Qafqaz Universitetində məzun gecəsi keçirilib

Qafqaz Universitetində məzun gecəsi keçirilib   525-ci
Qafqaz Universitetində XVII Məzun-2014 Buraxılış gecəsi təşkil edilib. Tədbir Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olan şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilməsi, daha sonra dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə beynəlxalq təhsil mərkəzinin idarə heyətinin sədri Xaliq Məmmədov, beynəlxalq təhsil mərkəzinin təhsil şurasının sədri Ənvər Özərən, millət vəkilləri, Cənubi Koreyanın ölkəmizdəki səfiri,
universitet rektorları, Turkiyənin Hacəttəpə univers itetinin professoru, ölkəmizin tanınmış elm adamları məzunların valideynləri və yaxınları iştirak edirdilər.
İlk olaraq çıxış edən universitetin rektoru Ahmet Saniç valideyn və tələbələri təbrik edib. Qonaqları salamlayaraq XVII məzuniyyət proqramına təşrif buyurduqları üçün təşəkkür edib. 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin xeyr-duası ilə qurulan universitetin hal-hazırda dunyanın 68 ölkəsində 4 minə yaxın məzunun olduğunu və həmişə onların xoş sədalarını eşitdiklərini qeyd edib. Onun sözlərinə görə, 16 ay öncə möhtərəm prezidentimiz İlham Əliyevin xeyr-duası ilə Beynəlxalq Təhsil Mərkəzinin qurulması universitetin fəaliyyətinin daha da inkişafına səbəb olub. Məzunları təbrik edən rektor həyatlarının hər dönəmlərində yenilikləri təqib etmələrini özlərini daima inkişaf etdirmələrini tövsiyə edib.
Rektor vurğulayıb ki, bu il universiteti 660 məzun bitirib. Onlardan 170 nəfəri pedaqoji, 60 məzun mühəndislik, 260 məzun iqtisad fakültələrini, 170 məzun magistr pilləsini başa vurub. Bu il isə Qafqaz Universitetinə keçən ilin qəbul planından 128 yer cox ayrılaraq 930 qəbul üçün yer ayrıl ıb ki, bununda 530 yeri dövlət sifarişi ilə olacaq.
Daha sonra tədbir çərçivəsində bilik müsabiqəsi və olimpiadalarda medal qazanan tələbələrə mükafatlar təqdim edildi. Onlara bu mükafatları beynəlxalq təhsil mərkəzinin idarə heyətinin sədri Xaliq Məmmədov təqdim etdi.
Daha sonra çıxış edən X.Məmmədov bildirib ki, bu gün Azərbaycan müstəqil dövlət olaraq iqtisadi cəhətdən sürətlə inkişaf edir və parlaq gələcək amal uğrunda inamla addımlayır. Təhsilimizin inkişaf etdirilməsinin başlıca məqsədlərindən biri də məhz prezident İlham Əliyevin yürütdüyü siyasətin əsasını təşkil edən neft kapitalının insan kapitalına çevrilməsinə nail olmaqdır. X.Məmmədov məzunlara gələcək həyatlarında uğurlar arzuladı.
Məzun gecəsində fakültə və bölmə birinciləri olmuş tələbələr də mükafatlandırıldı. Onlara bu mükafatları tədbirdə iştirak edən tanınmış ictimai-siyasi xadimlər təqdim etdilər.
Tədbirdə Qafqaz Universitetinin birincisi olmuş məzun Gülnar Ağabalayeva da çıxış edərək, təhsil müəssisəsinin rəhbərliyinə təşəkkür edib. Onun sözlərinə görə, 5 il bundan öncə Qafqaz Universitetini seçməklə, düzgün qərar qəbul edib. Bu illər ərzində yüksək peşəkar kollektivin səyləri nəticəsində dünya standartlarına uyğun biliklər əldə edib: «Mən Qafqaz Universitetinin məzunu olmağımla fəxr edirəm».

Tədbirin sonunda universitetin xor dərnəyinin ifasında «Mən azərbaycanlıyam» mahnısının ifası ilə bədii hissə başlanıldı. Universitet tələbələrinin maraqlı ifaları ilə bədii hissə yekunlaşıb.

http://525.az/site/?name=xeber&news_id=20033

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF