Türkiyəli mühəndislər BANM-də olub

Türkiyəli mühəndislər BANM-də olub

28.10.2013 11:11
Türkiyənin “Mühəndislik Eğitim Proqramları Değerlendirme ve Akreditasyon Derneği” nin (MÜDEK) rəhbərindən ibarət nümayəndə heyəti ilə Bakı Ali Neft məktəbində görüş keçirilib.

BANM-ın mətbuat xidmətindən Publika.Az-a verilən xəbərə görə, nümayəndə heyətinin üzvləri BANM-i ilə əməkdaşlığa hazır olduqlarını bildiriblər.

Görüşdə Türkiyənin “Mühəndislik Eğitim Proqramları Değerlendirme ve Akreditasyon Derneği” nin (MÜDEK) idarə heyətinin rəhbəri Erbil Payzın , MÜDEK –in təsisçi rəhbəri Bülent Platin, Fatih Universitetinin Mühəndislik fakültəsinin dekanı, professor Cevdet Meriç, Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanıç ve Qafqaz Universitetinin prorektoru Şahin Durmaz iştirak edib.

Qonaqları qəbul edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov ali məktəbin yaranma tarixi, qısa zaman çərçivəsində əldə etdiyi uğurları, gələcək planları və perspektivləri haqqında qonaqlara ətraflı məlumat vermişdir. E.Qasımov qeyd etmişdir ki, Azərbaycan dünyada ilk neft çıxaran ölkədir ki bu gün də neft-qaz və kimya sənayesi ölkə iqtisadiyyatının inkişafında əsas rol oynayır. Bu baxımdan beynəlxalq standartlara cavab verən tədris metodları ilə savadlı mühəndis kadrların yetişdirilməsi qarşımızda qoyulmuş ən önəmli məsələlərdəndir. E.Qasımov dövlət başçısı İlham Əliyevin başçılığı ilə ölkədə təhsil sahəsində həyat keçirilən islahatlar haqqında ətraflı məlumat verib.
E.Qasımov vurğulayıb ki, bu gün ölkəmizdə təhsil sahəsində aparılan ən önəmli istiqamət ondan ibrətdir ki, biz dünaynın aparcı ölkələrinin təhsil sisteminə uyğun şəkildə öz tədris sistemimizi qururuq və əsas məqsədimiz müasir standartlara cavab verən yüksəkixtisaslı kadrlar yetişdirməkdir.
“Bunun üçün biz artıq dünyanın mühəndislik sahəsində bir çox tanınmış universitetləri ilə əməkdaşlıq edirik və tədrisimizi onların tədris proqramları əsasında formalaşdırırıq. Qardaş Türkiyə dövlətinin də təhsil sahəsində əldə etdiyi uğurları yüksək qiymətləndiririk”.
E.Qasımov bildirib ki, BANM üçün Türkiyə təhsil müəssisələrinin təcrübələrindən yararlanmaq önəmli məsələdir. Görüşdə iştirak edən MÜDEK-in idarə heyətinin rəhbəri Erbil Payzın bildirib ki, Azərbaycan və Türkiyə qardaş və dost dövlətlər olmaqla yanaşı eyni zamanda bütün sahələrdə ən yaxın müttəfiq dövlətlərdir. O vurğulayıb ki, hər iki dövlət ölkələrimizlə bağlı istənilən məsələlərin həllində bərabər addım atır və hər hansı bir yaranmış maneənin aradan qaldırılması üçün bir-birimizə dəstək oluruq. Bütün sahələrdə günü-gündən inkişaf edən Azərbaycanda beynəlxalq standartlara cavab verən belə bir ali məktəblərin yaradılmasının sevindirici hal olduğunu qeyd edərək, Bakı Ali Neft Məktəbi ilə müxtəlif təhsil layihələri çərçivəsində əməkdaşlıq etməyə və öz təcrübi biliklərini paylaşmağa hazır olduqlarını bildirib.
Publika.Az
http://www.publika.az/news/c_miyy_t/t_rkiy_li_m_h_ndisl_r_banm_d_olub_/?section_code=c_miyy_t&PAGEN_2=31

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF