Qafqaz universiteti ilə Xəzər universiteti əməkdaşlıq edəcək

Qafqaz universiteti ilə Xəzər universiteti əməkdaşlıq edəcək sumqayitxeber.com

Qafqaz universiyteti xarici əlaqələrlə yanaşı ölkəmizdə fəaliyyət göstərən universitetlərlədə sıx əməkdaşlıq edir. Bu gün Qafqaz universiteti ilə Xəzər universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Memoranduma əsasən birgə elmi fəaliyyətlər ,tələbə-müəllim mübadiləsi nəzərdə tutulur.

Qafqaz universitetinin rektoru Professor Ahmet Saniç Xəzər universitetinin rektoru professor Hamlet İsaxanlının Azərbaycan elminə və ədəbiyyatına verdiyi töhvələrdən danışaraq, iki universitet arasındakı əməkdaşlığın Azərbaycan Təhsilinin inkişafında mühüm yeri olacağını vurğulayıb.
Professor Hamlet İsaxanlı çıxışında bildiribki  hal-hazırda keyfiyyətli elmi və insani mühit olan universitetlərə böyük ehtiyac olduğu bir vaxtda Qafqaz universitetində bu mühit var və yaxşı inkişaf edir.Mən rəhbərlik etdiyim universitetə xarici ölkələrdən gələn qonaqlara Xəzərlə Qafqaz universitetlərinin adını qoşa çəkirəm.

Memorandum imzalandıqdan sonra Universitetimizin 2013/2014-cü tədris ilində təşkil etdiyi seminarlar silsiləsinin növbəti məşğələsində Xəzər Universitetinin təsisçisi,rektoru və Qəyyumlar Şurasının sədri Professor Hamlet İsaxanlının “Milli Kimlik: Tarix və Bugün” mövzusunda məruzəsi dinlənilib.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır