Qafqaz universitetindən gənclərə xəbər var...

Qafqaz universitetindən gənclərə xəbər var Xezerxeber

Xezerxeber.com-un verdiyi xəbərə görə, universitet beynəlxalq təcrübəyə əsaslanaraq QUTechnopark fomalaşdırıb. YFM QUTechnopark-ın həyata keçirdiyi müxtəlif layihələrdən biridir.

 YFM QUTechnopark-ın təşkil etdiyi sahibkarlığa dəstək layihəsidir. Bu layihəni keçirməklə QUTechnopark ölkədə sahibkarlığın inkişafına dəstək verir.
Bununla belə, gənclər arasında təşəbbüskarlığı (sahibkarlığı) təşviq edir ki, bu da öz növbəsində elmi tədqiqatlarda, eləcə də kadr hazırlığı işində keyfiyyətin yüksəlməsinə səbəb olur.

YFM təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır
 QUTechnopark (Qafqaz Universiteti Texnoparkı) təşkil etdiyi Yeni Fikir Müsabiqəsi 2014 layihəsində qalib gələn 3 komandaya pul mükafatlarıı ayırıb:

 1-ci yerə 10 000 manat

 2-ci yerə 5 000 manat

3-cü yerə 3 000 manat

 Layihə əsasında ən yaxşı iş fikri seçiləcək ilk 5 komanda isə QUTechnopark İnkubasiya Mərkəzində 1 illik ofislə təmin olunacaqlar.

 Qeyd edək ki, YFM ildə bir dəfə keçirilir. Müsabiqədə təkcə Qafqaz Universiteti mənsubları deyil, Azərbaycan Respublikasında yaşayan bütün gənclər iştirak edə bilərlər.

 Ətraflı məlumatı yenifikir.az veb səhifəsindən əldə etmək olar.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır