Ajda Pekkan Bakıda mükafatlandırıldı



Xəbər verdiyimiz kimi, Türkiyənin tanınmış müğənnisi Ajda Pekkan hazırda Bakıda səfərdədir.Publika.Az-ın məlumatına görə, o, Azərbaycana səfəri çərçivəsində Qafqaz Universitetində də olub. Qafqaz Universitetinin rektoru Ahmet Saniç qonağa rəhbərlik etdiyi tədris ocağı barədə ətraflı məlumat verib.

Azərbaycana ilk dəfə gəldiyin vurğulayan Ajda Pekkan isə bu səfərinin Qafqaz Universitetindən başlanmasının heç də təsadüf olmadığını söyləyib. O bildirib ki, 11-ci Beynəlxalq Türk dili Olimpiadasında münsiflər heyətinin tərkibində olarkən bu tədbirdən çox böyük təəssüratlar alıb. O, məhz həmin vaxtdan türk dünyasına xoş anlar yaşadan məktəblilərin təhsil aldıqları məktəbləri ziyarət etmək fikrinə düşdüyünü söyləyib. Bu çərçivədə ilk səfəri məhz Azərbaycan və buradakı türk məktəbləri olub. O, həmin məktəblərdə təhsil alan gənclərin çox şanslı olduğunu vurğulayıb.

Bakı ilə bağlı ilk təəssüratlarından söz açan Ajda Pekkan bu qədim diyarda olmasından məmnun olduğunu bildirib. Daha sonra Qafqaz Universitetinin akt zalında Ajda Pekkanın gəlişi münasibətilə təşkil olunmuş tədbirdə sözügedən təhsil ocağının tələbəsi Orxan Şükürov pop starın repertuarından mahnı ifa edib. Onun ifası Ajda Pekkana xoş təsir bağışladığı üçün müğənni bu ifaya qatılıb və onunla birgə oxuyub.

Tədbirin sonunda Qafqaz Universitetinin rektoru plaketlər təqdim edib. Qeyd edək ki, görüşdə millət vəkili Qənirə Paşayeva da iştirak edib.

http://www.publika.az/index.php?action=static_detail&static_id=56086

Vasif Həsənli  

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır