Yeni Fikir Müsabiqəsi uğurla başa çatdı

QUTechnopark-ın (Qafqaz Universiteti Texnoparkı) 25 Mart 2013-25 May 2013 tarixlərində təşkil etdiyi Yeni Fikir Müsabiqəsinin (YFM) Final Mərhələsi uğurla başa çatdı. 19 layihə qrupunun yarışdığı finalda həm dövlət, həm də özəl sektorun tanınmış mütəxəssisləri münsiflər heyətində yer aldı. Final Mərhələdə gərgin keçən təqdimatlardan sonra 19 layihə qrupunun təqdim etdiyi yeni iş fikirlərindən ən yaxı beşi, qalib komanda olaraq, münsiflər heyəti tərəfindən elan edildi: 1-ci yer: “Alternativ Yanacaq” adlı iş fikri qrupu (Qafqaz Universitetinin tələbələri) 2-ci yer: “İwanna” adlı iş fikri qrupu (ATU, T.C. Qazi Universiteti və Qafqaz Universitetinin tələbələri) 3-cü yer: “Hyper Buyer” adlı iş fikri qrupu (Qafqaz Universiteti və BDU-nun tələbələri) 4-cü yer: “Robototexniklər” adlı iş fikri qrupu (ADİU və Qafqaz Universitetinin tələbələri) 5-ci yer: “Gənc Riyaziyyatçılar” adlı iş fikri qrupu (Qafqaz Universitetinin tələbələri) Müsabiqənin Yekun Proqramında finalada iştirak edən hər bir gənc təşəbbüskar, Qafqaz Universiteti Rekroru və QUTechnopark rəhbərliyi tərəfindən, təklif etdikləri iş fikirlərinin adını daşıyan sertifikatlara layiq görüldülər. İlk beş yeri tutan iş fikirləri isə 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci dərəcəli diplomlarla təltif edildirlər. Elan edildiyi kimi, ilk beş yerə layiq görülən iş fikri qrupları təklif etdikləri ideyalarının gerçəkləşdirilməsi üçün 1 il müddətinə QUTechnopark tərəfindən İnkubasiya Mərkəzində ofislə təmin olunacaqlar. Qaliblər Azercell Telekom MMC tərəfindən hədiyyələrlə mükafatlandırıldı. İlk 3 yeri qazanan iş fikri qrupları isə, əlavə olaraq, bir ay müddətində Türkiyə Cümhuriyyəti Orta Doğu Texniki Universiteti, İstanbul Texniki Universiteti və Yıldız Texniki Universiteti texnoparklarında təcrübə keçmək imkanı qazandılar. 

Qeyd edək ki, QUTechnopark YFM-ni hər il keçirməyi planlaşdırır. YFM-nin əsas məqsədi gənclər arasında sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsidir. Müsabiqədə müxtəlif sahələr üzrə (mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidmət proqramlarl, korporativ proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyaları, istehlakçı elektronikası və s.) yeni iş fikirlərinin inkişafı təmin ediləcəkdir. YFM-nin təmin edilməsi üçün www.yenifikir.az elektron veb səhifəsi də istifadəyə verilib. 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF