Qafqaz Universiteti növbəti bir beynəlxalq konfransa ev sahibliyi edir





Qurulduğu tarixdən etibarən fəaliyyətində Universitet-iş dünyası əməkdaşlığına xüsusi əhəmiyyət verən Qafqaz Universiteti bu yanaşmanın əhəmiyyyətini nəzərə alaraq texnopark fəaliyyətinə də başlamışdır. 
Sosial-iqtisadi inkişafa səmərəli töhvələr vermək üçün fəaliyyətini genişləndirən Qafqaz Universiteti hazırladığı məzunları (kadrları), eləcə də elmi-tədqiqatların istiqamətini iş dünyası ilə əməkdaşlıq əsasında həyata keçirir. 
Universitet-iş dünyası əməkdaşlığı təsərrüfatın müxtəlif sahələrində mövcud olan fərqli problemlərin birgə həllində mühüm rol oynayır. Belə bir yanaşma isə universitetin fəaliyyətini daha da səmərli edir. Universitetdə həyata keçirilən fəaliyyətlər iş dünyasının problemlərinin həllində müsbət rol oynaması isə, iş adamlarının əməkdaşlığa maraq göstərməsinə səbəb olur. İş dünyasının təmsilçiləri olan şirkətlərin daimi inkişaf etmə (böyümə) maraqları universitetlərdə formalaşdırılmış ekosistemlərin imkanları ilə təmin edilir. Universitetlərdə sənayeçilərin maraqlarını təmin edən ekosistemlər isə universitet-iş dünyası əməkdaşlığının səmərli nəticəsidir. 
Dünyanın inkişaf etmiş ölkələrində Universitetlər səmərəli fəaliyyətləri ilə cəmiyyətin hərtərəfli inkişafında mühüm rol oynayırlar. 
T.C.-nin Fatih Universiteti ilə birgə təşkil edilən “Universitet-iş dünyası əməkdaşlığı” konfransında Azərbaycandan dövlət və özəl sektora aid müəssisələrin nümayəndələri, iş adamları, mütəxəssislər və tələbələrlə yanaşı, Türkiyədən xeyli mütəxəssis və iş adamları da iştirak edir.
Konfransda universitet-iş dünyası əməkdaşlığının fərqli sahələrində səmərəli inkişafın metodları, eləcə də qarşıya çıxan problemlərin həlli istiqamətində mütəsisslər tərəfindən təqdimatlar ediləcək.
Konfransın işində aşağıdakı mövzular əsasında müzakirələr aparılacaq:
 Universitet və sənaye inkişafında qlobal inkişaflar
 Universitet və sənaye əməkdaşlığında təhsilin əhəmiyyəti. Fürsətlər və təhdidlər
 İş dünyası baxımından universitetlə əməkdaşlıq
 Türkiyə - Azərbaycan əməkdaşlığında fürsətlər və təhdidlər
Konfransın işinə Azersun Holdinq maliyə köməkliyi ilə dəstək verir.
Beynəlxalq konfransda iştirak edən yerli və xarici məruzəçilər aşağıdakı proqramda göstərilmişdir.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır