Cəmiyyət AMEA-da innovasiya mövzusunda fikir mübadiləsi aparılıb

Cəmiyyət AMEA-da innovasiya mövzusunda fikir mübadiləsi aparılıb FOTO

 Azərrbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidentinin müşaviri, İnnovasiya şöbəsinin rəisi Rəhim Hüseynov Rəyasət Heyətində Türkiyənin “ABC Danışmanlık Tanıtım ve Eğitim Ltd” şirkətinin rəhbəri Yekta Özözər, Qafqaz Universitetinin prorektoru dosent Şahin Durmaz və universitetdə “QUTexnopark”ın müdiri dosent İsa Qasımovla görüşüb. SİA-nın məlumatına görə, Qafqaz Universitetinin dəvəti ilə Bakıda səfərdə olan Yekta Özözər AMEA-nın Rəyasət Heyətinin innovasiya sahəsində apardığı islahatlarla maraqlanıb, bu sahədə fikir mübadiləsi aparılıb.Tərəflər AMEA ilə Qafqaz Universiteti arasında əməkdaşlığın vacibliyini vurğulayıb və bu əlaqələrin innovasiya sahəsində birgə işlərin inkişafına töhfə verəcəyi əminliklə bildiriblər.Qeyd edək ki, ötən həftə Bakıda Qafqaz City Hoteldə Y. Özözərin təqdimatında “İnnovasiya” adlı seminar keçirilib.


Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır