31 Ekim 2013 Perşembe

Türkiyənin Mühəndislik Təhsili Proqramları Dəyərləndirmə və Akkreditasiya Dərnəyinin nümayəndə heyəti Bakı Ali Neft məktəbində olmuşdur


28 Oktyabr 2013 

Türkiyənin Mühəndislik Təhsili Proqramları Dəyərləndirmə və Akkreditasiya Dərnəyinin (MÜDEK) İdarə Heyətinin rəhbəri Erbil Payzın, təsisçi rəhbəri Bülent Platin, Fatih Universitetinin Mühəndislik fakültəsinin dekanı, professor Cevdet Meriç, Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanıç və həmin universitetin prorektoru Şahin Durmaz Bakı Ali Neft Məktəbində olmuşlar. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov ali məktəbin yaranma tarixi, qısa zaman çərçivəsində əldə etdiyi uğurlar, gələcək planları və perspektivləri haqqında qonaqlara məlumat vermişdir. E.Qasımov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin başçılığı ilə ölkədə təhsil sahəsində həyat keçirilən islahatlar haqqında danışaraq qeyd etmişdir ki, Azərbaycanda beynəlxalq standartlara uyğun şəkildə aparılan islahatların və görülən işlərin miqyası ildən-ilə genişlənir. Türkiyənin təhsil sahəsində əldə etdiyi uğurları yüksək qiymətləndirən E.Qasımov bildirmişdir ki, BANM üçün Türkiyə təhsil müəssisələrinin təcrübələrindən yararlanmaq önəmlidir. MÜDEK-in İdarə Heyətinin rəhbəri Erbil Payzın demişdir ki, Azərbaycan və Türkiyə bütün sahələrdə ən yaxın müttəfiqlərdir. Nümayəndə heyətinin üzvləri Azərbaycanda beynəlxalq standartlara cavab verən belə bir ali məktəblərin yaradılmasının sevindirici hal olduğunu qeyd edərək, Bakı Ali Neft Məktəbi ilə müxtəlif təhsil layihələri çərçivəsində sıx əməkdaşlıq etməyə və öz təcrübi biliklərini paylaşmağa hazır olduqlarını bildirmişlər
http://new.socar.az/socar/az/news-and-media/news-archives/news-archives/id/6704

Türkiyənin MÜDEK təşkilatının nümayəndə heyəti ilə Bakı Ali Neft Məktəbində görüş keçirilib





Bakı Ali Neft Məktəbində Türkiyənin "Mühəndislik Eğitim Proqramları Değerlendirme ve Akreditasyon Derneği"nin (MÜDEK) İdarə Heyətinin rəhbəri Erbil Payzın, MÜDEK-in təsisçi rəhbəri Bülent Platin, Fatih Universitetinin Mühəndislik fakültəsinin dekanı, professor Cevdet Meriç, Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanıç və Qafqaz Universitetinin prorektoru Şahin Durmaz Bakı Ali Neft Məktəbində olublar.

Bazar ertəsi Trend-ə daxil olan məlumatda deyilir ki, qonaqları qəbul edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov ali məktəbin yaranma tarixi, qısa zaman çərçivəsində əldə etdiyi uğurları, gələcək planları və perspektivləri haqqında qonaqlara ətraflı məlumat verib. E.Qasımov qeyd edib ki, Azərbaycan dünyada ilk neft çıxaran ölkədir ki, bu gün də neft-qaz və kimya sənayesi ölkə iqtisadiyyatının inkişafında əsas rol oynayır. Bu baxımdan beynəlxalq standartlara cavab verən tədris metodları ilə savadlı mühəndis kadrların yetişdirilməsi qarşımızda qoyulmuş ən önəmli məsələlərdəndir.

E.Qasımov dövlət başçısı, cənab İlham Əliyevin başçılığı ilə ölkədə təhsil sahəsində həyat keçirilən islahatlar haqqında ətraflı məlumat verərək qeyd edib ki, Azərbaycanda beynəlxalq standartlara uyğun şəkildə aparılan islahatların və görülən işlərin miqyası ildən-ilə genişlənir. E.Qasımov vurğulayıb ki, bu gün ölkəmizdə təhsil sahəsində aparılan ən önəmli istiqamət ondan ibarətdir ki, biz dünyanın aparıcı ölkələrinin təhsil sisteminə uyğun şəkildə öz tədris sistemimizi qururuq və əsas məqsədimiz müasir standartlara cavab verən yüksəkixtisaslı kadrlar yetişdirməkdir.

Bunun uçun biz artıq dünyanın mühəndislik sahəsində bir çox tanınmış universitetləri ilə əməkdaşlıq edirik və tədrisimizi onların tədris proqramları əsasında formalaşdırırıq. Qardaş Türkiyə dövlətinin də təhsil sahəsində əldə etdiyi uğurları yüksək qiymətləndirdiyini qeyd edən E.Qasımov bildirib ki, BANM üçün Türkiyə təhsil müəssisələrinin təcrübələrindən yararlanmaq önəmli məsələdir.

Görüşdə iştirak edən MÜDEK-in İdarə Heyətinin rəhbəri Erbil Payzın bildirib ki, Azərbaycan və Türkiyə qardaş və dost dövlətlər olmaqla yanaşı eyni zamanda bütün sahələrdə ən yaxın müttəfiq dövlətlərdir. O vurğulayıb ki, hər iki dövlət ölkələrimizlə bağlı istənilən məsələlərin həllində bərabər addım atır və hər hansı bir yaranmış maneənin aradan qaldırılması üçün bir-birimizə dəstək oluruq. Bütün sahələrdə günü-gündən inkişaf edən Azərbaycanda beynəlxalq standartlara cavab verən belə bir ali məktəblərin yaradılmasının sevindirici hal olduğunu qeyd edərək, Bakı Ali Neft Məktəbi ilə müxtəlif təhsil layihələri çərçivəsində əməkdaşlıq etməyə və öz təcrübi biliklərini paylaşmağa hazır olduqlarını bildirib.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Türkiyənin Mühəndislik Təhsil Proqramlarının Qiymətləndirilməsi və Akkreditasiyası Dərnəyinin nümayəndə heyəti Bakı Ali Neft Məktəbində olub

Türkiyənin Mühəndislik Təhsil Proqramlarının Qiymətləndirilməsi və Akkreditasiyası Dərnəyinin (MÜDEK) rəhbəri Erbil Payzının başçılıq etdiyi nümayəndə heyəti Bakı Ali Neft Məktəbində (BANM) olub.
BANM-ın mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, rektor Elmar Qasımov məktəbin yaranma tarixi, qısa müddətdə əldə etdiyi uğurlar, perspektiv planları haqqında qonaqlara ətraflı məlumat verib.
Bildirilib ki, Azərbaycan dünyanın neftin sənaye üsulu ilə çıxarılan ölkəsidir. Bu gün də neft-qaz və kimya sənayesi ölkə iqtisadiyyatının inkişafında əsas rol oynayır. Bu məqsədlə beynəlxalq standartlara cavab verən tədris metodları ilə savadlı mühəndis kadrların yetişdirilməsi məktəbin qarşısında qoyulmuş ən önəmli məsələlərdəndir.
Rektor Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Azərbaycanda beynəlxalq standartlara uyğun şəkildə aparılan islahatların və görülən işlərin miqyası ildən-ilə genişlənir.
Bildirilib ki, BANM üçün Türkiyənin təhsil müəssisələrinin təcrübələrindən yararlanmaq mühüm məsələdir.
Görüşdə çıxış edən MÜDEK-nın idarə heyətinin rəhbəri Erbil Payzı bildirib ki, Azərbaycan və Türkiyə qardaş və dost ölkələr olmaqla yanaşı, eyni zamanda, bütün sahələrdə ən yaxın müttəfiq dövlətlərdir.
Qonaq bütün sahələrdə gündən-günə inkişaf edən Azərbaycanda beynəlxalq standartlara cavab verən BANM kimi ali məktəblərin yaradılmasının sevindirici hal olduğunu qeyd edib. E.Payzın rəhbəri olduğu qurumun bu təhsil ocağı ilə müxtəlif təhsil layihələri çərçivəsində əməkdaşlıq etməyə və öz təcrübi biliklərini paylaşmağa hazır olduğunu bildirib.
Görüşdə Türkiyənin Fatih Universitetinin mühəndislik fakültəsinin dekanı, professor Cevdet Meriç, Qafqaz Universitetinin rektoru, professor Əhmət Saniç və başqaları iştirak ediblər.
http://www.yeniazerbaycan.com/SonXeber_e1168_az.html

Türkiyəli mühəndislər BANM-də olub

Türkiyəli mühəndislər BANM-də olub

28.10.2013 11:11
Türkiyənin “Mühəndislik Eğitim Proqramları Değerlendirme ve Akreditasyon Derneği” nin (MÜDEK) rəhbərindən ibarət nümayəndə heyəti ilə Bakı Ali Neft məktəbində görüş keçirilib.

BANM-ın mətbuat xidmətindən Publika.Az-a verilən xəbərə görə, nümayəndə heyətinin üzvləri BANM-i ilə əməkdaşlığa hazır olduqlarını bildiriblər.

Görüşdə Türkiyənin “Mühəndislik Eğitim Proqramları Değerlendirme ve Akreditasyon Derneği” nin (MÜDEK) idarə heyətinin rəhbəri Erbil Payzın , MÜDEK –in təsisçi rəhbəri Bülent Platin, Fatih Universitetinin Mühəndislik fakültəsinin dekanı, professor Cevdet Meriç, Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanıç ve Qafqaz Universitetinin prorektoru Şahin Durmaz iştirak edib.

Qonaqları qəbul edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov ali məktəbin yaranma tarixi, qısa zaman çərçivəsində əldə etdiyi uğurları, gələcək planları və perspektivləri haqqında qonaqlara ətraflı məlumat vermişdir. E.Qasımov qeyd etmişdir ki, Azərbaycan dünyada ilk neft çıxaran ölkədir ki bu gün də neft-qaz və kimya sənayesi ölkə iqtisadiyyatının inkişafında əsas rol oynayır. Bu baxımdan beynəlxalq standartlara cavab verən tədris metodları ilə savadlı mühəndis kadrların yetişdirilməsi qarşımızda qoyulmuş ən önəmli məsələlərdəndir. E.Qasımov dövlət başçısı İlham Əliyevin başçılığı ilə ölkədə təhsil sahəsində həyat keçirilən islahatlar haqqında ətraflı məlumat verib.
E.Qasımov vurğulayıb ki, bu gün ölkəmizdə təhsil sahəsində aparılan ən önəmli istiqamət ondan ibrətdir ki, biz dünaynın aparcı ölkələrinin təhsil sisteminə uyğun şəkildə öz tədris sistemimizi qururuq və əsas məqsədimiz müasir standartlara cavab verən yüksəkixtisaslı kadrlar yetişdirməkdir.
“Bunun üçün biz artıq dünyanın mühəndislik sahəsində bir çox tanınmış universitetləri ilə əməkdaşlıq edirik və tədrisimizi onların tədris proqramları əsasında formalaşdırırıq. Qardaş Türkiyə dövlətinin də təhsil sahəsində əldə etdiyi uğurları yüksək qiymətləndiririk”.
E.Qasımov bildirib ki, BANM üçün Türkiyə təhsil müəssisələrinin təcrübələrindən yararlanmaq önəmli məsələdir. Görüşdə iştirak edən MÜDEK-in idarə heyətinin rəhbəri Erbil Payzın bildirib ki, Azərbaycan və Türkiyə qardaş və dost dövlətlər olmaqla yanaşı eyni zamanda bütün sahələrdə ən yaxın müttəfiq dövlətlərdir. O vurğulayıb ki, hər iki dövlət ölkələrimizlə bağlı istənilən məsələlərin həllində bərabər addım atır və hər hansı bir yaranmış maneənin aradan qaldırılması üçün bir-birimizə dəstək oluruq. Bütün sahələrdə günü-gündən inkişaf edən Azərbaycanda beynəlxalq standartlara cavab verən belə bir ali məktəblərin yaradılmasının sevindirici hal olduğunu qeyd edərək, Bakı Ali Neft Məktəbi ilə müxtəlif təhsil layihələri çərçivəsində əməkdaşlıq etməyə və öz təcrübi biliklərini paylaşmağa hazır olduqlarını bildirib.
Publika.Az
http://www.publika.az/news/c_miyy_t/t_rkiy_li_m_h_ndisl_r_banm_d_olub_/?section_code=c_miyy_t&PAGEN_2=31

Qafqaz beynəlxalq əlaqələrini genişləndirir

Qafqaz beynəlxalq əlaqələrini genişləndirir

Qafqaz Universiteti ilə Tallin Universiteti arasında əməkdaşlıq müqavilələri imzalanıb

Qafqaz Universitetinin Avropa və digər beynəlxalq universitetlərlə həyata keçirdiyi səmərəli elmi-praktiki əməkdaşlıq fəaliyyətləri kontekstində Avropa İttifaqı ölkələrindən biri olan Estoniya Respublikasının Tallin Universiteti ilə gələcək əməkdaşlığın təməli qoyulub.
Bu barədə Xezerxeber.com-a Qafqaz Universitetindən məlumat verilib.
Qafqaz Universiteti ilə Tallin Universiteti arasında oktyabrın 30-da reallaşan imzalanma mərasimində iki müqavilə bağlanıb. Bunlardan biri Tallin Universiteti ilə Qafqaz Universiteti arasında niyyət protokolu, digəri isə Tallin Universitetinin İnformasiya Elmləri İnstitutu ilə Qafqaz Universiteti arasında əməkdaşlıq protokoludur.

Qafqaz Universitetində reallaşan imzalanma mərasimində müqavilələri Tallin Universitetinin nüfuzlu professorlarından biri, İnformasiya Elmləri İnstitutunun İnformasiya və Təhsilin İdarəolunması şöbəsinin müdiri, Avropa İttifaqı “Erasmus+” proqramının Estoniyadakı səfiri Sirje Virkus və Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç imzalanıb.  

Görüşdə həmçinin Tallin Universitetinin dosenti Aira Lepik və Qafqaz Universitetinin səlahiyyətli nümayəndələri iştirak edib. İlk olaraq rektor professor Əhmet Saniç qonaqları salamlayaraq universitetin tarixi, fəaliyyəti, maddi texniki bazası və bölmələri haqqında geniş məlumat verib.  Sonra Prof. Sirje Virkus yüksək səviyyədə qonaqpərvərlik üçün təşəkkür edərək Tallin Universiteti və həyata keçirdikləri mövcud layihələr haqqında geniş məlumat verib.
Müqavilə elm-təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin inkişafı, elmi-tədqiqat, elmi-pedaqoji və elmi təşkilati işlərin aparılması, innovasiya layihələrinin hazırlanması və həyata keçirilməsi, elmi kadr hazırlığı, tələbə müəllim mübadiləsi istiqamətində birgə fəaliyyətin təşkili məqsədi daşıyır.
 Həmçinin, əməkdaşlıq çərçivəsində konfrans, seminar və digər beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi, müsabiqə və sərgilərin təşkili məsələləri də nəzərdə tutulub.
Universitetin rektoru professor Əhməd Saniç tərəflər arasında elm və təhsilin inkişafına xidmət edən bu sənədlərin imzalanmasını universitet həyatında əlamətdar hadisə kimi dəyərləndirib.
Rektor Avropa universitetləri ilə əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsinin müasir dövr təhsil sisteminin möhkəmləndirilməsi üçün mühüm vəzifələrdən biri olduğunu söylədi, hər iki tərəfin elm və təhsil fəaliyyətlərində səmərəli nəticələrin əldə olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib..
Rektor bu əməkdaşlıq müqavilələrinin sadəcə imzalanması deyil, tətbiqi üçün sıx əməkdaşlıq əlaqələri kontekstində real layihələrin həyata keçirilməsinin mühüm olduğunu xüsusilə vurğulayıb.
Daha sonra Tallin Universitetindən gəlmiş qonaqlar universitetin elmi-pedaqoji, innovativ tədris fəaliyyəti ilə yaxından tanış olub. Sinxron tərcümə, robotların idarə edilməsi, modern texniki avadanlıqlarla təchiz edilmiş auditoriyalar, e-kitabxana, kimya laboratoriyaları, 3G və 4G mobil texnologiyaların tədrisi ilə bağlı yaradılmış “Purple lab” laboratoriyasının fəaliyyəti yüksək qiymətləndirilib.
 Qafqaz Universitetində universitet-iş dünyası əlaqələrinin yüksək səviyyədə təşkilindən məmnunluqlarını ifadə edən qonaqlar təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsində sponsorluq fəaliyyətlərinin cəlb olunmasının müasir dövrün tələblərindən biri olduğunu və bunun məntiqli addım olduğunu vurğulanıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olundu. Sonda qonaqlara xatirə plaketləri təqdim olundu, kollektiv şəkil çəkilib.

Qafqaz Universiteti ilə Tallin Universiteti arasında əməkdaşlıq müqavilələri imzalanmışdır


Qafqaz Universiteti ilə Tallin Universiteti arasında əməkdaşlıq   müqavilələri imzalanmışdır

Qafqaz Universitetinin Avropa və digər beynəlxalq universitetlərlə həyata keçirdiyi səmərəli elmi-praktiki əməkdaşlıq fəaliyyətləri kontekstində Avropa İttifaqı ölkələrindən biri olan Estoniya Respublikasının Tallin Universiteti ilə gələcək əməkdaşlığın təməli qoyulmuşdur. Belə ki, Qafqaz Universiteti ilə Tallin Universiteti arasında 30 oktyabr 2013-cü il tarixində reallaşan imzalanma mərasimində iki müqavilə bağlanmışdır. Bunlardan biri Tallin Universiteti ilə Qafqaz Universiteti arasında niyyət protokolu, digəri isə Tallin Universitetinin İnformasiya Elmləri İnstitutu ilə Qafqaz Universiteti arasında əməkdaşlıq protokoludur. Qafqaz Universitetində reallaşan imzalanma mərasimində müqavilələri Tallin Universitetinin nüfuzlu professorlarından biri, İnformasiya Elmləri İnstitutunun İnformasiya və Təhsilin İdarəolunması 

şöbəsinin müdiri, Avropa İttifaqı “Erasmus+” proqramının Estoniyadakı səfiri Sirje Virkus və Qafqaz 
Universitetinin rektoru, professor Əhməd Saniç imzalamışlar. Görüşdə həmçinin Tallin Universitetinin 
dosenti Aira Lepik və Qafqaz Universitetinin səlahiyyətli nümayəndələri iştirak etmişlər. İlk olaraq rektor professor Əhmet Saniç qonaqları salamlayaraq universitetin tarixi, fəaliyyəti, maddi texniki bazası və 
bölmələri haqqında geniş məlumat verdi. Sonra Prof. Sirje Virkus yüksək səviyyədə qonaqpərvərlik üçün 
təşəkkür edərək Tallin Universiteti və həyata keçirdikləri mövcud layihələr haqqında geniş məlumat verdi.
Müqavilə elm-təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin inkişafı, elmi-tədqiqat, elmipedaqoji və elmi təşkilati işlərin aparılması, innovasiya layihələrinin hazırlanması və həyata keçirilməsi, elmi kadr hazırlığı, tələbə müəllim mübadiləsi istiqamətində birgə fəaliyyətin təşkili məqsədi daşıyır. Həmçinin, əməkdaşlıq çərçivəsində konfrans, seminar və digər beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi, müsabiqə və sərgilərin təşkili məsələləri də nəzərdə tutulub. Universitetin rektoru professor Əhməd Saniç tərəflər arasında elm və təhsilin inkişafına xidmət edən bu sənədlərin imzalanmasını universitet həyatında əlamətdar hadisə kimi dəyərləndirdi. Rektor Avropa universitetləri ilə əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsinin müasir dövr təhsil sisteminin möhkəmləndirilməsi üçün mühüm vəzifələrdən biri olduğunu söylədi, hər iki tərəfin elm və təhsil fəaliyyətlərində səmərəli nəticələrin əldə olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. Rektor bu əməkdaşlıq müqavilələrinin sadəcə imzalanması deyil, tətbiqi üçün sıx əməkdaşlıq əlaqələri kontekstində real layihələrin həyata keçirilməsinin mühüm olduğunu xüsusilə vurğuladı. Daha sonra Tallin Universitetindən gəlmiş qonaqlar universitetin elmi-pedaqoji, innovativ tədris fəaliyyəti ilə yaxından tanış oldu. Sinxron tərcümə, robotların idarə edilməsi, modern texniki avadanlıqlarla təchiz edilmiş auditoriyalar, e-kitabxana, kimya laboratoriyaları, 3G və 4G mobil texnologiyaların tədrisi ilə bağlı yaradılmış “Purple lab” laboratoriyasının fəaliyyəti yüksək qiymətləndirildi. Qafqaz Universitetində universitet-iş dünyası əlaqələrinin yüksək səviyyədə təşkilindən məmnunluqlarını ifadə edən qonaqlar təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsində sponsorluq fəaliyyətlərinin cəlb olunmasının müasir dövrün tələblərindən biri olduğunu və bunun məntiqli addım olduğunu vurğuladılar. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olundu. Sonda qonaqlara xatirə plaketləri təqdim olundu, kollektiv xatirə fotosu çəkildi.

Məzunlar «işsizlik və işçisizlik» dilemması ilə üz-üzə qalıblar

Rəşad Əliyev
Rəşad Əliyev
«Universiteti 3 il əvvəl bitirmişəm. 570 balla qəbul olmuşdum. Hələ də özümə iş tapa bilməmişəm» –  Bu sözləri deyən Rəşad Əliyevin 25 yaşı var. O, İqtisad Universitetini bitirib və əsgərlikdən qayıdandan bəri ixtisası üzrə iş axtarır:

«İxtisasım biznes inzibatçılığıdır. Ən xırdalarından ən irisinədək neçə-neçə şirkətə CV-mi – özüm barədə dəqiq məlumatı  yollamışam. Ya müsahibəyə çağırmırlar, ya da çağırıldığım yerdən məyus qayıdıram. İş təcrübəm yoxdur deyə, müsahibələrdən keçə bilmirəm. Axı, öz sahəmdə təcrübəmin olması üçün haradasa işləməliyəm. Amma harada?».

İŞSİZLİK YOXSA, İŞÇİSİZLİK?

Rəşad Əliyev deyir ki, indi ancaq kafelərdə iş tapmaq olar, qalan işlər balıqsız çaya tilov atmağa bənzəyir. Onun kimilər – diplomu əlində qalanlar işsizlikdən, işəgötürənlərsə ölkədə mütəxəssis qıtlığından gileylənirlər.

Məsələn, bu yaxınlarda Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Azərbaycanda işsizlik deyil, işçisizlik probleminin olduğunu vurğulayıb:

«Deyirlər ki, iş yerləri yoxdur. Amma mən deyərdim ki, bizdə işsizlik yox, işçisizlik var. Biz işçi, mütəxəssis tapa bilmirik. Fakt budur ki, indi işçi tapılmır. Vaxt vardı, Azərbaycan neftçiləri bölgəyə nümunə sayılırdı».


«ALMANİYADA TƏHSİL ALANI SEÇDİK»


Avropa Hərəkatının ictimaiyyətlə əlaqələndiricisi Pərviz Əzimovun məsələyə baxışı da Rövnəq Abdullayevlə üst-üstə düşür. Onun sözlərinə görə, iş üçün üz tutan 200 adamdan yalnız 25-ini müsahibəyə çağırıblar. O da:

«Müraciətçilərin biliyi, dünyagörüşü, peşəkarlıq səviyyəsi tələbləri ödəmir. Müsahibəyə çağırdıqlarımızın əksəriyyəti elan olunmuş sahələrə yaxın ixtisaslar üzrə təhsil alsalar da, istər nəzəri, istərsə əməli bilikləri çox aşağı idi. Sonda bir nəfəri seçdik. O da Almaniyada təhsil almışdı».

Etibar ƏliyevEtibar Əliyev
«BU TƏHSİLLƏ MÜTƏXƏSSİS YETİŞMƏZ»

XXI Əsr Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyevin fikrincə, problem keyfiyyətsiz ali təhsildən qaynaqlanır, çünki universitetlər mütəxəssis yetirə bilmir. İxtisasların əmək bazarının tələblərinə uyğun gəlməməsi də, bir başqa ciddi problemdir:

«Təbiət elmləri üzrə ixtisaslaşanların 70-80 faizi işsizdir. Texniki Universitetdə, Memarlıq və İnşaat Universitetində öyrədilən ixtisaslara yiyələnənlərin 70-80 faizi əmək bazarının tələbatına uyğun gəlmir. Beləcə, dövlətin və vətəndaşın ödədiyi təhsilhaqqı boşa gedir. Yaxud götürək müəllim ixtisasını. Bu qədər müəllimin diplomu əlində qalıbsa, hər il yenə nə qədər müəllim hazırlamağın nə mənası var? Üstəlik, məzunların hamısı qalıb şəhərdə işləmək istəyir. Ali məktəblərdə modernləşmə getməlidir. Əmək bazarının tələbatına uyğun mütəxəssis hazırlanmalıdır. Köhnə müəllimlərlə, köhnə laboratoriyalarla, köhnə proqramlarla yeni kadr hazırlamazlar».

Dövlət Statistika Komitəsinin 2012-ci ilə olan məlumatına görə, dövlət qulluğunda 29 mindən çox çalışan var. Onların böyük əksəriyyəti 45-54 yaşlarında, təxminən 5 mini 30 yaşınadək olanlardır. Ölkə üzrə rəsmi işsizlərin sayı isə 243 min nəfərdir. Bu rəqəmin 40 mini ali təhsillilərin payına düşür. Təxminən hər 4 nəfərindən biri – 66 min nəfəri 20-25 yaşlı gənclərdir.

«7 MİN MANAT İSTƏDİLƏR...»

Əfşan Kərimova universiteti bitirəndən sonra iş üçün döydüyü qapı və eşitdiyi cavabdan söz açır:
Əfşan KərimovaƏfşan Kərimova

«Düşünürdüm ki, universiteti bitirəndən sonra hər hansı bir məktəbdə müəllim çalışaram. Diplomumu əlimə alandan sonra üz tutdum məktəblərə. Çoxundan «ehtiyacımız yoxdur» cavabını aldım. Amma müəyyən məbləğ ödəsəm, iş tapılardı. Məsələn, sonuncu məktəbdən işə görə 7 min manat istədilər. Alacağım əməkhaqqı ilə bu məbləği 4-5 ilə toplaya bilərdim».

Əfşan indi tamam başqa sahədə – mühasib işləyir. Müəllim maaşı ilə müqayisədə yaxşı da əməkhaqqı alır. Hərdən öz-özünə sual verir ki, 4 il əziyyət çəkib, pul xərcləyib universitet bitirməyə dəyərdimi?

Onun müəllim diplomu evdədir və bu diplomun nə vaxt gərək olacağını heç özü də bilmir...

MƏZUNLUĞUN SONRASI...

Azərbaycanda 29 dövlət, 14 özəl ali təhsil ocağı var. Hər il ortalama 145 min tələbə universiteti bitirir. Bəs onların neçəsi özünə iş tapa bilir?

Təhsil Nazirliyi AzadlıqRadiosunun sorğusuna cavabında hər hansı rəqəm bildirmir və vurğulayır ki, monitorinqi universitetlər aparmalı və nəticələri kadr hazırlığı prosesində nəzərə almalıdır.

İldə ortalama 3 min məzunu olan Bakı Dövlət Universiteti daha məzunları barədə analitik hesabat hazırlamır. 
Bakı Dövlət UniversitetiBakı Dövlət Universiteti
Rektorun maliyyə məsələləri üzrə müşaviri Məzahir Sultanovun sözlərinə görə, əvvəllər tələbələrə göndəriş əsasında təyinat verildiyi üçün nə qədər məzunun iş tapmasına dair məlumatları olurdu. İndi işəgötürməni  dövlət qulluğuna qəbul komissiyası həyata keçirdiyindən artıq həmin məlumat hazırlanmır:

«İşəgötürmə dövlət qulluğuna qəbul imtahanı əsasında aparılmazdan öncə nazirliklərdən bizə vakant sahələrin siyahısı gəlirdi. Onun əsasında məzunlarımıza təyinat verirdik. Biz indi ancaq keyfiyyətli və öz sahəsinin mütəxəssisi olan kadr hazırlığına cavabdehik. Düzdür, birmənalı şəkildə deyə bilmərik ki, bizim universiteti bitirən tələblərin əksəriyyəti tam hazırlıqlı kadrdır».

QAFQAZ UNİVERSİTETİNİ BİTİRƏNLƏRİN 60 FAİZİ İŞLƏYİR...

Dövlət Universitetlərindən fərqli olaraq özəl universitetlər məzunların iş tapması haqda illik məlumat hazırlayır. İndiyədək 3 min 300 məzunu olan Qafqaz Universitetinin mətbuat və informasiya şöbəsinin müdiri Ceyhun Vəliyev deyir ki, ayrıca koordinasiya şöbəsi məzunlarla davamlı əlaqə saxlayır:
Qafqaz Universitetinin məzunları. Foto: www.qu.edu.azQafqaz Universitetinin məzunları. Foto: www.qu.edu.az

«Universitetin özü təhsilin gedişində vaxtaşırı əmək yarmarkaları keçirir. Azərbaycanda fəaliyyət göstərən bir çox yerli və xarici şirkətlər, banklar bizim universitetlə sıx əməkdaşlıq edirlər. Məzunlarımızın iş tapmasına yardımçı olmaq üçün əməkdaşlarımızın sırasını genişləndiririk. Çalışırıq işimiz ancaq diplom verməklə bitməsin, məzunların iş tapmasına da yardımçı olaq. Məsələn, 2011-ci ildə 401 məzununuz olub. Onlardan 67 %-i işləyir, 13%-i təhsilini davam etdirir, 20% ümumiyyətlə işləmir, onların da əksəriyyətini qızlardır. Ailə qurublar və ya başqa səbəbdən işləmirlər».

TÜRKİYƏDƏ MƏZUNU DAHA ÇOX İŞƏ DÜZƏLƏN UNİVERSİTET ÜSTÜN SAYILIR

Dünya universitetləri artıq təkcə keyfiyyətli təhsil və yaxşı mütəxəssis hazırlamaq uğrunda yarışmır, çünki tələbələr universitet seçərkən, məzunların iş tapma əmsalına da önəm verirlər. Daha yaxşı vəzifə, daha çox maaş qazandıran universitetlər seçimdə önə çıxır. Məsələn, qonşu Türkiyədə də universitetlərarası rəqabətdə məzunların iş tapıb-tapmaması ayrıca rol oynayır. Türkiyənin özəl Bahçeşehir Universitetinin professoru Nilufer Narlının sözlərinə görə, onların əsas hədəfi əmək bazarına uyğun mütəxəssis hazırlamaqdır.
Nilufer NarlıNilufer Narlı
Bundan ötrü, Türkiyənin bir çox universitetlərində olduğu kimi, Bahçeşehirdə də könüllülük və ya həvəsləndirici əməkhaqqı hesabına tələbələrə iş yerləri yaradılır. Onlar öyrəndiklərini burada sınaqdan keçirir, beləcə, bəlli təcrübə qazanırlar:

«Sosiologiya bölümünü misal gətirim. Tələbələrimiz bölüm müəllimlərinin layihələrində çalışırlar. Az miqdarda maaş alır və əvəzində sosial layihələrin necə hazırlamağı, ictimai araşdırma layihələrinin tərtib özəlliklərini və gerçəkləşdirilməsini, statistik bilgilərin hazırlanmasını, təhlilini öyrənir və beləcə, nəzəri biliklərini təcrübədən keçirirlər. Yaxşı mütəxəssis yetişdirmək qarşıya qoyduğumuz əsas məqsəd olduğu kimi, bu mütəxəssisin iş tapması da başlıca hədəflərimizdəndir».

«AZƏRBAYCAN UNİVERSİTETLƏRİNİN İŞİ DİPLOM VERMƏKLƏ BİTİR»

İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, Azərbaycan təhsilində yaranan problemin kökündə təhsil siyasətinin olmaması dayanır:

«İldə hansı ixtisas üzrə neçə nəfərin gərəkli olması, yetişdirilmiş insanları bazarda yerləşdirmək üçün nələr etmək lazımdır – bunların heç biri Azərbaycanda araşdırılmır. 
Natiq CəfərliNatiq Cəfərli
Avropada, Qərbdə yaxın 10 illə bağlı bənzər araşdırmalar var və 10 il sonra hansı ölkədə hansı ixtisaslara ehtiyac duyulacağı öncədən bilinir. Azərbaycanda isə belə elmi, sistemli yanaşmadan söhbət getmir. Ancaq hər il, necəgəldi, tələbə qəbul olunur. Onlar da, necəgəldi, oxuyur və əlinə bir kağız parçası alır, vəssalam. Bu gün Azərbaycan universitetlərinin işi diplom verməklə bitir».

PLAN YERLƏRİ LƏĞV OLUNUR...

Ali təhsil müəssisələrinin bakalavr və magistratura pilləsinə tələbə qəbulu üzrə plan layihəsini İqtisadi İnkişaf Nazirliyi hazırlayır. Ölkədə əmək bazarına uyğun, ehtiyac duyulan kadrlar hazırlandığı bildirilən beşillik plan Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənir. Bu plan ali təhsil ocaqlarının təklifləri əsasında tərtib edilir və vurğulandığına görə, maddi-texniki, kadr potensialı da nəzərə alınır. Tələbə qəbulu üzrə plan layihəsini Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil Komissiyası təsdiqləyir.

Sözügedən sistem artıq tarixə qovuşur. Oktyabrın 24-də ölkə prezidenti Yeni Təhsil Strategiyasını təsdiqləyib. Strategiya həm ali, həm də orta məktəblərdə problemlərin tezliklə həllini və təhsilin keyfiyyətcə artırılmasını hədəfləyib. 
İlham Əliyev Goranboyda məktəbin açılşında, 2012İlham Əliyev Goranboyda məktəbin açılşında, 2012
 Yeni strategiyaya görə, universitetlər əmək bazarını öyrənib, ona uyğun kadr hazırlamalı və plan yerlərini müəyyənləşdirməlidir.

QARA QIZILI İNSAN KAPİTALINA ÇEVİRMƏK

Prezident İlham Əliyev çıxışlarının birində ölkə iqtisadiyyatının, ümumilikdə ölkənin inkişafı üçün mütəxəssislərin yetişdirilməsinin önəmindən danışıb: 

«Qara qızılı insan kapitalına çevirmək, sadəcə, şüar deyil. Bu, reallıqdır. Təhsilin yüksək intellektual bacarığa malik insan kapitalı formalaşdırmaqda və güclü iqtisadiyyat qurmaqda oynadığı rol bu gün daha aktualdır. İnformasiya və biliyə əsaslanan cəmiyyətin və inkişaf edən ölkənin iqtisadiyyatının tələblərinə cavab verən insan kapitalını inkişaf etdirmək məqsədilə müasir və səmərəli təhsil sistemi yaradılır».

«Azərbaycan ali təhsil müəssisələrində kadr hazırlığı elə də ürəkaçan deyil. Ölkədə işsizlik problemi məzunların işini daha da çətinləşdirir» – müəllifin üz tutduğu ekspertlər belə düşünürlər. 

30 Ekim 2013 Çarşamba

Sahibkarlığın İnkişafı və Tədqiqatı Mərkəzi öz yeni üzvləri ilə görüşdü

Sahibkarlığın İnkişafı və Tədqiqatı Mərkəzi öz yeni üzvləri ilə görüşdü
Qafqaz Universitetinin Sahibkarlığın İnkişafı və Tədqiqatı mərkəzi qırxdan çox yeni üzvü ilə bu smestr ilkin görüş keçirdi. Müraciət etmiş və müsahibədən müvəffəqiyyətlə keçmiş tələbələr mərkəzin Qafqaz Biznes Forum adlanan tələbə qolunun üzvləri oldular. İlkin görüşə universitetdən mərkəzə üzv olan müəllim və tədqiqatçılarla yanaşı Qaqaz Biznes Forumunun köhnə və həmçinin yeni üzvləri də qatıldılar.Tədbir Sahibkarlığın İnkişafı və Tədqiqatı Mərkəzinin direktoru Adiljan Abdurazzak tərəfindən açıq elan edildi və həmçinin o əvvəlki ildə üzvlər tərəfindən qazanılmış uğurlar barədə məlumat verib mərkəzin gələcəkdəki planlarından danışdı. Çıxışda keçən ildə mərkəzin tələbə üzvlərinin uğurla başlatdığı və icra  etdiyi dörd biznes və sosyal əhəmiyyətli layihələr və həmin layihələrin tələbələrə qazandırdığı sahibkarlıq bacarıqlarının əhəmiyyəti vurğulandı. Sahibkarlığın İnkişafı və Tədqiqatı mərkəzinin tələbə üzvlərindən ibarət Qafqaz Enactus Komandası Azərbaycan daxilində 13 universitetin komandaları arasında birinci yerə layiq görülərək Azərbaycanı Meksikada keçirilən dünya çempionatında təmsil etdi. Tələbə üzvlər sosyal və ekoloji əhəmiyyətli layihələrini müvəffəqiyyətlə Azərbaycanda həyata keçirdilər və onlar biznes aləmindən fərqli şirkətlər və sahibkarlarla işləyərək həmin şirkətlərin marketing və inkişaf strategiyasını təkmilləşdirmək üçün çalışdılar. Bu gün SİTM üzvlərindən beş nəfər Avropa universitetlərində təhsillərini davam etdirirlər. Həmçinin keçən il beş üzv tələbə qabaqcıl beynəlxalq şirkət və təşkilatlar tərəfindən iş təklifi almışdı. Sahibkarlığın İnkişafı və Tədqiqatı Mərkəzinin müəllim və tədqiqatçı üzvləri Füzuli Əliyev, Xatirə Yusifova və Etibar Hüseynli də mərkəzin gələcəyi barədə üzv tələbələrə öz düşüncə və tövsiyyələrini bildirdilər. İlkin görüş mərasimi köhnə və yeni üzvlərin bir birini tanıması üçün təşkil edilən sosyal fəaliyyətlə yekunlaşdı.

Dünyaya örnək ola biləcək bir Türk Dünyası arzusuyla…

Dünyaya örnək ola biləcək bir Türk Dünyası arzusuyla…


          Məsləki varlığından, Min qat böyükdür, böyük –
          Böyüklüyün rəmzidir    Dədə Heydər - Atatürk.
                          (Xəlil Rza Ulutürk)
      Qafqaz Universitetində Mədəniyyət şöbəsinin təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin 90-cı ildönümünə və böyük Mustafa Kamal Paşa Atatürkün xatirə gününə həsr olunmuş “Türkiyə Cumhuriyəti 90 Yaşında!” adlı ədəbi-bədii proqram  keçirildi. Türkiyə Cumhuriyyətinin İstiqlal marşının oxunması ilə başlayan proqramda  bu günün həm Azərbaycan xalqı üçün, həm də türk xalqı üçün əlamətdar və fərəhli bir gün olduğu xüsusilə vurğulandı. Türk xalqının yenilməz cəsarəti ilə böyük Atatürkün dühasının, məharətinin birliyi sayəsində qazanılan qələbəyə həsr olunmuş mahnılarda, şeirlərdə Türkiyə Cümhuriyyətinin yaranma tarixi, keçdiyi şərəfli yol, əldə etdiyi uğurlara işıq tutuldu. Sürəkli alqışlarla müşayət olunan rəqs kollektivinin “Çırpınırdı Qara dəniz” rəqs-kompozisiyası proqrama xüsusi rəng qatdı.
Həm Türkiyə Cümhuriyyətinin və həm də Azərbaycan Respublikasının öz müstəqilliyini elan etmələrinin məhz oktyabr ayına düşməsi tale yaxınlığının bariz nişanəsi kimi diqqətə çatdırıldı. Proqramda iştirak edən qonaqlar  Türkiyəyə dostluq və qardaşlıq münasibətləri göstərən Qafqaz Universiteti kollektivinə öz təşəkkürlərini bildirdiər. 
                                                                                                                            Mədəniyyət şöbə müdirliyi

29 Ekim 2013 Salı

Azərbaycan təhsilinin uğurları-Flora Qafarova


                                                            Prezident təqaüdçüləri 

Məlum olduğu kimi, 2013-2014 tədris ili üçün ali məktəblərə keçirilmiş qəbul imtahanlarında Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə ayrılmış 36 min 537 plan yerinə 33 min 745 gənc qəbul olunub.
Onlardan 10 min 812-si I qrupa, 9 min 698-i ikinci qrupa, 9 min 615-i  üçüncü qrupa, 3 min 620-si dördüncüqrupa qəbul edilib. 
Qəbul imtahanlarında üçüncü ixtisas qrupu üzrə 4 nəfər, dördüncü ixtisas qrupu üzrə isə 2 nəfər maksimum- 700 bal toplayıb.
Hər il olduğu kimi, bu il də  tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və ölkəmizin ali məktəblərinə daxil olmuş bir qrup tələbə (102 nəfər) Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 sentyabr 2013-cü il tarixli sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb. Bu nömrə
mizdən başlayaraq  onları təqdim edirik: 

 Nərminə  MURĞUZOVA,Azərbaycan Respublikası Prezidenti  yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi 
Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. 2013-cü ildə orta məktəbi doğulduğu, boya-başa çatdığı  kənddə bitirib. Bu il  III qrup üzrə  keçirilən qəbul imtahanında 700 bal  toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsinin hüquqşünaslıq ixtisasına daxil olub. Təhsil aldığı ali məktəb haqqında əvvəllər yaxşı sözlər eşidən Nərminə akademiyada dərslər başladıqdan sonra eşitdiklərindən daha maraqlı anların şahidi olub.
DİA-da yüksək bilik əldə etmək üçün doğrudan da hər cür şərait var.
Bu gün o, DİA-nın tələbəsi olması ilə fəxr edir. Sevincinin hədd-hüdudu yoxdur. Çünki ölkə Prezidentinin verdiyi sərəncamda Prezident  təqaüdünə  layiq görülən  tələbələr sırasında onun da adı var.
Vaxtının çoxunu kitabxananın oxu zalında keçirən  Nərminənin ən böyük  arzusu ona göstərilən etmadı doğruldaraq savadlı hüquqşünas olmaqdır. 


  
 Fatma İSMAYILOVA,
Azərbaycan Dillər Universitetinin tələbəsi
 
Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub.  2002-ci ildə Bakı şəhərindəki 164 nömrəli tam  orta məktəbin birinci sinfinə daxil olsa da, sonra  ailə vəziyyəti ilə əlaqədar  təhsilini Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbdə davam etdirib. Təhsil aldığı müddətdə  məktəblilər arasında keçirilən Azərbaycan dili və ədəbiyyat fənni üzrə olimpiadaların respublika turunda iştirak edərək I yerə layiq görülüb. Həm də məktəblilər arasında keçirilmiş "Mənim hüquq və vəzifələrim" adlı hüquq olimpiadasında I dərəcəli diplom alıb. 2013-cü ildə  orta məktəbi qızıl medalla bitirib. Uşaqlıqdan ADU-nun tələbəsi olmaq arzusunda olub, nəhayət arzusu həyatda reallaşıb. Qəbul imtahanında 687 bal toplayaraq Azərbaycan Dillər Universitetinin pedaqoji fakültəsinə qəbul olub. 
Universitetin tələbəsi olduğu üçün özünü çox xoşbəxt hesab edir. Təhsil aldığı müddətdə bir neçə xarici dil öyrənmək fikrindədir. 
Fatma bildirib   ki, dövlətimiz təhsilə və gəncliyə xüsusi diqqət və böyük qayğı göstərir. Belə olan şəraitdə    arzum ali məktəbi fərqlənmə diplomu ilə bitirməkdir.  

Əsmər İSKƏNDƏROVA,
Azərbaycan Tibb Universitetinin tələbəsi 
İmişli  rayonunda anadan olub. 2002-ci ildə rayonun A.Eminov adına 7 nömrəli orta məktəbinin  birinci sinfinə daxil olduğu gün heç vaxt Əsmərin yadından çıxmır. O, orta məktəbdə oxuduğu müddətdə müəllimlərinin  biliklərindən  lazımınca faydalanıb.  Həmin vaxtlarda məktəbdə keçirilən  bilik yarışlarında  həmişə yaxından iştirak edib və  uğurlar qazanıb. Bu il ali məktəblərə  qəbul imtahanında 695 bal toplayaraq Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olmaqla  öz arzusuna qovuşub.
Əsmər  Prezident təqaüdünə layiq görüldüyünə görə ailə üzvləri  adından Prezident cənab İlham Əliyevə  öz təşəkkürünü bildirir.
Ən böyük arzusu ona göstərilən etimadı doğruldub, insanların sağlamlığı keşiyində  durmaq üçün yaxşı həkim olmaqdır.





Flora QAFAROVA,
Qafqaz Universitetinin tələbəsi  
Sumqayıt şəhərində anadan olub. Sumqayı şəhər N.Gəncəvi adına Texniki və təbiət elmləri liseyini bitirib.
Orta məktəb illərində fənn olimpiadalarında fəal iştirak edib.
Dediyinə görə, hazırda oxuduğu ali məktəb haqqında heç də geniş məlumatı yox imiş. Arzusu da bu universitetə qəbul olmaq imiş.
Ona görə də 700 balla bu ali təhsil müəssisəsinə qəbul olub, hazırda  tərcüməçilik fakültəsində təhsil alır. O, bizimlə söhbətində universitetin təsəvvür etdiyindən  də  üstün olduğunu dedi. Çünki burada oxumaq, yüksək təhsil almaq üçün imkanlar genişdir.
Prezident təqaüdünə layiq görulməsini  qürurverici sayan tələbə üçün bu böyük dəstəkdir. Həm də bu təqaüd Azərbaycan gəncinə, Azərbaycan elminə dövlət qayğısının sübutudur. Dövlət tərəfindən verilən bu təqaüd həm də hər kəsi yaxşı oxumağa sövq edir.
Prezidentimizin bu diqqətini elmin sirlərinə dərindən yiyələnməsi ilə doğrultmağa çalışacağını deyən  gənc gələcəkdə Azərbaycana lazımlı bir mütəxəssis olmağı arzulayır. 

Məhəmməd İSMAYILOV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi 
Bakı şəhərində anadan olub. 2013-cü ildə paytaxtdakı 258 nömrəli  tam orta məktəbdə  təhsilini  başa vurub. Məktəbə gedən  ilk gündən dərslərini yaxşı oxuyaraq,  yoldaşları arasında həmişə fərqlənib. Oxuduğu müddətdə "Araz" kurslarının bilik yarışlarında III yer, XI sinifdə oxuyanda isə tarix fənnindən  Bakı şəhəri üzrə keçirilən olimpiadada  I yeri tutub. Orta məktəbi qızıl  medalla bitirib.
Bu il  III ixtisas qrupu  üzrə keçirilən qəbul imtahanında 700 bal toplayaraq DİA-nın siyasi idarəetmə fakültəsinin hüquqşünaslıq ixtisasına qəbul olub. Məhəmməd bildirib ki, Prezident təqaüdünə  layiq görüldüyünə görə üzərinə düşən məsuliyyəti ciddi dərk edir və  təhsildə daha böyük uğurlar qazanmağa  çalışır.


Hazırladı: Şakir CƏFƏROV

http://www.muallim.edu.az/arxiv/2013/41/26.htm

28 Ekim 2013 Pazartesi

Türkiyənin “Mühəndislik Eğitim Proqramları Değerlendirme ve Akreditasyon Derneği” nin (MÜDEK) rəhbəri ölkəmizdə səfərdədir

Türkiyənin “Mühəndislik Eğitim Proqramları Değerlendirme ve Akreditasyon Derneği” nin (MÜDEK) rəhbərindən ibarət nümayəndə heyəti ilə Bakı Ali Neft məktəbində görüş keçirilmişdir.
Bakı Ali Neft Məktəbində Türkiyənin “Mühəndislik Eğitim Proqramları Değerlendirme ve Akreditasyon Derneği” nin (MÜDEK) idarə heyətinin rəhbəri Erbil Payzın , MÜDEK –in təsisçi rəhbəri Bülent Platin, Fatih Universitetinin Mühəndislik fakültəsinin dekanı, professor Cevdet Meriç, Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanıç ve Qafqaz Universitetinin prorektoru Şahin Durmaz Bakı Ali Neft Məktəbində olmuşdurlar.
Qonaqları qəbul edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov ali məktəbin yaranma tarixi, qısa zaman çərçivəsində əldə etdiyi uğurları, gələcək planları və perspektivləri haqqında qonaqlara ətraflı məlumat vermişdir. E.Qasımov qeyd etmişdir ki, Azərbaycan dünyada ilk neft çıxaran ölkədir ki bu gün də neft-qaz və kimya sənayesi ölkə iqtisadiyyatının inkişafında əsas rol oynayır. Bu baxımdan beynəlxalq standartlara cavab verən tədris metodları ilə savadlı mühəndis kadrların yetişdirilməsi qarşımızda qoyulmuş ən önəmli məsələlərdəndir. E.Qasımov dövlət başçısı, cənab İlham Əliyevin başçılığı ilə ölkədə təhsil sahəsində həyat keçirilən islahatlar haqqında ətraflı məlumat verərək qeyd etmişdir ki, Azərbaycanda beynəlxalq standartlara uyğun şəkildə aparılan islahatların və görülən işlərin miqyası ildən-ilə genişlənir. E.Qasımov vurğulamışdır ki, bu gün ölkəmizdə təhsil sahəsində aparılan ən önəmli istiqamət ondan ibrətdir ki, biz dünaynın aparcı ölkələrinin təhsil sisteminə uyğun şəkildə öz tədris sistemimizi qururuq və əsas məqsədimiz müasir standartlara cavab verən yüksəkixtisaslı kadrlar yetişdirməkdir. Bunun uçun biz artıq dünyanın mühəndislik sahəsində bir çox tanınmış universitetləri ilə əməkdaşlıq edirik və tədrisimizi onların tədris proqramları əsasında formalaşdırırıq. Qardaş Türkiyə dövlətinin də təhsil sahəsində əldə etdiyi uğurları yüksək qiymətləndirdiyini qeyd edən E.Qasımov bildirmişdir ki, BANM üçün Türkiyə təhsil müəssisələrinin təcrübələrindən yararlanmaq önəmli məsələdir.
Görüşdə iştirak edən MÜDEK-in idarə heyətinin rəhbəri Erbil Payzın bildirmişdir ki, Azərbaycan və Türkiyə qardaş və dost dövlətlər olmaqla yanaşı eyni zamanda bütün sahələrdə ən yaxın müttəfiq dövlətlərdir. O vurğulamışdır ki, hər iki dövlət ölkələrimizlə bağlı istənilən məsələlərin həllində bərabər addım atır və hər hansı bir yaranmış maneənin aradan qaldırılması üçün bir-birimizə dəstək oluruq. Bütün sahələrdə günü-gündən inkişaf edən Azərbaycanda beynəlxalq standartlara cavab verən belə bir ali məktəblərin yaradılmasının sevindirici hal olduğunu qeyd edərək, Bakı Ali Neft Məktəbi ilə müxtəlif təhsil layihələri çərçivəsində əməkdaşlıq etməyə və öz təcrübi biliklərini paylaşmağa hazır olduqlarını bildirmişdir.
Türkiyənin “Mühəndislik Eğitim Proqramları Değerlendirme ve Akreditasyon Derneği” nin (MÜDEK) rəhbərindən  ibarət nümayəndə heyəti ilə Bakı Ali Neft məktəbində görüş keçirilmişdir.
  Bakı Ali Neft Məktəbində Türkiyənin “Mühəndislik Eğitim Proqramları Değerlendirme ve Akreditasyon Derneği” nin (MÜDEK)  idarə heyətinin rəhbəri  Erbil Payzın ,  MÜDEK –in təsisçi rəhbəri Bülent Platin, Fatih Universitetinin  Mühəndislik fakültəsinin dekanı, professor Cevdet Meriç, Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanıç ve Qafqaz Universitetinin prorektoru Şahin Durmaz Bakı Ali Neft Məktəbində olmuşdurlar.
Qonaqları qəbul edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov ali məktəbin yaranma tarixi, qısa zaman çərçivəsində əldə etdiyi uğurları, gələcək planları və perspektivləri haqqında  qonaqlara  ətraflı məlumat vermişdir. E.Qasımov  qeyd etmişdir ki, Azərbaycan dünyada ilk neft çıxaran ölkədir ki  bu gün də neft-qaz və kimya  sənayesi ölkə  iqtisadiyyatının inkişafında  əsas rol oynayır. Bu baxımdan beynəlxalq standartlara  cavab verən tədris metodları ilə savadlı mühəndis kadrların yetişdirilməsi qarşımızda  qoyulmuş ən önəmli məsələlərdəndir. E.Qasımov  dövlət başçısı, cənab İlham Əliyevin başçılığı ilə ölkədə təhsil sahəsində həyat keçirilən  islahatlar haqqında  ətraflı məlumat verərək qeyd etmişdir  ki, Azərbaycanda beynəlxalq standartlara uyğun şəkildə aparılan islahatların və görülən işlərin miqyası ildən-ilə genişlənir. E.Qasımov vurğulamışdır ki, bu gün ölkəmizdə  təhsil sahəsində  aparılan ən önəmli istiqamət ondan ibrətdir ki, biz dünaynın aparcı ölkələrinin təhsil sisteminə uyğun şəkildə öz tədris sistemimizi qururuq və əsas məqsədimiz müasir standartlara cavab verən yüksəkixtisaslı kadrlar yetişdirməkdir. Bunun uçun  biz artıq dünyanın mühəndislik sahəsində bir çox tanınmış universitetləri ilə əməkdaşlıq edirik və tədrisimizi onların tədris proqramları əsasında  formalaşdırırıq. Qardaş Türkiyə dövlətinin də təhsil sahəsində əldə etdiyi uğurları yüksək qiymətləndirdiyini  qeyd edən E.Qasımov bildirmişdir ki, BANM üçün Türkiyə  təhsil müəssisələrinin təcrübələrindən yararlanmaq önəmli məsələdir.
Görüşdə iştirak edən MÜDEK-in idarə heyətinin rəhbəri Erbil Payzın bildirmişdir  ki, Azərbaycan və Türkiyə qardaş və dost dövlətlər olmaqla yanaşı eyni zamanda  bütün sahələrdə ən yaxın müttəfiq dövlətlərdir. O vurğulamışdır ki, hər iki dövlət  ölkələrimizlə bağlı  istənilən  məsələlərin həllində bərabər addım atır və  hər hansı bir yaranmış maneənin aradan qaldırılması üçün bir-birimizə dəstək oluruq. Bütün sahələrdə  günü-gündən  inkişaf edən  Azərbaycanda beynəlxalq  standartlara  cavab verən belə bir ali məktəblərin yaradılmasının sevindirici hal olduğunu qeyd edərək, Bakı Ali Neft Məktəbi ilə  müxtəlif təhsil layihələri çərçivəsində əməkdaşlıq etməyə  və öz təcrübi biliklərini paylaşmağa hazır olduqlarını bildirmişdir.

Qafqaz Universitetində beynəlxalq konfrans

Qafqaz universitetinin təşəbbüsü ilə keçirilən AİCT-2013 7-ci Beynəlxalq konfransın son günü Qafqaz universitetində davam edir. 
26 ölkənin İT üzrə alimlərinin iştirakı ilə keçirilən konfransda alimlərin məruzələri dinlənilir, ayrı ayrı sahələr üzrə bölmə görüşləri keçirilir. Amerikalı Professor at the Department of Computer Science, Stony Brook University Steven Skiena öz çıxışında bildirib ki, Azərbaycan xalqı çox yaxşı xalqdır həmdə maraqlı bir ölkədir. Çıxışını davam etdirən Steven alqoritm sahəsində yazdığı kitab haqda məlumat verərək bildirib ki, bu kitabı yazanda çox həyacan keçirib. Cünki gələcək nəsil bu kitabdan istifadə edəcək. O Qafqaz universitetinin bele bir konfrans təşkil etməsini burada oxuyan tələbələrin konfransda fəal iştirakını yüksək qiymətləndirib və deyibki Qafqaz universiteti  dünyanın elm mərkəzlərindən birinə çevirilir.
Türkiyədən konfransa qatılan  Əşrəf Adalı  bildirib ki, 21-ci əsrdə  informasiya texnologiyasının xüsusi əhəmiyyəti var. Bakıda keçirilən konfransın Azərbaycan elminin  və sənayesinin inkişafında xüsusi yeri olacaq. Çünki bütün sahələrin bünövrəsini kompyuter mühəndisliyi təşkil edir. Türkiyədən  50 nəfər kompyuter mühəndisliyi kafedra müdirləri Qafqaz universitetindədir. Onlar həm beynəlxalq konfransda iştirak edirlər və eyni zamanda iclaslarını burada keçirirlər. Biz Azərbaycanlı alimlərlə bir araya gəlib elmi müzakirərlər aparırırq. Önəmli qərarlar alırıq  Birlikdə lüğət hazırlamaq,müəllim -tələbə mübadiləsi  kimi önəmli qərarlar alırıq.
Rusiyadan konfransda iştirak edən alimlər kiber təhlükəsizliyi haqda mühazirələrlə çıxış ediblər. Moskva Dövlət universitetin İnformasiya təhlükəsizliyi institutunun Direktor müavini Valeri Yaşinka deyirki hər kəs diqqətli olmalıdır. Bü gün informasiya texnologiyasından istifadə edərək  istər danışığın istər görüntülərin bir neçə il sonra o qarşına atəş olaraq  çıxa bilər. Belə təkliflər olur ki, ən yaxşısı  bu vasitələrdən istifadə etməməkdir,amma bu mümkün deyil. O deyib ki,  nəinki vədəndaşlar indi bu problemlərlə ölkələr, onların rəhbərləri qarşılaşır. Qafqaz universiteti Azərbaycan üçün çox əhəmiyyətli konfrans təşkil edib. Bu konfransın materialları insanlar üçün dəyərli mənbədir.
Konfransın son gününü dəyərləndirən konfransın təşkilatçısı Qafqaz universitetinin  dossenti Abzetdin Adamov bildirdi ki, dünyanın  İT sahəsində öndə gedən alimləri qatılıb.O qeyd edib ki, Dövlət strukturlarının bu konfransda iştirakı konfransın önəmindən xəbər verir. Azərbaycanda İKT ili çərçivəsində belə bir səviyyəli konfransın keçirilməsi çox əhəmiyyətlidir. Misirdən gələn alim  iqtisadiyyatın inkişaf etdirilməsində İT-nin rolu haqda çıxış edir. Ölkəmizdə bu sahənin inkişafında xüsusi yeri olacaq. Qafqaz universitetinin dossenti Bildirib ki  konfransın 10-cu yubley tədbiridə 2016-cı ildə Bakıda keçirməyi planlaşdırırıq.

25 Ekim 2013 Cuma

“Qafqaz Universiteti distant təhsil həyata keçirməyə tam hazırdır”


Hazırda Qafqaz Universiteti distant təhsil də həyata keçirməyə tam hazırdır. “ICTnews” xəbər verir ki, bu barədə açıqlamanı Qafqaz Universitetinin rektoru Əhməd Saniç bildirib. Onun sözlərinə görə, bunun üçün universitetin həm tədris bazası, həm də texniki imkanları yaradılıb. O bildirib ki, Azərbaycanda distant təhsillə bağlı qanun qəbul edilən kimi Qafqaz Universiteti bu sahədə də fəaliyyətə başlayacaq.
 
  “Ümumiyyətlə isə, elə insanlar var ki, onlar aldıqları təhsildən və ya ixtisaslarından narazıdırlar. Yaxud da bəzi insanlar, xüsusilə də hər hansı işdə çalışan adamlar karyeralarını daha da zənginləşdirmək arzusundadırlar. Onların hər gün təhsil müəssislərinə getməyə vaxtları olmur. Belə olan təqdirdə, həmin insanların arzularının reallaşması üçün distant təhsil yeni imkanlar yaradır. Bu baxımdan da mən inkişaf etmiş ölkələrdə geniş yayılmış distant təhsilin olmasını çox yaxşı qiymətləndirirəm”- deyə o bildirib.
 http://www.ictnews.az/read-27115-news-1.html
RƏVAN

Qafqaz Universiteti Beynəlxalq Konfrans keçirir

 


Qafqaz universitetinin təşəbbüsü ilə keçirilən AİCT-2013 7-ci Beynəlxalq Konfransı 2-ci günündə bölmələr üzrə Moskva Dövlət universitetinin Bakı filialında  və Qafqaz universitetində öz işini davam etdirir. Bu barədə Modern.az-a Qafqaz universitetinin mətbuat xidmətindən məlumat verilib. Moskva Dövlət universitetinin Bakı filialında  İspaniyalı alim Ms. Iwona Maciejewska "European Collaborating R&D&i Program - EUREKA - FP7 and Horizon 2020"  mövzusunda çıxış edib. Həmin universitetdə Beynəlxalq informasiya  təhlükəsizliyi  konsorsioumunun görüşü olub. Amerika, İsrail, Rusiya, Kazaxstan, Belarusiya, Fransa və ümumilikdə 12 ölkənin alimləri iştirak ediblər. Görüşdə İnformasiya texnologiyalarının qanunvericiliyi və texniki təhlükəsizlik məsələləri müzakirə olunub. Rusiya Çin Özbəkistan və Tacikistan dövlətləri tərəfindən verilmiş Təhlükəsizlik konvesiyası müzakirə olunaraq, BMT-yə təklif olunacaq. Eyni zamanda, İT üzrə lüğət hazırlanmasıda nəzərdə tutulur. ABŞ və Rusiya tərəfindən 30 termin hazırlanıb.
http://modern.az/articles/46424/1/

Modern.az