Qafqaz Universitetlər Birliyi təsis olunub

Türkiyənin Ərdahan Universitetində Türkiyə, Azərbaycan, Gürcüstan, İran və Rusiyadan 21 universitet rəhbərinin imzası ilə Qafqaz Universitetlər Birliyi təsis olunub. Azərbaycan Asiya Universitetinin rektoru, professor Cəlil Nağıyev, Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç, Naxçıvan Dövlət Universitetinin prorektoru, professor Xanəli Kərimli və Naxçıvan Özəl Universitetinin prorektoru, dosent İbrahim Kazımbəylinin də iştirak etdikləri imzalama mərasimindən sonra konfrans keçirilib. Ərdahan Universitetinin rektoru Aşık Şənlik bildirib ki, Birliyin yaradılması universitetlər arasında təcrübə mübadiləsi, birgə elmi tədqiqat layihələrinin həyata keçirilməsi baxımından çox mühümdür.Türkiyə Yüksək Təhsil Qurumunun sədri Yusuf Ziya Özcan təmsil olunduğu hökumətin Qafqaz Universitetlər Birliyinə böyük əhəmiyyət verdiyini, bu qurumun Qafqaz coğrafiyasındakı ali təhsil ocaqları arasında əməkdaşlığı gücləndirəcəyini deyib. Bildirilib ki, Şimali Qafqaz respublikalarının bu prosesdə iştirakının təmin olunması üçün də addımlar atılır. Hələlik Rusiya Federasiyasının Çeçenistan Respublikasının universiteti proqram çərçivəsində əməkdaşlığa qoşulub. Ukraynanın Krım Muxtar vilayəti də birliklə əməkdaşlıq edir. Mübadilə proqramının əhatə dairəsinin genişləndirilməsi də nəzərdə tutulur. (“OLAYLAR”İA)
http://www.olaylar.az/news/social/41854

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır