30 Nisan 2014 Çarşamba

Tələbələrimizin daha bir uğuru

Qafqaz Universitetinin tələbələri yüksək nəticələr göstərmişlər      iki sahilARDNŞ-nin qrant layihələri hesabına fəaliyyət göstərən Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyi Azərbaycanda təhsilin inkişafına töhfələr verməkdə davam edir.Təhsil Mərkəzinə daxil olan Qafqaz Universitetinin tələbələri hər il beynəlxalq və respublika miqyaslı müsabiqələrdə yüksək nəticələr əldə edirlər. Bu günlərdə Universitetdə IT-Universe Beynəlxaq Proqramlaşdırma müsabiqəsinin yarımfinal mərhələsi (Azərbaycan birinciliyi) keçirilmişdir. Birincilikdə Qafqaz Universitetinin 10, Moskva Dövlət Universitetinin Bakı Filialının 2 tələbəsi iştirak etmişdir. Onlayn keçirilmiş müsabiqədə tələbələrə 4 saat ərzində 5 alqoritmik məsələnin həlli tapşırığı verilmiş, cavablar onlayn avtomatik sistemi vasitəsilə qiymətləndirilmişdir. 1 birinci, 3 ikinci və 2 üçüncü yerə Qafqaz Universitetinin tələbələri, 1 üçüncü yerə isə Moskva Dövlət Universitetinin Bakı Filialının tələbəsi layiq görülmüşdür. Müsabiqənin nəticələrinə görə 7 tələbə (Qafqaz Universiteti-5, Moskva Dövlət Universitetinin Bakı Filialı-2) 6-9 iyun 2014-cü il tarixlərində Qazaxıstan Respublikasında keçiriləcək IT-Universe Beynəlxaq Proqramlaşdırma müsabiqəsinin final mərhələsinə vəsiqə qazanmişlar. Qeyd edək ki, müsabiqənin martda keçirilmiş 1/4 final mərhələsində Azərbaycanın 5 Universitetindən 48 tələbə (Qafqaz Universiteti-25, Azərbaycan Dövlət Neft Akademiyası-11, Moskva Dövlət Universitetinin Bakı Filialı-7, Azərbaycan Texniki Universiteti-4, Bakı Dövlət Universiteti-1 tələbə) iştirak etmiş və 13 tələbə yarımfinala vəsiqə qazanmışdı

ikisahil.com

Qafqaz Universitetinin tələbələri yüksək nəticələri

Qafqaz Universitetinin tələbələri yüksək nəticələr göstərmişlər       socar.az
ARDNŞ-nin qrant layihələri hesabına fəaliyyət göstərən Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyi Azərbaycanda təhsilin inkişafına töhfələr verməkdə davam edir. Təhsil Mərkəzinə daxil olan Qafqaz Universitetinin tələbələri hər il beynəlxalq və respublika miqyaslı müsabiqələrdə yüksək nəticələr əldə edirlər. Bu günlərdə Universitetdə IT-Universe Beynəlxaq Proqramlaşdırma müsabiqəsinin yarımfinal mərhələsi (Azərbaycan birinciliyi) keçirilmişdir. Birincilikdə Qafqaz Universitetinin 10, Moskva Dövlət Universitetinin Bakı Filialının 2 tələbəsi iştirak etmişdir. Onlayn keçirilmiş müsabiqədə tələbələrə 4 saat ərzində 5 alqoritmik məsələnin həlli tapşırığı verilmiş, cavablar onlayn avtomatik sistemi vasitəsilə qiymətləndirilmişdir. 1 birinci, 3 ikinci və 2 üçüncü yerə Qafqaz Universitetinin tələbələri, 1 üçüncü yerə isə Moskva Dövlət Universitetinin Bakı Filialının tələbəsi layiq görülmüşdür. Müsabiqənin nəticələrinə görə 7 tələbə (Qafqaz Universiteti-5, Moskva Dövlət Universitetinin Bakı Filialı-2) 6-9 iyun 2014-cü il tarixlərində Qazaxıstan Respublikasında keçiriləcək IT-Universe Beynəlxaq Proqramlaşdırma müsabiqəsinin final mərhələsinə vəsiqə qazanmişlar. Qeyd edək ki, müsabiqənin martda keçirilmiş 1/4 final mərhələsində Azərbaycanın 5 Universitetindən 48 tələbə (Qafqaz Universiteti-25, Azərbaycan Dövlət Neft Akademiyası-11, Moskva Dövlət Universitetinin Bakı Filialı-7, Azərbaycan Texniki Universiteti-4, Bakı Dövlət Universiteti-1 tələbə) iştirak etmiş və 13 tələbə yarımfinala vəsiqə qazanmışdır.  

socar.az

“Qafqaz”da “Sənaye ili”nə həsr olunan simpozium keçirilib

“Qafqaz”da “Sənaye ili”nə həsr olunan simpozium keçirilibQafqaz Universitetinin Sənaye mühəndisliyi bölməsi və “Gənc Mühəndislər” İctimai Birliyinin təşkilatçılığı ilə “2014 “Sənaye ili”nə həsr olunan Azərbaycan müəssisələrinin intensiv inkişafında sənaye mühəndisliyi və sənaye mühəndislərinin rolu” adlı I elmi-praktik simpozium keçirilib. Çıxış edən universitetin rektoru, prof. Ahmet Saniç ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu inkişaf siyasətini uğurla davam etdirən möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrinin sürətli inkişafından danışıb: “Hazırkı mərhələdə müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədi ilə bir sıra tədbirlərin həyata keçirilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 yanvar 2014-cü il tarixli sərancəmına əsasən, 2014-cü il Azərbaycan Respublikasında “Sənaye ili” elan edilib”. O, qeyd edib ki, möhtərəm prezidentimiz tərəfindən 2014-cü ilin “Sənaye ili” elan olunması ali məktəblərin də üzərinə məsuliyyət qoyur.

Qafqaz Universitetinin Mühəndislik fakültəsinin dekanı, dosent Yadullah Babayev çıxışında bildirib ki, Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılıb, sənaye məhsulları istehsalının həcmi 2,7 dəfə artıb
http://www.qu.edu.az/az/news/A-Symposium-on-%E2%80%9CThe-Year-of-Industry%E2%80%9D-at-Qafqaz-University-5326.html

“Qafqaz”da “Sənaye ili”nə həsr olunan simpozium keçirilib

 


Qafqaz Universitetinin Sənaye mühəndisliyi bölməsi və “Gənc Mühəndislər” İctimai Birliyinin təşkilatçılığı ilə “2014 “Sənaye ili”nə həsr olunan Azərbaycan müəssisələrinin intensiv inkişafında sənaye mühəndisliyi və sənaye mühəndislərinin rolu” adlı I elmi-praktik simpozium keçirilibÇıxış edən universitetin rektoru, prof. Ahmet Saniç ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu inkişaf siyasətini uğurla davam etdirən möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrinin sürətli inkişafından danışıb: “Hazırkı mərhələdə müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədi ilə bir sıra tədbirlərin həyata keçirilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 yanvar 2014-cü il tarixli sərancəmına əsasən, 2014-cü il Azərbaycan Respublikasında “Sənaye ili” elan edilib”. O, qeyd edib ki, möhtərəm prezidentimiz tərəfindən 2014-cü ilin “Sənaye ili” elan olunması ali məktəblərin də üzərinə məsuliyyət qoyur.

Qafqaz Universitetinin Mühəndislik fakültəsinin dekanı, dosent Yadullah Babayev çıxışında bildirib ki, Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılıb, sənaye məhsulları istehsalının həcmi 2,7 dəfə artıb.

http://www.qu.edu.az/az/news/%E2%80%9CQafqaz%E2%80%9Dda-%E2%80%9CS%C9%99naye-ili%E2%80%9Dn%C9%99-h%C9%99sr-olunan-simpozium-ke%C3%A7irilib-5327.html

Dünya yaddaş çempionu Melik Duyarın kitabları artıq universitetimizdə.

Dünya yaddaş çempionu Melik Duyarın kitabları artıq universitetimizdə.
İş Dünyası ilə Əlaqələr üzrə Prorektorluğun təşəbbüsü ilə Dünya yaddaş çempionu Melik Duyarın " Elmas Tarlaları" və "Konsantrasyonun Gücü " adlı iki kitabından 10 (on) nüsxə universitetimizin kitabxanasına təqdim olunub. Qeyd edək ki, Melik Duyar bu yaxınlarda Universitetimizdə “Fotoqrafik Hafizə”, “Öyrənməyi Öyrənmək”, “Beynin İnkişaf Metodları” adlı seminar verib. Müxtəlif televiziya kanallarında göstərdiyi yaddaş nümayişləri ilə tanınan və Fotoqrafik Hafizə Dünya çempionlarından olan Melik Duyar eyni zamanda “Türkiyə Zehni Riyaziyyat, Hafizə və Fotoqrafik sürətli oxuma çempionatlarının (Memoriad) da banisidir. 

http://www.qu.edu.az/az/news/D%C3%BCnya-yadda%C5%9F-%C3%A7empionu-Melik-Duyar%C4%B1n-kitablar%C4%B1-art%C4%B1q-universitetimizd%C9%99-5330.html

Azərbaycan Layihə İdarəedilməsi Assosiasiyası tədbirində universitetimiz iştirak etdi

Azərbaycan Layihə İdarəedilməsi Assosiasiyası tədbirində universitetimiz iştirak etdi
1999 ildən etibarən Azərbaycanda fəaliyyət göstərən Azərbaycan Layihə İdarəedilməsi Assosiasiyası layihələrin idarəedilməsi sahəsində tanınmış təşkilatlardan biri olub 150-dən çox yerli və xarici təlim keçirmiş, 2000-dən çox layihə rəhbərinə insan kapitalının artırılması mövzularında müxtəlif seminarlar keçmiş, 80-dən çox böyük şirkətlə əməkdaşlıq etmiş, 180-dən çox professionalın beynəlxalq IPMA sertifikatını əldə etməsinə nail olmuş və Azərbaycanda bu sertifikatın rəsmi təmsilçisi olan yeganə təşkilatdır. Təşkilatın ölkəmizdə layihə idarəetmə mövzusunda aylıq keçirdiyi görüşlərdə müxtəlif təşkilatların ekspertləri, layihə idarəetməsi mütəxəssisləri, maliyyə inzibatçıları və s. dəvət olunur. Aprel ayının 25-i keçirilən ardıcıl silsilə görüşdə universitetimizi Beynəlxalq Şirkətlərlə Əməldaşlıq və Layihə Ofisi təmsil etmişdir. Keçirilən görüşdə yerli və xarici donorların maliyyələşdirdiyi layihələrdə şirkətlərin qarşılaşdığı maliyyə problemləri, bu problemlərin həlli üsulları, qanunvericilikdə layihələrin yeri və s. mövzular müzakirə edilmiş və potensial problemlərin həlli üçün müxtəlif çıxış yolları təklif edilmişdir.

http://www.qu.edu.az/az/news/Az%C9%99rbaycan-Layih%C9%99-%C4%B0dar%C9%99edilm%C9%99si-Assosiasiyas%C4%B1-t%C9%99dbirind%C9%99-universitetimiz-i%C5%9Ftirak-etdi-5334.html

Dünyadakı 10 mütəxəssisdən biri, Qafqaz Universiteti məzunu Kamran Ağayevin uğur hekayəsi



 
Kamran Ağayev: “Uğurumun üç sirri var”
Oracle İstifadəçilər Qrupunun prezidenti, “Azərcell”in İnformasiya Kommuniakasiya Departamentində Verilənlər bazası adminstratoru, “Qafqaz” Universitetinin müəllimi, peşəkar idmançı, İnformasiya Texnologiyaları İnstitutunun doktorantı. Bütün bunların hamısı bir nəfərin öhdəsindədir və işlərini sevə-sevə görür. Çünki məşğul olduğu işlərə marağı həddindən artıq çoxdur. Müsahibimiz Kamran Ağayevlə yaxından tanış olaq...

- 2003-cü ildə Qafqaz Universitetinin kompyuter mühəndisi ixtisasını bakalavr, 2006-cı ildə magistratura pilləsi üzrə bitirmişəm. Ali məktəbi başa vurandan sonra “Bakı Elektrik Şəbəkəsi”ndə işləmişəm. Hazırda İnformasiya Texnologiyaları İnstitutunda doktorluq dissertasiyamı müdafiə etmək ərəfəsindəyəm. Dörd ildir ki, “Azərcell”in İnformasiya Kommuniakasiya Departamentində Verilənlər bazası adminstratoru vəzifəsində çalışıram.

- Azərbaycanda “Oracle” üzrə barmaqla sayılacaq mütəxəssislərdənsiniz. Əvvəlcə oxucularımıza qısa olaraq “Oracle”ın nə olduğunu izah edərdiniz.- Oracle böyük həcmdə verilənlərin emal, idarə olunması üçün istifadə edilən dünyanın bir nömrəli proqram təminatıdır. Verilənlər bazası müəyyən məlumatlar toplusudur. Verilənlər bazası hansısa təşkilatda, şirkətdə məlumatları bir mərkəzdən istifadə etmək imkanı yaradır. Dünyanın böyük bankları, şirkətləri öz məlumatlarını saxlamaq üçün “Oracle” verilənlər bazasından istifadə edir, bu proqram vasitəsilə böyük həcmdə məlumatları saxlayır. Təsəvvür edin, bir gündə şirkətə milyonlarla zəng olursa, bu, ayda, on ildə nə qədər zəng deməkdir. Bu zənglər arasında hansısa zəngi tapmaq, nəsə bir iş görmək, bunların nüsxələrinin alınması, problem çıxdıqda bərpa olunması - bütün bu işlərin hamısını verilənlər bazasının adminstratoru görür. “Forbes” jurnalının araşdırmasına görə, dünyanın “ən xoşbəxt işi” “Oracle” adminstratorlarının gördüyü işdir. Səbəb isə bu mütəxəssislərin gördüyü işlərin çox ağır, maraqlı olması və eyni zamanda bu sahədə mütəxəssislərə tələbatın həddindən artıq çoxluğudur. Xüsusilə xaricdə, inkişaf etmiş ölkələrdə bu cür mütəxəssislərə çox böyük tələbat var. 

- Bu cür mütəxəssislərə Azərbaycanda necə, ehtiyac azdır?- Azərbaycanda da artıq tələbat get-gedə artır. Bizdə də yavaş-yavaş verilənlər bazaları fəaliyyət göstərir. Bütün Exceldə, kağızda olan məlumatlar və s. hamısı artıq DataBaselərə, yəni verilənlər bazasına köçürülür. 

- “Oracle”ın hansısa sahəsi üzrə Azərbaycanda yeganə, hətta dünyada 10 mütəxəssisdən birisiniz. Bu barədə danışardınız, zəhmət olmasa...- Cənubi Koreyada “Oracle sertifikat master” imtahanı verib sertifikat almışam. Bu, iki günlük praktiki imtahandır, 12-14 saat çəkir. Kağız-qələmdən istifadə etmədən sənə ancaq iki kompyuter verilir və bu kompyuterlərdə onlarla problem yaradılır. Çox qısa zaman müddətində tələb olunur ki, bu problemləri həll edəsiniz. Azərbaycandan bir neçə nəfər həmin imtahandan keçib. Eyni zamanda, “Oracle” şirkəti tərəfindən tərəfindən “Oracle ACE Director” mükafatına layiq görülmüşəm. Bu sahədə fəal olduğuma görə Azərbaycanda bu mükafat tək mənə aiddir. Dünyada bu mükafatı alan və həm də master sertifikatına sahib olan cəmi 10 mütəxəssis var. Zaman-zaman beynəlxalq konfranslarda da çıxış edirəm. Amerika, Yaponiya, Çin, Türkiyə, Tailand və digər ölkələrdən çox dəvətlər alıram. “Oracle” şirkətinin mənə verdiyi ACE Director mükafatına görə beynəlxalq konfranslarda da bu aktivliyimi davam etdirirəm. Bunun üçün gördüyün işlərə uyğun təqdimat və çıxışlar hazırlayıb “Oracle” şirkətinə göndərməlisən. Onların mütəxəssisləri bu çıxış və məqalələrə baxıb araşdırır, və əgər təqdimatın kriteriyalara uyğundursa, minimum 3 çıxış göndərdikdən sonra hansısa beynəlxalq konfransda çıxış etmək üçün sənə icazə verirlər. Onu da deyim ki, “Oracle” ilə bağlı ingilis dilində hindistanlı mütəxəssislə birgə yazdığım kitab keçən ilin sonu Amerikada nəşr olunub. Kitab “Oracle” verilənlər bazasında məlumatın nüsxəsinin alınması, bərpa olunması texnologiyalarından bəhs edir. 

- Böyük şirkətlərin bazalarında məlumatlar itdikdə, baza çökdükdə, kompyuter və yaxud yaddaş hissəsi yandıqda, onları geri qaytarmaq mümkündürmü? - Əlbəttə, mümkündür. Hətta biz “Azərcell”də elə sistem qurmuşuq ki, Allah göstərməsin, zəlzələ olsa, bütün bina dağılsa, server yansa belə, abunələr bunu hiss etməyəcəklər. Yenə zənglər gələcək, yenə borclarını görəcəklər. Biz məlumatın qorunma və bərpa olma texnologiyalarını çox ciddi analiz etmişik. 

- “Oracle” ilə neçə ildir məşğulsunuz?- 7 ildir. 

- Sizin kimi “Oracle” mütəxəssisi olmaq üçün nə etmək lazımdır?- Beş ildir Qafqaz Universitetində sonuncu kurslara Verilənlər bazası admistrasiyası texnologiyalarından dərs deyirəm. Müşahidəm göstərir ki, baza təhsili texnoloji fənlər olan tələbələr “Oracle”ı daha tez qavrayırlar. Amma humanitar fənlərdə təhsil alanların da şansı var. Sadəcə, çoxlu oxumaq və təcrübə lazımdır. “Oracle” dokumentasiyaları həddindən artıq ağırdır. Kitabları da asan başa düşüləcək kitablar deyil və əksəriyyəti ingiliscədir. İngilis dilini təmiz bilmək vacibdir. Ən əsası isə bezməmək lazımdır. Şəxsən öz təcrübəmdə görmüşəm ki, çoxları yarıda bezib “mənlik deyil” deyir. Bu sözü dedinizsə, sizdə alınmayacaq. Gözəl bir söz var: “Edə bilərəm və edə bilmərəm deyənlərin hər ikisi doğrudur”. “Edə bilərəm” deyən, böyük cəhdlərlə etməyə çalışacaq, “edə bilmərəm” deyən böyük cəhdlərlə bəhanələr uyduraraq etməməyə çalışacaq. Elə mövzu olub ki, mən 5-10 dəfə oxuduqdan sonra başa düşmüşəm. Bir dəfə oxuyub həvəsdən düşsəydim, alınmayacaqdı. Əsas faktor isə iradədir. İradən varsa, müvəffəqiyyətin olmaması üçün heç bir variantın yoxdur. 

- Bir belə işin içərisində həm də bildiyimizə görə, peşəkar idmanla məşğulsunuz...- Bəli, məşğul olduğum idman növü Braziliya Ciu Citsudu. Bu, cüdonun bir növü olaraq döyüşün əsas hissəsinin parterdə, yəni yerdə güləşlə keçirilməsi ilə olur. Bu güləş növündə qırıcı, sındırıcı, boğucu fəndlər və s.dən istifadə edilir. Hətta arada yarışlara da gedirəm. İki ay əvvəl Əbu-Dabidə keçirilən yarışda çempion oldum. Konfransa getdiyim istənilən xarici ölkədə vaxt ayırıb öz idman növümə uyğun məşq zalı tapıb məşqlərə qoşuluram. 

- Həm Azərbaycan üzrə Oracle İstifadəçilər Qrupunun prezidentisiniz, həm “Azərcell”də işləyirsiniz, həm doktoranturada təhsil alırsınız, həm dərs deyirsiniz, həm də peşəkar idmanla məşğulsunuz. Bunların hamısını necə çatdırırsınız?- Ümumiyyətlə, boş vaxtım olmur. Axırıncı dəfə nə vaxt kinoya baxdığım yadıma gəlmir. Televiziyaya baxmaqdan daha çox həmişə kitab oxumağa meyl etmişəm. Hər gün olmasa da, dostlarımla da vaxt keçirirəm. Bir az istirahətimdən “oğurlayıram”. Yəhudilərin bir misalı var, deyirlər ki, sutkada 25 saat həyat sürmək istəyirsinizsə, bir saat yuxudan tez oyanın. Mən də bir saat gec yatır, bir saat tez oyanıram və birtəhər idarə edirəm. Çünki məşğul olduğum işlərə marağım həddindən artıq çoxdur. Onlarsız məndə alınmır. Buna görə də çalışıram ki, hamısına vaxt çatdırım. 

- Sutkada neçə saat yatırsınız?- 5 saat

- İki yaşlı qızınız var. Övladınızla vaxt keçirməyə imkanınız olurmu? - Şənbə-bazar günləri ona saatlarla vaxt ayırıram. Düşünürəm ki, xüsusən qız uşağının uşaqlıqdan valideynləri ilə ünsiyyəti yaxşı olmasa, gələcəkdə problem yarana bilər.

- Mümkuünsə, gələcək planlarınızdan danışardınız.- İxtisasım üzrə özümü daha da inkişaf etdirmək istəyirəm. Əsas məqsədlərimdən biri Azərbaycanda “Oracle”ı daha da ayağa qaldırmaqdır. Ötən il Azərbaycan üzrə Oracle İstifadəçilər Qrupunu çox əziyyətlə təşkil etdik. Mən “Oracle” şirkətindəki yetkililəri inandırmağa çalışdım ki, biz bacararıq, icazə verin bu qrupu təşkil edək. Rəsmi şəkildə icazə verdilər və “Azərcell”in “Barama” layihəsinin təşkilati dəstəyi ilə hər ay Azərbaycan üzrə Oracle İstifadəçilər Qrupunun görüşlərini 70-80 nəfərin iştirakı ilə böyük konfrans şəklində keçiririk. Məqsədimiz istifadəçiləri ruhlandırmaq, onlara yeni texnologiyaları göstərməkdir. 

- Planlarınız arasında Azərbaycandan kənarda yaşamaq varmı? Çünki xaricdə işləmək şansınız böyükdür. - Gələcəkdə ola bilər. Amma hələ ki, belə bir fikrim yoxdur. Onu da deyim ki, milliyyətçiyəm və xaricdəki hər çıxışımda, təqdimatlarımda Azərbaycanın tanıdılması üçün əlimdən gələni edirəm. Slaydımın ilk səhifəsi və çıxışımın ilk dəqiqələri məhz Azərbaycan barədə olur.

- 32 yaşınızda bu qədər uğura imza atmısınız. Uğurunuzun sirri nədədir?- İlk növbədə məni Allah buna müvəffəq edib, buna inanıram. İkinci səbəbkar atamdır. Atam mənə çox güvənib və daim mənim müvəffəqiyyətim üçün məni həvəsləndirib. Həvəsdən düşdüyüm anlar olub ki, atamın yanına gəlmişəm, o, mənə elə misallar çəkib ki, yenidən ruhlanmışam. Üçüncü isə iradədir. Məncə, mənim iradəm var ki, bu qədər şeyə tab gətirirəm. Həyatda çox müvəffəqiyyətsizliyə uğrasam da, yenidən ayağa qalxmaq həvəsim olub. Uğurumun sirri əsas bu 3 səbəbdir.

Lalə MUSAQIZI

kaspi.az

29 Nisan 2014 Salı

Tələbələrin Zaman Qəzeti Redaksiyasına gəzintisi təşkil olundu

Tələbələrin Zaman Qəzeti Redaksiyasına gəzintisi təşkil olundu

Karyera Planlama Mərkəzi Zaman Qəzeti Redaksiyasına Natiq Adilovun rəhbərliyi iləTərcümə (İngilis dili ) bölümü -3 tələbələrinin şirkət gəzintisini təşkil etdi. Şirkət gəzintisində məqsəd tələbələrin iş dünyası ilə tanış olması və təhsil vaxtı yiyələndikləri bilikləri iş prosesinde necə həyata keçirəcəklərinin canlı şahidi olmalarını təmin etmək idi. Tələbələrimiz, gündəlik uxuduqları qəzetin istehsalını görməkdən məmnun qaldılar. Şirkət nümayəndələri tələbələrimizi şirkətlə yaxından tanış etdikdən sonra çay süfrəsinə qonaq etdilər. Şirkət rəhbərliyi belə gəzintilərin təşkil olunması ilə şirkətlə universitet arasında mövcud əlaqələrin daha da möhkəmlənəcəyini vurğuladılar.
http://www.qu.edu.az/az/news/T%C9%99l%C9%99b%C9%99l%C9%99rin-Zaman-Q%C9%99zeti-Redaksiyas%C4%B1na-g%C9%99zintisi-t%C9%99%C5%9Fkil-olundu-5275.html

"İZ" Layihəsi 1-Ci Fazada Layihələrin Dəyərləndirilməsi Başa Çatdı

Qafqaz Universiteti  İnzibati-Təsərrüfat işləri üzrə prorektorluğun elan etdiyi “İZ” sosial layihəsinə 1-ci fazada müraciətlərin qəbulu 25 Aprel 2014 tarixindən etibarən başa çatdı. Təyin olunmuş münsiflər tərəfindən dəyərləndirilən layihələr müxtəlif kateqoriyalarda qruplaşdırıldı.
Olduqca maraqlı müraciətlərin yer aldığı “İZ” layihəsində növbəti mərhələdə dəyərləndirilmiş müraciətlərin sahibləri ilə görüşlər keçiriləcək. Dəyirmi masa arxasında baş tutacaq bu görüşlərdə layihə göndərən tələbə və müəllimlərlə layihə haqqında daha ətraflı fikir mübadiləsi aparılacaq, layihələrin həyata keçirilmə yeri, vaxtı və başqa məsələlər müzakirə olunacaq.
Görüşlər 30 Aprel və 1 May tarixlərində keçiriləcək.  Görüş haqqında layihə iştirakçılarına e-mail vasitəsi ilə məlumat veriləcək

İnzibati-Təsərrüfat işləri üzrə Prorektorluq bütün iştirakçılara maraqlı və kreativ layihələrə görə təşəkkür edir. 

Nicat Yusifov

"İZ" Layihəsi Koordinatoru

http://iz.qu.edu.az/az/news/2014/04/quot-iZ-quot-layihesi-1-ci-fazada-layihelerin-deyerlendirilmesi-basha-chatdi-11.html

Tələbələrimizin Xəzər TV şirkət gəzintisi

Tələbələrimizin Xəzər TV şirkət gəzintisi
Tələbələrimiz Xəzər TV -nın qonağı olub. Karyera Planlama Mərkəzi Xəzər TV -na Dos.Ətrabə Gülün rəhbərliyi ilə Tərcümə(İngilis dili) bölməsinin – Bakalavr 4.kurs,Magistr 1 və 2 ci kurs tələbələrinin şirkət gəzintisini təşkil edib. Şirkət gəzintisində məqsəd tələbələrin iş dünyası ilə tanış olması və təhsil vaxtı yiyələndikləri bilikləri iş prosesinde necə həyata keçirəcəklərinin canlı şahidi olmalarını təmin etmək idi. Tələbələrimiz, baxımlı kanallardan biri olan Xəzər TV nın çəkiliş meydançalarını görməkdən məmnun qaldılar. Xəzər TV -nın rəhbərliyi belə gəzintilərin təşkil olunması ilə şirkətlə universitet arasında mövcud əlaqələrin daha da möhkəmlənəcəyini vurğuladılar.

http://www.qu.edu.az/az/news/T%C9%99l%C9%99b%C9%99l%C9%99rimizin-X%C9%99z%C9%99r-TV-%C5%9Firk%C9%99t-g%C9%99zintisi-5274.html

23 Nisan 2014 Çarşamba

QUTechnopark-da "İşgüzar Çevrənin İnkişafı" tanışlıq proqramı keçirildi


QUTechnopark-da "İşgüzar Çevrənin İnkişafı" tanışlıq proqramı keçirildiAprel 16-da QUTechnopark-da "İşgüzar Çevrənin İnkişafı" tanışlıq proqramı keçirildi.
"İşgüzar Çevrənin İnkişafı" tanışlıq proqramı sərbəst görüşlər formasında təşkil olundu. Proqramın məqsədi Qafqaz Universitetində çalışan profeessor-müəllim heyətini QUTechnopark-da fəaliyyət göstərən firmaların nüamyəndələri ilə daha yaxından tanış etmək, eləcə də burada həyata keçirilən layihələr haqqında geniş məlumat vermək idi. 
Proqramda Qafqaz Universitetinin müxtəlif kafedra və şöbələrin əməkdaşları QUTechnoparkda fəaliyyət göstərən firmaların işi ilə yaxından tanış oldular. Bu tanışlıqlar gələcəkdə ortaq layihələrin inkişafına kömək etməklə yanaşı, tələbə və magistrların da texnoparkdakı fəaliyyətlərə cəlb olunmasına müsbət təsir edəcəkdir. Qeyd edək ki, hazırda texnoparkda işləyən personelin təqribən yarısı tələbələrdir.
Proqram iştirakçılarına verilən kokteyl şirkət nümayəndələri ilə Universitet çalışanları arasında səmimi münasibətlərin inkişafına səbəb oldu. Xatıqladaq ki, "İşgüzar Çevrənin İnkişafı" tanışlıq proqramının ideyası, universitet-sənaye əməkdaşlığında 3Ç Prinsipinə əsaslanan Durmaz modelindən götürülmüşdür.


http://qutechnopark.az/az/news/2014/04/QUTechnopark-da-quot-ishguzar-chevrenin-inkishafi-quot-tanishliq-proqrami-kechirildi-223.html

21 Nisan 2014 Pazartesi

Qafqaz Universitetindən maraqlı sosial fəaliyyət

Qafqaz universitetində sosial fəaliyyət- FOTO

Yüksək səviyyəli təhsil verməklə yanaşı tələbələrini sosial yönümlü yetişdirən Qafqaz universitetində bu gun İngilis dili və ədəbiyyatı fakültəsinin tələbələri maraqlı bir sosial fəaliyyət keçiriblər.Tədbirə universitetin rektoru professor Ahmet Saniçdə qatılıb.Universitetin dossenti tədbirin təşəbbüskarı və təşkilatçısı Mustafa Gül məlumat veribki tədbirin adı "Uçurtma Festifalı"adlandırılıb. Tələbələrimiz 43 ədəd ipə bağlanmış neylon lövhə hazırlayıblar və küləyin köməyi ilə havaya uçurdurlar.Mustafa müəllim onuda qeyd etdiki əvvəl tədbir ingilis dili və ədəbiyyatı ixtisasında təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdu, amma cazib olduğundan başqa ixtisasda oxuyan tələbələrdə qatılıb. Buda bizə yeni fikir verirki gələcəkdə universitet üzrə bu festivalı təşkil edək. Eyni zamanda xarici və yerli tələbələr öz milli mətbəxlərinə aid yeməklər bişiriblər.

Həqiqətəndə süfrə çox zəngin idi. Beləki Özbək, Türkmən pilovları, Mozanbik ,Türk və Milli mətbəxə aid yeməklər, şirniyyatlar süfrəni bəzəmişdir.Xarici tələbələr həftə sonu yaxınları üçün darıxmamaları üçün belə tədbirlərin keçirilməsini müsbət qarşılayıblar.
Professor Əjdər Ağayev xalqımızın bu oyunu "Çərpələng" adlandırdığını bildirdi.

www.piar.az


Çərpələng uçuran Qafqazlılar


Yüksək səviyyəli təhsil verməklə yanaşı tələbələrini sosial yönümlü yetişdirən Qafqaz universitetində bu gun İngilis dili və ədəbiyyatı fakültəsinin tələbələri maraqlı bir sosial fəaliyyət keçiriblər.Tədbirə universitetin rektoru professor Ahmet Saniçdə qatılıb.Universitetin dossenti tədbirin təşəbbüskarı və təşkilatçısı Mustafa Gül məlumat veribki tədbirin adı "Uçurtma Festifalı"adlandırılıb. Tələbələrimiz 43 ədəd ipə bağlanmış neylon lövhə hazırlayıblar və küləyin köməyi ilə havaya uçurdurlar.Mustafa müəllim onuda qeyd etdiki əvvəl  tədbir  ingilis dili və ədəbiyyatı ixtisasında təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdu, amma cazib olduğundan başqa ixtisasda oxuyan tələbələrdə qatılıb. Buda bizə yeni fikir verirki gələcəkdə universitet üzrə bu festivalı təşkil edək. Eyni zamanda xarici və yerli tələbələr öz milli mətbəxlərinə aid yeməklər bişiriblər.Həqiqətəndə süfrə çox zəngin idi. Beləki Özbək, Türkmən pilovları,  Mozanbik ,Türk və Milli mətbəxə aid yeməklər, şirniyyatlar süfrəni bəzəmişdir.Xarici tələbələr həftə sonu yaxınları üçün darıxmamaları üçün belə tədbirlərin keçirilməsini  müsbət qarşılayıblar.Professor Əjdər Ağayev xalqımızın bu oyunu "Çərpələng" adlandırdığını  bildirdi.


http://www.qu.edu.az/az/news/Bel%C9%99-f%C9%99aliyy%C9%99tl%C9%99r-t%C9%99l%C9%99b%C9%99liyimizi-yadda-qalan-edir-5250.html

Ümummilli lider Heydər Əliyev dünya elm adamları tərəfindən II dəfə anıldı

Ümummilli lider Heydər Əliyev dünya elm adamları tərəfindən II dəfə anıldıDünən Qafqaz Universitetində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Qafqaz Universiteti ilə birlikdə ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransı keçirildi. Konfransın keçirilməsinin əsas məqsədi gənclərin ümummilli liderə olan böyük məhəbbətini beynəlxalq miqyasda digər ölkə gənclərinin nəzərinə çatdırmaq, gənclərin Heydər Əliyev ideyaları əsasında bir-biri ilə təmasda olmasına şərait yaratmaq oldu.
Konfransda çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç gənclərə müraciətlə dedi: “Bu gün gənc elm adamlarını görəndə Azərbaycan elminin inkişafını görməmək mümkün deyil. Əziz gənclər, cəmiyyətə fayda verəcək elmlə məşğul olun və etdiyiniz nailiyyətləri layihə şəklində tətbiq etməyə çalışın”.
Qeyd edək ki, tədbirdə iqtisad elmləri doktoru, professor  Əvəz Bayramov və fəlsəfə doktoru Eldar Aslanov da çıxış edərək, ümumilli lider Heydər Əliyevin adı ilə bağlı olan konfransın xarici ölkələrdən gələn elm adamlarına onun ideyalarının təbliği baxımından  əvəzsiz xidməti olacağını qeyd etdilər.

Həvva Cəlilova 

zaman.az

"Gənc Tədqiqatçıların II. Beynəlxalq Elmi Konfransı" keçirildi

"Gənc Tədqiqatçıların II. Beynəlxalq Elmi Konfransı" keçirildi publika.az
Qafqaz Universitetində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Qafqaz universiteti ilə birlikdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş "Gənc Tədqiqatçıların II. Beynəlxalq Elmi Konfransı" keçirilir. 
Mühüm beynəlxalq tədbirin əsas məqsədi gənclərin Ulu Öndərə və onun layiqli davamçısı  Prezidentimiz İlham Əliyev Cənablarına  olan böyük məhəbbətini beynəlxalq miqyasda digər ölkə gənclərinin nəzərinə çatdırmaq, gənclərin Heydər Əliyev ideyaları əsasında bir-biri ilə təmasda olmasına şərait yaratmaqdır. Azərbaycanın uğurlu inkişaf strategiyasına, "Neft kapitalının insan kapitalına çevrilməsi siyasətinə", "Azərbaycan 2020: Gələcəyə Baxış İnkişaf Konsepsiyasına" bu istiqamətdə töhfə vermək qarşıya qoyulan əsas məqsədlərdəndir.“Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransı”nın iştirakçıları dünən Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftolmoloq alim Zərifə Əliyevanın məzarını ziyarət ediblər. Konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin və Zərifə Əliyevanın məzarları önünə çiçəklər qoyub, onların xatirəsini böyük ehtiramla yad ediblər. Konfrans iştirakcıları Umummilli liderimizin həyatını əks etdirən filmi izlədikdən sonra konfransın təşkilat komitəsi adından dossent  Babək Abbasov  bildirmişdir ki "Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransı"na   Azərbaycan, ABŞ,İngiltərə, Almanya, Kanada, İspaniya, Türkiyə, Rusiya, Misir,Yəmən, İran, Türkmənistan, Özbəkistan və Gürcüstanın  gənc tədqiqatçıları tərəfindən 783 tezis təqdim edilmiş, onlardan 589-u qəbul edilib. İştirakçı ölkələrin elm adamlarının iştirakı ilə keçiriləcək beynəlxalq konfransda əsasən təbiət, mühəndislik və filologiya elmləri üzrə məruzələr edilib. Keçən il olduğu kimi bu il də Azərbaycan, ingilis, rus və türk dillərində təqdim olunan tezislər üzərində maraqlı elmi müzakirələrin aparılacağı gözləniləndir.
Çox Hörmətli Qonaqlar, elm çağımızın çox dəyərli gənç elemadamları,bu il ikincisini düzenlediyimiz “Beynəlxalq Gənç Tətqiqatçılar” Konfransına hamınız xoş gelmişsiniz. Umummilli Lider Heydər Əliyevin vurğuladığı gimi “Gənçlik bir millətin gələcəyidir”. 21-ci əsr  elm əsridir. Siz gənç elm m adamlarını görüncə Azərbaycan elminin inkişafını görmək olur. Qafqaz Üniversiteti Umummilli lider Heydər Əliyevin əsəridir. Siz gənç Elm adamları da Umummilli liderimiz Heydər Əliyevin əsərlərisiniz. Umummilli Lider Azərbaycan Dövlətinin təməllərini atmıştır. Azərbaycan dünyada tanınınmış, sənaye və texnolojisini qurma yoluna girmiş surətlə inkişaf edən  bir ölkəyə çevrilmişdir. Bu inkişafın gerçəkləşməsində Heydər Əliyev irsinin layiqli davamcısı Prezidentimiz İlham Əliyevin əməyi danılmazdır. Onun sayəsində Ulu Öndərin atmış olduğu təmllər üzərinə bugünkü  modern Azerbaycanı dünyada tanınır, tərəfdaş kimi qəbul olunur. Sevgili gənçlər! Cəmiyyətə fayda verəcək elmlə məşğul olun əldə etdiyiniz nəaliyyətləri layihə şəklində tətbiqinə nail olmağa çalışın.Başarılı bir konfransın geçirilməsini dilər, sizlərə hayat boyu muvaffakiyt  arzulayıram deyərək Qafqaz universitetinin rektoru professor Ahmet Saniç çıxışını bitirib.
İqtisad elmləri doktoru professor  Əvəz Bayramov və fəlsəfə dokrou Eldar Aslanov çıxışlarında Umummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olan konfransin  xarici ölkələrdən gələn elm adamlarına  Heydər Əliyev ideyalarının eləcədə  Azərbaycanda elmin səviyyəsinin yüksək olmasının  təbliği baxımından  əvəzsiz xidməti olaçağını qeyd ediblər.
Hazırda konfrans öz işini bölümlər üzrə davam etdirir.Konfransın son günü xaricdən gələn iştirakçılara ölkəmizi tanıtmaq məqsədilə ekuskursiyalar təşkil olunacaq.
 

Tələbələr robot hazırlayacaqla

Tələbələr robot hazırlayacaqla       interpress.az
Müsabiqə "AzRoboHack" Qafqaz Universiteti İKT Elmi Tədqiqat Mərkəzinin (QU İKTETM) təşkil etdiyi robot proqramlaşdırma yarışı layihəsidir. Layihənin məqsədi respublika universitet tələbəsinin potensialını ortaya çıxarmaq, tələbələrin az vaxtda çox iş görmək bacarığını inkişaf etdirmək, tələbələrin robototexnikaya olan marağını artırmaqdır.Təşkilat Komitəsindən qeyd edilib ki, layihə Azərbaycan universitetləri arasında bir ilkə imza atmaq, tələbələrin potensialını ortaya qoymaq, onların az vaxta çox iş görmək bacarığını inkişaf etdirmək, robototexnikaya olan marağını artırmaq, həmçinin ölkədə bu sahəyə olan diqqəti artırmaq məqsədilə reallaşdırılır. Universitet bu sahədə əldə etdiyi potensialı göstərərək, digər universitetləri də rəqabətə səsləyir. Qeydiyyat üçün son tarix 27 apreldə tamamlanacaq. Seçim müsabiqəsi (onlayn) 28 -29 aprel tarixlərində baş tutacaq. Qəbul haqqında məlumat isə 30 apreldə veriləcək. Bundan başqa, 3-4 may tarixlərində təlimlərin təşkili nəzərdə tutulur. Müsabiqənin finalı 5-6 may tarixlərində keçiriləcək. Layihədə iştirak şərtlərinə gəlincə, burada bütün Azərbaycan universitetlərinin bakalavr və ya magistr tələbələrindən təşkil edilmiş komandalar iştirak edə bilər. Hər komandanın iki üzvü ola bilər. Qeydiyyatdan keçmiş komanda üzvləri eyni universitetdən olmalıdırlar. İştirakçıların minimum riyazi məntiq və proqramlaşdırma bilikləri olmalıdır - bunun yoxlanması üçün bütün qeydiyyatdan keçmiş komandalar 28 - 29 aprel tarixlərində keçiriləcək onlaynseçim müsabiqəsində iştirak etməlidirlər.Qeydiyyatdan keçmiş və onlayn seçim müsabiqəsində ilk 10 yeri tutan komandalar yarışın final mərhələsində iştirak edə biləcəklər.Eyni zamanda təlimlərin keçirilməsində məqsəd yarış iştirakçılarının yarış mühiti və istifadə olunacaq maddi-texniki baza ilə tanış olmasıdır. Təlimlərdə iştirakçı komandalara müvafiq mövzularda seminarlar veriləcək. Bu mövzulara robot və robototexnika, hakaton və "AzRoboHack" anlayışları, yarışda maddi-texniki baza kimi istifadə edilən "Lego MİNDSTORMS NXT 2.0"kitləri və bundan istifadə imkanları, Lego kitlərinin vizual proqramlaşdırılması, "Java"proqramlaşdırma dilindən istifadə edərək "LegolarınleJOS"-da proqramlaşdırılması, yarış günü, yarışın şərtləri və qiymətləndirmə meyarları daxildir.
Yarış 2 gün - 5 may bütün gün və 6 may günorta saat 10:00-a qədər davam edəcək. Bu müddət ərzində yarış iştirakçıları təlimlər zamanı təyin edilmiş meyarlara cavab verən robot tətbiqləri hazırlayacaqlar.
Əsas məqsəd ölkəmizdə bu ilin "Sənaye ili"olmasını prioritet məsələ kimi dəyərləndirməkdir. Hazırlanmış tətbiqlər müvafiq göstəricilərinə görə qiymətləndiriləcək. Buraya yenilikçilik, sənayeyə olan faydası, ətraf mühitə olan faydası, ölkənin İKT sahəsində nəzərdə tutula biləcək perspektivləri, robotun dizaynı, işin stabilliyi, alqoritmin stabilliyi, yazılan proqram təminatının səliqə və stabilliyi daxildir.
Münsiflərin dəyərləndirməsi əsasında ilk üç yeri tutan komandalar pul mükafatı qazanacaqlar. Birinci yer üzrə 500 AZN və sertifikatlar, ikinci yer üzrə 300 AZN və sertifikatlar, üçüncü yer üzrə 200 AZN və sertifikatlar nəzərdə tutulur.
Digər iştirakçılara həvəsləndirici mükafat və sertifikatlar təqdim ediləcək. Mükafatlandırma mərasimi Qafqaz Universitetində təşkil edilən ənənəvi VI Gənclik Şənliyində həyata keçiriləcək və davamı olaraq hazırlanan robotların sərgisitəşkil ediləcək.
İnterpress.az

Azərbaycanlı tələbələr ilk dəfə robot hazırlayacaqlar

Azərbaycanlı tələbələr ilk dəfə robot hazırlayacaqlar
Azərbaycanlı tələbələr ilk dəfə robot hazırlayacaqlarAzərbaycanda I Respublika robot proqramlaşdırma müsabiqəsi keçiriləcək. Müsabiqə "AzRoboHack" Qafqaz Universiteti İKT Elmi Tədqiqat Mərkəzinin (QU İKTETM) təşkil etdiyi robot proqramlaşdırma yarışı layihəsidir. Layihənin məqsədi respublika universitet tələbəsinin potensialını ortaya çıxarmaq, tələbələrin az vaxtda çox iş görmək bacarığını inkişaf etdirmək, tələbələrin robototexnikaya olan marağını artırmaqdır.Təşkilat Komitəsindən qeyd edilib ki, layihə Azərbaycan universitetləri arasında bir ilkə imza atmaq, tələbələrin potensialını ortaya qoymaq, onların az vaxta çox iş görmək bacarığını inkişaf etdirmək, robototexnikaya olan marağını artırmaq, həmçinin ölkədə bu sahəyə olan diqqəti artırmaq məqsədilə reallaşdırılır. Universitet bu sahədə əldə etdiyi potensialı göstərərək, digər universitetləri də rəqabətə səsləyir. Qeydiyyat üçün son tarix 27 apreldə tamamlanacaq. Seçim müsabiqəsi (onlayn) 28 -29 aprel tarixlərində baş tutacaq. Qəbul haqqında məlumat isə 30 apreldə veriləcək. Bundan başqa, 3-4 may tarixlərində təlimlərin təşkili nəzərdə tutulur.  Müsabiqənin finalı 5-6 may tarixlərində keçiriləcək.Layihədə iştirak şərtlərinə gəlincə, burada bütün Azərbaycan universitetlərinin bakalavr və ya magistr tələbələrindən təşkil edilmiş komandalar iştirak edə bilər. Hər komandanın iki üzvü ola bilər. Qeydiyyatdan keçmiş komanda üzvləri eyni universitetdən olmalıdırlar. İştirakçıların minimum riyazi məntiq və proqramlaşdırma bilikləri olmalıdır - bunun yoxlanması üçün bütün qeydiyyatdan keçmiş komandalar 28 - 29 aprel tarixlərində keçiriləcək onlaynseçim müsabiqəsində iştirak etməlidirlər.Qeydiyyatdan keçmiş və onlayn seçim müsabiqəsində ilk 10 yeri tutan komandalar yarışın final mərhələsində iştirak edə biləcəklər.Eyni zamanda təlimlərin keçirilməsində məqsəd yarış iştirakçılarının yarış mühiti və istifadə olunacaq maddi-texniki baza ilə tanış olmasıdır. Təlimlərdə iştirakçı komandalara müvafiq mövzularda seminarlar veriləcək. Bu mövzulara robot və robototexnika, hakaton və "AzRoboHack" anlayışları, yarışda maddi-texniki baza kimi istifadə edilən "Lego MİNDSTORMS NXT 2.0"kitləri və bundan istifadə imkanları, Lego kitlərinin vizual proqramlaşdırılması, "Java"proqramlaşdırma dilindən istifadə edərək "LegolarınleJOS"-da proqramlaşdırılması, yarış günü, yarışın şərtləri və qiymətləndirmə meyarları daxildir.Yarış 2 gün - 5 may bütün gün və 6 may günorta saat 10:00-a qədər davam edəcək. Bu müddət ərzində yarış iştirakçıları təlimlər zamanı təyin edilmiş meyarlara cavab verən robot tətbiqləri hazırlayacaqlar.Əsas məqsəd ölkəmizdə bu ilin "Sənaye ili"olmasını prioritet məsələ kimi dəyərləndirməkdir. Hazırlanmış tətbiqlər müvafiq göstəricilərinə görə qiymətləndiriləcək. Buraya yenilikçilik, sənayeyə olan faydası, ətraf mühitə olan faydası, ölkənin İKT sahəsində nəzərdə tutula biləcək perspektivləri, robotun dizaynı, işin stabilliyi, alqoritmin stabilliyi, yazılan proqram təminatının səliqə və stabilliyi daxildir.Münsiflərin dəyərləndirməsi əsasında ilk üç yeri tutan komandalar pul mükafatı qazanacaqlar.  Birinci yer üzrə 500 AZN və sertifikatlar, ikinci yer üzrə 300 AZN və sertifikatlar, üçüncü yer üzrə 200 AZN və sertifikatlar nəzərdə tutulur.Digər iştirakçılara həvəsləndirici mükafat və sertifikatlar təqdim ediləcək. Mükafatlandırma mərasimi Qafqaz Universitetində təşkil edilən ənənəvi VI Gənclik Şənliyində həyata keçiriləcək və davamı olaraq hazırlanan robotların sərgisitəşkil ediləcək.
ictnews.az
Həqiqət

16 Nisan 2014 Çarşamba

İnformatika üzrə IX Ümumrespublika Olimpiadasının 1-ci mərhələsi keçirilib

İnformatika üzrə IX Ümumrespublika Olimpiadasının 1-ci mərhələsi keçirilib   azadinform.az
Samir Soltanov/AZADİNFORM. Heydər Əliyev Fondunun, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Təhsil Nazirliyinin və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı və Qafqaz Universitetinin təşkilati və texniki dəstəyi ilə 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında İnformatika üzrə IX Ümumrespublika Olimpiadası”nın 1-ci mərhələsi keçirilib. AZADİNFORM xəbər verir ki, açılış mərasimində çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç ölkəmizdə prezident İlham Əliyevin rəhbərliyi ilə İKT sahəsinin çox sürətlə inkişaf etdiyini bildirib: “Ötən ilin “İKT ili” elan olunması, ilk telekommunikasiya peykimiz  olan “Azerspace-1”-in orbitə göndərilməsi, “Bakutel” sərgisinin keçirilməsi bu sahəyə olan diqqət və qayğının bariz nümunəsidir”.  Fəaliyyəti dövründə bilavasitə informasiya texnologiyalarının tətbiqi, informasiya sistemlərinin yaradılması və istismarı, həmçinin sahənin inkişafı məsələləri ilə məşğul olan, proqram təminatının Azərbaycan dilinə tərcüməsi ilə bağlı ölkəmizdə ilk dəfə həyata keçirilən işlərə rəhbərlik edən, dəfələrlə ölkəmizi xaricdə keçirilən beynəlxalq konfranslarda təmsil edən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə olimpiadanın əhəmiyyətindən, İKT sahəsinin çətin və maraqlı olmasından söz açıb.Qeyd edək ki, müsabiqədə 8 ali təhsil müəssisəsindən 49 komanda (hər komandada 3 nəfər tələbə) iştirak edib. Müsabiqədə komandalara 5 saat ərzində 10 alqoritmik məsələnin həll edilməsi tapşırığı verilib. Tapşırıqların qiymətləndirilməsi üçün “e-olimp.com.ua/az” avtomatik qiymətləndirmə saytından istifadə edilib. Müsabiqənin nəticəsinə görə, finala vəsiqə qazanmış komandalar aprelin 26-da AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək müsabiqənin final mərhələsində iştirak edəcəklər.
azadinform.az

“Ali məktəb tələbələri arasında İnformatika üzrə IX Ümumrespublika Olimpiadası”nın 1-ci mərhələsi keçirilib


“Ali məktəb tələbələri arasında İnformatika üzrə IX Ümumrespublika Olimpiadası”nın 1-ci mərhələsi keçirilib    xeberler.azQafqaz Universitetində Heydər Əliyev Fondunun, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Təhsil Nazirliyinin və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı və Qafqaz Universitetinin təşkilati və texniki dəstəyi ilə 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında İnformatika üzrə IX Ümumrespublika Olimpiadası”nın 1-ci mərhələsi keçirilib.   Açılış mərasimində çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç olimpiada iştirakçılarını salamlayaraq, ölkəmizdə prezident İlham Əliyevin rəhbərliyi ilə İKT sahəsinin çox sürətlə inkişaf etdiyini bildirib: “Ötən ilin “İKT ili” elan olunması, ilk telekommunikasiya peykimiz  olan “Azerspace-1”-in orbitə göndərilməsi, “Bakutel” sərgisinin keçirilməsi bu sahəyə olan diqqət və qayğının bariz nümunəsidir”.    Fəaliyyəti dövründə bilavasitə informasiya texnologiyalarının tətbiqi, informasiya sistemlərinin yaradılması və istismarı, həmçinin sahənin inkişafı məsələləri ilə məşğul olan, proqram təminatının Azərbaycan dilinə tərcüməsi ilə bağlı ölkəmizdə ilk dəfə həyata keçirilən işlərə rəhbərlik edən, dəfələrlə ölkəmizi xaricdə keçirilən beynəlxalq konfranslarda təmsil edən rabitə və yüksək texnologiyalar nazirinin müavini  Elmir Vəlizadə olimpiadanın əhəmiyyətindən,  İKT sahəsinin çətin və maraqlı olmasından söz açıb. Prezident İlham Əliyevin  bu sahəyə verdiyi önəmdən və ölkəmizdə görülən işlərdən də söz açan nazir müavini olimpiadanın yarış olmaqla yanaşı, tələbələr arasında dostluq münasibətlərinin qurulmasında da əhəmiyyət kəsb etdiyini, həmçinin olimpiada iştirakçılarının gələcək iş həyatlarında aralarında fikir mübadilələri apararaq, uğurlar qazanacaqlarına inandığını qeyd edib.   Çıxış edən Naxçıvan Dövlət Universitetinin və Gəncə Dövlət Universitetinin nümayəndələri  təşkilatçılara minnətdarlıqlarını bildiriblər.   Qeyd edək ki, müsabiqədə 8 ali təhsil müəssisəsindən 49 komanda (hər komandada 3 nəfər tələbə) iştirak edib. Müsabiqədə komandalara 5 saat ərzində 10 alqoritmik məsələnin həll edilməsi tapşırığı verilib. Tapşırıqların qiymətləndirilməsi üçün “e-olimp.com.ua/az” avtomatik qiymətləndirmə saytından istifadə edilib.    Müsabiqənin nəticəsinə görə, finala vəsiqə qazanmış komandalar 26 aprel 2014-cü il tarixində AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək müsabiqənin final mərhələsində iştirak edəcəklər. 

 xeberler.az