T.C –nin Ondokuz Mayıs Universitetinin 41 nəfərlik Türk Sənət Musiqi Qrupu Azərbaycanda Yaşıl teatrda konsert verecək .


Türkiyə Cumhuriyyəti Bakı Böyükelçiliyinin Mədəniyyət və Tanıtma Müşavirliyi,  Azərbaycan Respublikası Dövlət Neft şirkəti (SOCAR), Türkiyə Cumhuriyyəti Ondokuz Mayıs Universiteti və Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə ”Musiqi Festivalı “keçiriləcək. T.C –nin Ondokuz Mayıs Universitetinin 41 nəfərdən ibarət xor qrupu, Türk Sənət Musiqisinin  görkəmli  bəstəkarlarının  seçilmiş əsərlərindən ibarət konsert  proqramı ilə çıxış edəcək. Qeyd edək ki, konsert Metin Solmazın rəhbərliyi ilə keçiriləcək. Tədbirdə  Türkiyə Cumhuriyyəti dövlət sənətçiləri də iştirak edəcəklər. İki hissədən ibarət konsertdə  23 xalq mahnısı səsləndiriləcək. Ondokuz Mayıs Universiteti 1975-ci ildə qurulmuş  dövlət universitetidir. Universitetin mərkəzi Türkiyənin dilbər guşələrindən sayılan   Samsun şəhərində  yerləşir. 41 nəfərdən ibarət olan heyyət 3 gün Azərbaycanın müxəlif  tarixi abidələrini ziyarət edəcəklər.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır