Artıq "İZ"i qalanlar var...

Artıq "İZ"i qalanlar varMəlumunuz olduğu kimi, bir neçə ay əvvəl Qafqaz Universiteti İnzibati-Təsərrüfat işləri üzrə prorektorluğu “İZ” layihəsinə start verdi.  Əsas məqsədi Universitetin gözəlləşdirilməsi, Universitet şəhərciyinə innovativ ünsürlər gətirilməsi və müəllim və tələbələrin bu işlərə cəlb edilməsi olan layihənin birinci fazasında qəbul olunan müraciətlər müraciətçilərin özlərinin də iştirakı ilə əvvəlcədən müəyyən olunmuş Qİymətləndirmə Komissiyası tərəfindən dəyirmi masa arxasında dəyərləndirildi və
həyata keçirilmə ardıcıllığına görə qruplara bölündü. 
Həyata keçirilən ilk müraciət isə Universitetin Pedoqogika fakultəsi İbtidai Sinif Müəllimliyi bölməsi tələbəsi Nərmin İbrahimliyə məxsusdur. Layihə əsasında Universitet kampusu daxilində yerləşən skamyaların Qafqaz Universiteti logosu ilə bəzədilməsi nəzərdə tutulub. İlkin olaraq bu gün 2 skamya mavi rəngli Qafqaz logosu ilə bəzədildi. Ümid edirik ki, bu layihə tam olaraq həyata keçirildikdən sonra hər kəsin böyük marağına səbəb olacaq. 
QU logolu skamyaları sizlərə təqdim edirik:

"Sizin də "İZ"iniz qala bilər"

http://iz.qu.edu.az/az/news/2014/07/Artiq-quot-iZ-quot-i-qalanlar-var-14.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır