Yeni bir layihəyə start verildi-Burada sizin də "İZ"iniz ola bilər!

Sizin də "İZ"iniz qalsın...Qafqaz Universiteti İnzibati-Təsərrüfat işləri üzrə prorektorluq Universitetin gözəlləşdirilməsi, Universitet şəhərciyinə innovativ ünsürlər gətirilməsi məqsədi ilə “İZ” layihəsinə start verdi. İlkin olaraq Universitet əməkdaşları və tələbələrinin iştirakı ilə keçirilməsi nəzərdə tutulan “İZ” layihəsində iştirak etmək istəyən hər kəs öz komandasını quraraq, görmək istədiyi işi layihə şəklində hazırlayıb “İZ” layihəsinə müraciət edə bilər. Müraciət online olaraq iz.qu.edu.az üzərindən həyata keçirilir.
Layihə iştirakçıları, layihənin məqsədi, layihənin büdcəsi, əhatə dairəsi, həyata keçiriləcəyi yer və s. haqqında ətraflı məlumat verməlidir.
Təqdim olunmuş Layihələr Qafqaz Universiteti İnzibati-Təsərrüfat işləri üzrə Prorektorluq və ona bağlı şöbələrdən seçilmiş münsiflər tərəfindən dəyərləndiriləcək. Layihələrin təqdimatı  layihənin mahiyyəti və gələn layihə sayından aslı olaraq münsiflər tərəfindən müəyyən olunmuş zamanlarda aparılacaqdır.
Dəyərəndirmədən sonra həyata keçirilməsi nəzərdə tutulan  layihə qrupları ilə ayrı-ayrılıqda görüş keçiriləcək. Universitet layihə qruplarına hər cür maddi dəstək göstərməyi nəzərdə tutur və onları öz layihələri üzərində işləmək üçün yerlə və limitsiz çayla təmin edəcək. Layihələr Universitet şəhərciyində tədris binalarının daxilində və həyətyanı sahəsində həyata keçirilə bilər.
Bu lahiyənin yeganə mükafatı həyata keçirilən layihədən istifadə edən insanların sevincini görüb özünüzü xoşbəxt hiss etməyinizdir.
http://iz.qu.edu.az/az/news/2014/04/Sizin-de-quot-iZ-quot-iniz-qalsin-3.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır