Litvada beynəlxalq təhsil təlimləri


Litvada beynəlxalq təhsil təlimləriTEMPUS proqramı tərəfindən maliyyələşdirilən və Qafqaz Universitetinin koordinatoru olduğu layihənin əsas məqsədi ECDL Milli Test mərkəzlərinin əməkdaş universitetlərdə qurulmasını təşkil etməkdir. Layihə vasitəsilə ölkənin ali təhsil ocaqlarında informasiya texnologiyaları bacarıqlarının inkişaf etdirilməsi və bununla milli təhsil sisteminin təkmilləşdirilməsi, təlim-tədris prosesində müasir metodlardan istifadə və informasiya texnologiyaları biliklərində ölkədə beynəlxalq standartların tətbiqi hədəflənib. Bu məqsədlə 17-20 fevral 2014-cü il tarixlərində Litvanın Kaunas şəhərində inzibati heyətdə çalışan əməkdaşlar üçün ilkin təlimlər keçirilib. 
Təlimlər ECDL sertifikatlarının ölkədə tətbiqi prosesində promosiya strategiyasının təşkili, Avropanın İnformasiya Kommunikasiyaları Gündəliyi, sertifikatın lokalizasiyasının Litva təcrübəsi, nəşr olunacaq ədəbiyyatla bağlı tələblər, nümunə testlər, ECDL Litvanın digər yerli universitetlərlə əməkdaşlığı seminarlarda müzakirə edilmişdir. 
Litvanın İnformasiya Texnologiyaları İnstitutu tərəfindən təşkil edilən təlimlərdə Azərbaycan Dövlət Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti, Azərbaycan Turizm İnstitutu, Bakı Biznes Universiteti, Naxçıvan Özəl Universiteti və Qafqaz Universitetindən nümayəndələr iştirak ediblər. 
Onu da qeyd edək ki, Avropa İttifaqı çərçivəsində maliyyələşdirilən TEMPUS proqramı Təhsil Mədəniyyət Agentliyi tərəfindən idarəedilir. Proqram tərəfdaş ölkələr Qərbi Balkanlar, Şərqi Avropa, Mərkəzi Asiya, Şimali Afrika və Orta Şərqdə daxil 27 ölkəni əhatə edərək ali təhsilin modernizasiyasını hədəfləyir. ENOTES layihəsi rəhbərinin təhsil naziri və mədəniyyət və 
turizm nazirləri ilə görüşü baş tutub.
Layihə rəhbəri Üzeyir Bağırov təhsil naziri Mikayıl Cabbarov və mədəniyyət və turizm naziri 
Əbulfəz Qarayevlə görüşüb. Görüş zamanı nazır layihənin məqsədi ECDL Milli Test 
mərkəzlərinin əməkdaş universitetlərdə qurulmasının təşkili, layihə vasitəsilə ölkənin ali təhsil 
ocaqlarında informasiya texnologiyaları bacarıqlarının inkişaf etdirilməsi və bununla milli təhsil 
sisteminin təkmilləşdirilməsi, təlim-tədris prosesində müasir metodlardan istifadə və informasiya 
texnologiyaları biliklərində ölkədə beynəlxalq standartların tətbiqini hədəflədiyi haqqında məlumat 
verilib.

İlkin

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır