu tendensiya tələbələr arasında sözügedən sahəyə böyük önəm verilməsinin göstəricilərindən biridir: "Olimpiadada iştirak edən tələbələr də yarış zamanı qazandıqları təcrübə və səriştələri öz yaşıdları ilə bölüşməlidirlər. Bu yarışa bölgə universitetlərinin də qoşulması və aktiv şəkildə iştirak etməsi bizi sevindirir".

Bundan sonra qaliblər mükafatlandırılıb. Bildirilib ki, bu il "İnformasiya-kommunikasiya texnologiyaları ili" olduğundan ilk üç yeri tutan deyil, ilk altılığı qazananlar mükafatlandırılıb. Birinci yer 1, ikinci yer 2, üçüncü yer üçün 3 komanda diplom və hədiyyələrə layiq görülüb.

Qeyd edək ki, Olimpiadada birinci yeri Qafqaz Universitetinin «Qafqaz Programmers» komandası tutub, komanda üzvlərinə hədiyyə olaraq kompüterlər verilib.


http://www.movqe.az/v5/13740/%C4%B0nformatika_%C3%BCzr%C9%99_Olimpiadan%C4%B1n_qalibl%C9%99ri_m%C3%BCkafatland%C4%B1r%C4%B1l%C4%B1b/

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır