Türkiyədə texnopark təcrübəsi proqramı başa çatmışdır



Bakı, 3 sentyabr (AzərTAc). Qafqaz Universiteti Texnoparkının (QUTechnopark) həyata keçirdiyi Türkiyədə texnopark təcrübəsi proqramı başa çatmışdır.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, sahibkarlığın inkişafına dəstək proqramlarından olan Türkiyədə texnopark təcrübəsi proqramı gənc təşəbbüskarların iştirakı ilə qardaş ölkədə fəaliyyət göstərən aparıcı texnoparklarda həyata keçirilmişdir.
Təcrübə proqramının məqsədi gənc təşəbbüskarların şirkətləşmə istiqamətində nəzəri və praktiki potensiallarının artırılması ilə yanaşı, təşəbbüskar firmaların qurucuları və ya idarəçiləri ilə tanışlıqların formalaşdırılması olmuşdur.
Təcrübə proqramının iştirakçıları QUTechnopark-ın həyata keçirdiyi yeni fikir müsabiqəsinin ən yaxşı iş ideyalarının müəllifləridir.
Türkiyədə texnopark təcrübəsi proqramı bu il avqustun 12-dən 31-dək Yıldız Texniki Universiteti, İstanbul Texniki Universiteti və Orta Doğu Texniki Universiteti texnoparklarında həyata keçirilmişdir. Bununla belə, Türkiyədə texnopark təcrübəsi proqramının iştirakçıları Fatih Universitetində də görüşlər keçirmiş, bu ali təhsil ocağının uğurları ilə tanış olmuşlar.
Türkiyədə texnopark təcrübəsi proqramının iştirakçıları müxtəlif şirkətlərdə təcrübə qazanmışlar. Onlar təcrübə proqramında əldə etdikləri bilik və bacarıqlardan istifadə edərək öz şirkətlərini formalaşdıracaqlar.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF