Türk Dünyası Bələdiyyələr Birliyinin icraçı direktoru Qafqaz Universitetində olub

Türk Dünyası Bələdiyyələr Birliyinin icraçı direktoru Qafqaz Universitetində olub   ucnoqta.az

Qonaqlar universitetin fəaliyyətləri və uğurlarını yüksək qiymətləndiriblər


Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) icraçı direktoru Mustafa Başkurtun rəhbərliyindəki nümayəndə heyəti Qafqaz Universitetini ziyarət edib. Qafqaz Universitetinin mətbuat xidmətindən verilən məlumata görə, heyətdə TDBB-nin məşvərət məclisi üzvü professor Adem Esen, Kütahya şəhəri Pazarlar rayonu bələdiyyə sədri Ahmet Torun, iştirak edib. Qonaqlar Rektor Professor Ahmet Saniç tərəfindən qəbul edilib. Qonaqları səmimi şəkildə salamlayan rektor, heyətin universiteti ziyarətindən duyduğu
məmnuniyyəti dilə gətirərək universitetin quruluş məqsədi və fəaliyyətləri ilə bağlı ətraflı məlumat verib. Rektor Universitetin 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin xeyir-duasıyla və Türkiyəli xeyirxah iş adamlarının dəsdəkləriylə qurulduğunu və 21 illik fəaliyyəti müddətində Azərbaycan ali
təhsil məkanında özünəməxsus yeri ilə fərqlənən bir təhsil ocağı olduğunu qeyd edib. Rektor universitetin Azərbaycan və Türkiyə arasında qardaşlıq körpülərinin qurulması istiqamətində uğurlu layihələr həyata keçirdiyini, hər iki ölkənin qurumları və qeyri hökümət təşkilatlarıyla uğurlu əməkdaşlıqlar qurduğunu bildirib. Keçən il TDBB ilə imzalanmış iki tərəfli əməkdaşlıq
memorandumunun bu qəbildən olduğunu vurğulayan rektor iki qurum arasındakı uğurlu əməkdaşlığa dair yeni istiqamətlərdən danışıb. Bu istiqamətdə TDBB-nin dəstəyi ilə Türkiyədə keçiriləcək yay məktəbləri, təcrübə proqramlarının universitet tələbələrimiz üçün faydalı olacağını ifadə edən rektor Ahmet Saniç universitetdə fəaliyyət göstərən Bələdiyyə tədqiqatları mərkəzi ilə də ortaq layihələrin həyata keçirilməsinin mümkünlüyünü vurğulayıb. Görüşdə rektor qonaqlara oktyabr ayında Qafqaz Universiteti Bələdiyyə Tədqiqatları mərkəzinin təşəbbüsü ilə Azərbaycan Milli Məclisinin regional məsələlər üzrə komissiyasının üzvlərindən ibarət nümayəndə heyətinin İstanbula səfərləri sırasında TDBB-də səmimi qəbula görə səmimi təşəkkürünü bildirib. Daha sonra qonaqlar universitetdə tələbələr üçün təşkil edilmiş şəraitlə tanış olublar. Qonaqlar universitetin fəaliyyətləri və uğurlarını yüksək qiymətləndiriblər. Universitetin tələbələrə vermiş olduğu texniki imkanların yüksək səviyyədə olduğunu qeyd ediblər.
Sonda qonaqlar Rektor Ahmet Saniçə səmimi qəbul üçün minnətdarlıqlarını bildiriblər. İki qurum arasında əməkdaşlığın inkişaf ettirilməsinin vacib olduğunu vurğulayıblar. Qonaqlar TDBB tərəfindən nəşr edilən kitabları Qafqaz Universitetinin kitabxanasına bağışlayıblar.
Rektor Əhməd Saniç Qafqaz universitetinin tələbələri tərəfindən hazırlanmış Qız Qalası motivli ebru tablosunu qonaqlara hədiyyə olaraq təqdim edib.
Görşdə Qafqaz universitetinin Prorektoru Professor Cihan Bulut və Qafqaz Universitetinin Bələdiyyə Tədqiatları Mərkəzinin əməkdaşları da iştiark etdilər.

https://www.ucnoqta.az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF