Azərbaycanın iki ali məktəbi proqramlaşdırma üzrə beynəlxalq olimpiadada uğur qazanıb

Azərbaycanın iki ali məktəbi proqramlaşdırma üzrə beynəlxalq olimpiadada uğur qazanıb
Gürcüstanın Tiflis şəhərində yerləşən Gürcüstan Texniki Universitetində proqramlaşdırma üzrə “Bekau 2014 kuboku” Beynəlxalq Olimpiadası keçirilib.
Azərbaycan Texniki Universitetindən (AzTU) verilən məlumata görə, 8 ölkədən 103 komandanın  iştirak etdiyi yarışlara respublikamızdan AzTU, Qafqaz Universiteti, Bakı Ali Neft Məktəbi və Naxçıvan Dövlət Universitetinin komandaları qatılıb.
AzTU-dan Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, dosent Natiq Əhmədovun rəhbərliyi ilə “İnformatika texnologiyaları və proqramlaşdırma” kafedrasının assistenti Vüqar Hüseynli, “Avtomatika və kompüter texnikası” fakültəsinin II kurs tələbəsi Tərlan Abdullayev, həmin fakültənin III kurs tələbəsi Abdülxaliq Emçiyev iştirak ediblər.
Azərbaycan komandaları arasında AzTU və Qafqaz Universitetinin komandaları ən yüksək nəticələr əldə edib. Göstərdikləri nəticələrə görə komandalara sertifikat təqdim olunub.

CAHANGİR 
ictnews.az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır