Türk Dünyası Bələdiyyələr Birliyi "Qafqaz"da!


Türk Dünyası Bələdiyyələr Birliyi "Qafqaz"da!

Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) icraçı direktoru Mustafa Başkurtun rəhbərliyindəki nümayəndə heyəti Qafqaz Universitetini ziyarət edib.
 Bu barədə universitetdən Mia.az-a daxil olan məlumata görə, heyətdə TDBB-nin məşvərət məclisi üzvü professor Adem Esen, Kütahya şəhəri Pazarlar rayonu bələdiyyə sədri Ahmet Torun da təmsil olunublar: "Qonaqlari səmimi şəkildə qarşılayan  rektor, professor Ahmet Saniç tə heyətin universiteti ziyarətindən duyduğu məmnuniyyəti dilə gətirərək, universitetin quruluş məqsədi və fəaliyyətləri ilə bağlı ətraflı məlumat verdi. Rektor universitetin 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin xeyr-duası və Türkiyəli xeyirxah iş adamlarının dəsdəkləriylə qurulduğunu və 21 illik fəaliyyəti müddətində Azərbaycan ali təhsil məkanında özünəməxsus yeri ilə fərqlənən bir təhsil ocağı olduğunu qeyd etdi. Natiq, eyni zamanda, universitetin Azərbaycan və Türkiyə arasında qardaşlıq körpülərinin qurulması istiqamətində uğurlu layihələr həyata keçirdiyini, hər iki ölkənin dövlət və qeyri-hökümət təşkilatlarıyla uğurlu əməkdaşlıqlar qurduğunu bildirdi. Keçən il TDBB ilə imzalanmış ikitərəfli əməkdaşlıq memorandumunun bu qəbildən olduğunu vurğulayan rektor iki qurum arasındakı uğurlu əməkdaşlığa dair yeni istiqamətlərdən danışdı. Bu istiqamətdə TDBB-nin dəstəyi ilə Türkiyədə keçiriləcək yay məktəbləri, təcrübə proqramlarının universitetin tələbələri üçün faydalı olacağını ifadə edən rektor Ahmet Saniç universitetdə fəaliyyət göstərən Bələdiyyə Tədqiqatları Mərkəzi ilə də ortaq layihələrin həyata keçirilməsinin mümkünlüyünü vurğuladı”.
 Görüşdə rektor qonaqlara oktyabr ayında Qafqaz Universiteti Bələdiyyə Tədqiqatları Mərkəzinin təşəbbüsü ilə Azərbaycan Milli Məclisinin Regional məsələlər üzrə komissiyasının üzvlərindən ibarət nümayəndə heyətinin İstanbula səfərləri sırasında TDBB-də səmimi qəbul edildiyindən də məmnunluğunu ifadə edib.
  Daha sonra qonaqlar universitetdə tələbələr üçün təşkil edilmiş şəraitlə tanış olublar.
 Qonaqlar universitetin fəaliyyətləri və uğurlarını yüksək qiymətləndiridilər. Universitetin tələbələrə vermiş olduğu texniki imkanların yüksək səviyyədə olduğunu qeyd etdilər.
 Qonaqlar Rektor Ahmet Saniçə səmimi qəbul üçün minnətdarlıqlarını bildirdilər. İki qurum arasında əməkdaşlığın inkişaf ettirilməsinin vacib olduğunu vurğuladılar. Daha sonar qonaqlar TDBB tərəfindən nəşr edilmiş kitabları Qafqaz Universitetinin kitabxanasına bağışlayıblar. 
Rektor Əhməd Saniç Qafqaz universitetinin tələbələri tərəfindən hazırlanmış Qız Qalası motivli ebru tablosunu qonaqlara hədiyyə olaraq təqdim etdi. 

Görüşdə Qafqaz universitetinin prorektoru, professor Cihan Bulut və Qafqaz  Universitetinin Bələdiyyə Tədqiqatları Mərkəzinin əməkdaşları da iştiark ediblər.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır