Qafqaz Universiteti və “İnkişaf” Elmi Mərkəzi tərəfindən müvafiq təlimlər aparılacaqdır


Bakı, 3 avqust, SalamNews. Ümumi orta təhsil səviyyəsi üzrə yeni fənn kurikulumları ilə 2013-2014-cü dərs ilində 5-ci və 6-cı siniflərdə dərs deyəcək və indiyədək təlimdən keçməyən fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlimləri həyata keçirmək üçün Təhsil Nazirliyi tərəfindən elan edilən tenderdə Qafqaz Universiteti də uğur qazanıb.

SalamNews xəbər verir ki, Qafqaz Universiteti və “İnkişaf” Elmi Mərkəzi qeyd edilən fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlimlər aparacaqlar.Universitetin rektoru, professor Əhməd Saniç bildirib ki, təlimlər ayrı-ayrı rayonlarda keçiriləcək.
Qafqaz Universiteti və “İnkişaf” Elmi Mərkəzi tərəfindən avqustun 2-də təlimçilər üçün müvafiq seminar təşkil olunub.
-

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF