TƏLƏBƏLƏRİN ŞİRKƏT GƏZİNTİLƏRİ UĞURLA DAVAM EDİR

TƏLƏBƏLƏRİN ŞİRKƏT GƏZİNTİLƏRİ UĞURLA DAVAM EDİR.
Karyera Planlama Mərkəzi Coca-Cola şirkətinə Nail Tahirovun rəhbərliyi ilə Sənaye Mühəndisli 2-ci kurs tələbələrinin gəzintisini təşkil etdi. Şirkət gəzintisinin təşkil olunmasında məqsəd tələbələrin Sənaye müəssisələri ilə tanış olması və dərs zamanı yiyələndikləri mühəndislik biliklərinin praktikasının canlı şahidi olmasını təmin etməkdir.Gəzinti zamanı şirkət nümayəndələri tələbələri şirkətin ərazisi və istehsal prosesi ilə tanış edərək gördükləri işlər və planları haqqında məlumat verdilər.Gündəlik istifadə etdikləri sərinləşdirici içkilərin istehsalının canlı şahidi olan tələbələrimiz şirkət gəzintisindən məmnun qaldılar.Şirkət nümayəndələri də öz növbəsində tələbələrimizi şirkətləri ilə tanış etmələrindən böyük zövq aldıqlarını bildirdilər.

http://www.qu.edu.az/az/news/T%C6%8FL%C6%8FB%C6%8FL%C6%8FR%C4%B0N-%C5%9E%C4%B0RK%C6%8FT-G%C6%8FZ%C4%B0NT%C4%B0L%C6%8FR%C4%B0-U%C4%9EURLA-DAVAM-ED%C4%B0R-5569.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır