Qafqaz Universitetində “Maliyyə və mühasibat uçotu laboratoriyası”nın açılışı olub



Qafqaz Universitetində “Bank of Baku”nun dəstəyi ilə qurulmuş “Maliyyə və mühasibat uçotu laboratoriyası”nın açılışı olub.
Müəllim və mütəxəssislərin, tələbələrin iştirak etdikləri açılış mərasimində Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə daim xüsusi önəm verdiyini vurğulayıb.
Dövlət başçısı İlham Əliyevin “Qara qızılı insan kapitalına çevirmək” kəlamını xatırladan professor Ə.Saniç, eyni zamanda, rəhbərlik etdiyi ali məktəbdə təhsilin inkişafı üçün reallaşdırılan tədbirlərdən danışıb. Onun sözlərinə görə, universitetlə “Bank of Baku”nun əməkdaşlığı uzun müddətdir ki, davam edir. Lakin yeni laboratoriyanın yaradılması bu əməkdaşlıqda daha geniş yeni bir səhifə açıb. Rektor bu yardıma görə bankın rəhbərliyinə təşəkkürünü bildirib. 
“Bank of Baku”nun idarə heyətinin sədri Fərid Hüseynov müasir dünyada təhsilin mühüm rolundan danışıb, laboratoriyadan müəllim, mütəxəssis və tələbələrin səmərəli istifadə edəcəklərinə əminliyini bildirib. Onun sözlərinə görə, rəhbərlik etdiyi bank təhsilin inkişafında və bu cür laboratoriyaların yaradılmasında, ixtisaslı kadrların yetişdirilməsi prosesində ali məktəblərə daim yardım etməyə hazırdır. Qafqaz Universiteti ilə qurulmuş bu əməkdaşlıq gözəl nümunə sayılır. 
Qafqaz Universitetinin mühasibat uçotu və audit bölməsinin müdiri, doktor Firudin Sultanov çıxışında bildirdi ki, laboratoriya müasir avadanlıq, həmçinin ACCA, CIMA, CFA və digər proqramlar üzrə resurslarla təchiz edilib. Burada müvafiq proqramlar üzrə seminarlar da keçiriləcək. Müasir tələblərə cavab verən yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında laboratoriyanın əhəmiyyətli rolu olacaq.
Qeyd edək ki, bank tərəfindən universitetə maliyyə və mühasibat uçotuna dair kitablar, disklər və digər tədris avadanlıqları bağışlanıb. 
Sonra tədbir iştirakçıları laboratoriya ilə tanış olublar.

http://www.hafta-ichi.az/news.php?id=93547

Bəhruz

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır