V Riyaziyyat - Məntiq olimpiadasının nəticələri



İstedadlı gənclərin aşkara çıxarılması, onların  potensial imkanlarının inkişaf etdirilməsi dövlətimizin daim diqqət mərkəzindədir. ­Azərbaycan Respublikasının Prezidenti “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən dövlət proqramı” (4 avqust 2000-ci il) haqqında fərmanın əsas məqsədi istedadlı gənclərin aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi və səmərəli təhsil almaları üçün lazımi şəraitin yaradılmasıdır. Bu fərmanın icrasından irəli gələrək 4 may 2013-cü il tarixdə Qafqaz Universitetində fəaliyyət göstərən  Pi klubu, Araz kursları və Təhsil Nazirliyi ilə birgə  təşkilatçılığı ilə V Riyaziyyat – Məntiq Olimpiadasının 1-ci mərhələsi keçirilmişdir. Bu linkə daxil olaraq ikinci tura keçən şagirdlərin adlarını görə bilərsiz. İkinci tur 18 May 2013 - cü tarixdə saat 12.00 da Qafqaz Universitetində olacaq. İlk otuz yeri qazanan şagirdlər müxtəlif hədiyyələrlə mükafatlandırılacaq.
Qeyd edək ki , bu layihə “FAB boya-sənaye” şirkətinin sponsorluğu ilə həyata keçirilir.

                                                                                             Mədəniyyət şöbə müdirliyi

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF