Türkiyənin təhsil naziri Qafqaz Universitetini ziyarət edib


Tarix: 22.05.2013 | Saat: 19:21:00 
Ölkəmizdə səfərdə olan Türkiyənin təhsil naziri və onun başçılıq etdiyi nümayəndə heyəti Qafqaz Universitetinin tələbə və müəllim kollektivi ilə görüşüb. Qeyd edək ki, nazir Nabi Avcı və onun başçılıq etdiyi nümayəndə heyəti 20-21 mayda Bakıda keçirilən Qafqaz Universitetlər Birliyinin 3-cü konqresində iştirak etmək üçün Azərbaycana gəlib.Qafqaz Universitetində görüş zamanı türkiyəli qonaqlara Qafqaz Universiteti barədə ətraflı məlumat verən Universitetin rektoru professor Ahmet Sanic deyib ki, bu təhsil müəssisəsi 1993-cü ildə fəaliyyətə başlayıb. Onun sözlərinə görə, Universitet Türkiyə və Azərbaycanın elmi-texniki və pedaqoji potensialını birləşdirərək yüksək səviyyəli mütəxəssislər hazırlayır . A.Sanic vurğulayıb ki, Qafqaz Universitetində mühəndislik, iqtisadiyyat və idarəetmə, hüquq, filologiya fakültələri nəzdində avtomatlaşdırılan sistemlərin və hesablama texnikasının proqram təminatı, hesablama maşınları, kompleksləri, sistem şəbəkələri, riyaziyyat, biznesin təşkili və idarə edilməsi, beynəlxalq münasibətlər, beynəlxalq hüqüq ixtisasları üzrə mütəxəssislər hazırlanır. Rektor Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Heydər Əliyevin “bir millət iki dövlət” kəlamkarını da xatırladıb.
Sonra söz nazir Nabi Avcı verildi.O bildirdi ki, Türkiyə ilə Azərbaycan arasında sıx dostluq və qardaşlıq əlaqələri mövcuddur: "Mən Dunyanın bir çox ölkələrində olmuşam,lakin dost və qardaş Azərbaycan mənim üçün daha əzizdir. Azərbaycanda olmaqdan böyük bir həyəcan və sevinc içindəyəm. Hələ Qafqaz Unversiteti kimi bir yerdə olmaq Turk dunyasına açılan qapının kürsüsündə durub sizlərə nitq söyləməm mənə ayrı qürur və xoşbəxtlik verir”. Nazir daha sonra bildirib ki, yaxın vaxtlarda Seyid Yəhya Şirvanı simpoziumu keçiriləcək. Bu iki ölkə arasındakı humanitar əlaqələrin daha da güclənməsinə xidmət göstərəcək.
Görüşün sonunda Nabi Avcıya Qafqaz Universitetinin Rektoru tərəfindən xatirə plaketi və Çağ öyrətim20 illik" kitabı təqdim edildi.

Bəhruz

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır