Oğuz klubu Qarabağda

Oğuz klubu  Qarabağda

Aprel ayının 6- sı Qafqaz Universiteti Mədəniyyət şöbəsinin “Oğuz” klubunun üzvləri Ağdam rayonuna bir günlük  ziyarət etdi.  Mədəniyyət şöbəsi Dərnəklər koordinatoru Ülvi Babayev də klub üzləri ilə birgə bu səyahətdə iştirak etdi. Səfər ümumilikdə xoş və maraqlı anlarla yadda qaldı. Yolda gedərkən tələbələr uzun yolu dəyərləndirərək mahnı oxuyub rəqs edir, bir - birindən maraqlı lətifələr danışırdılar. Kürdəmir rayonunda  yolüstü  fasilə edən tələbələr süfrə arxasına keçib bərabər günorta yeməyi yedilər. Daha sonra Ucar, Yevlax rayonlarında kiçik fasilələr edərək vətənimizin güşələri ilə yaxından tanış oldular. Bərdə rayonu bazarından gedəcəyimiz yer üçün alış-veriş edən tələbələr bazarda olan Bərdə camaatı ilə xoş söhbələr etdilər. 6 saatlıq yoldan sonra nəhayət ki, Ağdam rayonuna çatan tələbələri şıltaq təbiət, soyuq və yağmurlu hava qarşılaşdı. Ağdamı gəzərkən həm xoş, həm də nisgilli hisslər keçirdik. Ağdamın timsalında bütün Qarabağı bir daha andıq. Elə məqsədimiz də tələbələrimizin Qarabağ yaddaşını yenidən təzələmək idi...

Səfər əsnasında vətən keşiyində dayanan əsgərlərimizi də unutmadıq. Tələbələr özləri ilə gətirdikləri sovqatı ön cəbhədə vətənimizi qoruyan əsgərlərimizə çatdırılması üçün Ağdam rayonunda yerləşən N saylı hərbi qərargaha təhvil verdi. Qarabağı yalnız bu qədər gəzə bildiyimiz üçün çox təəssüfləndik. Bizi Laçından, Ağdərədən, Şuşadan, Kəlbəcərdən,  Xocalıdan sadəcə bir neçə kilometr ayırırdı.
     Uzun saatlıq yol... və işğal altında olan Qarabağımıza bu qədər yaxın ikən ona sahiblik etməmək düşüncələri ürəyimizi ağrıtdı. “Oğuz” klubu üzvlərinin yenidən bu torpaqlara qələbə sorağı ilə dönəcəyi ümidi ilə... 

                                                                                                     Mədəniyyət Şöbə Müdirliyi
http://www.qu.edu.az/az/news/O%C4%9Fuz-klubu-Qaraba%C4%9Fda-5178.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF