"ABŞ Təhsilli Azərbaycan Məzunları" İctimai Birliyi tərəfindən təşkil edilmiş və Azərbaycanın müxtəlif universitetləri tələbələrinin iştirak etdiyi Azərbaycan Biznes Keys Yarışmasında (ABCC 2013) Qafqaz Universitetinin tələbələrindən ibarət komanda ikinci yerə çıxmışdır.

"ABŞ Təhsilli Azərbaycan Məzunları" İctimai Birliyi tərəfindən təşkil edilmiş və Azərbaycanın müxtəlif universitetləri tələbələrinin iştirak etdiyi Azərbaycan Biznes Keys Yarışmasında (ABCC 2013) Qafqaz Universitetinin tələbələrindən ibarət komanda ikinci yerə çıxmışdır.



Həmçinin Biznesin İdarəedilməsi ixtisasının 4-cü kurs tələbəsi Novruz Qədirzadə ən impressiv iştirakçı olduğuna görə Azercell tərəfindən xüsusi təqaüdə layiq görülmüşüdür. Xatırladaq ki, yarışmada xüsusi təqaüd ancaq bir tələbəyə verildi.
Azərbaycan Biznes Keys Yarışması universitetlərin maliyyə, biznes, iqtisadiyyat sahəsində təhsil alan bakalavr və magistr tələbələri arasında keçirilən ən prestijli biznes yarışmasıdır. Yarışmada analiz üçün  tələbələrə real həyatda şirkətlərin qarşılaşdıqları biznes problemləri əsasında yazılmış Harvard Business School-un keysləri təqdim edilir. Bu ilki yarışmanın sponsorları Baghlan Group, Paşa Bank, Azercell, BP, Procter and Gamble, Garant Holding, SOCAR, Statoil, Deloitte, Ernst and Young və digər şirkətlərdir.
Bu il Azərbaycanın 16 müxtəlif universitetindən 84 komanda yarışmaya müraciət etmişdi. Bu komandalara 1 ay ərzində maliyyə, marketinq, təqdimat sahələrində müxtəlif treninqlər keçilmiş, onlara real həyatdan biznes keyslər təqdim edilmişdir. Bu komandalardan 18 komanda yarım-finala seçilmişdir ki, bunlardan 7-si Qafqaz Universitetinin tələbələrinin komandaları idi. 8 Dekabr tarixində Azərbaycan Diplomatya Akademiyasında peşəkar münsiflər heyəti tərəfindən finala 4  komanda seçildi, və bu komandalardan biri Qafqaz Universitetinin tələbələrindən (Zamir Salmanov, Novruz Qədirzadə, Ramilə Ələsgərova, Toğrul İsmayılov) ibarət komanda idi.

Final təqdimatlarının nəticəsi aşağıdakı kimidir:
1-ci yer: Azərbaycan Dövlət İqtisad Universiteti - 8.30 bal
2-ci yer: Qafqaz Universiteti - 8.27 bal
3-cü yer: Azərbaycan Dövlət İqtisad Universiteti - 6.50 bal
4-cü yer: Azərbaycan Dövlət İqtisad Universiteti - 5.50 bal
 
Tələbələrimizi təbrik edir, daha böyük uğurlar arzu edirik.
qafqaz-universitet-2-1

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır